İran OPEK-i neft hasilatını artırmağa yol verməməyə çağırıb

İran neft naziri Bican Namdar Zanqan OPEK prezidentinə məktub yazıb.APA-nın məlumatına görə, bu barədə "Shana" agentliyi məlumat yayıb.

İran neft naziri məktubunda OPEK prezidentini bəzi ölkələrin konsensus əldə olunmadan birtərəfli qaydada neft hasilatını artırmasına yol verməməyə çağırıb. B. N. Zanqan OPEK-in birliyi və müstəqilliyinə qarşı siyasiləşdirilmiş addımların atılmasına yol verilməməsini zəruri sayıb.

Qeyd edək ki, OPEK və OPEK-ə daxil olmayan bir neçə ölkə (OPEK+) 2016-cı ilin sonlarında Vyanada keçirilən görüşdə neft hasilatının azaldılaraq gündəlik 1,* milyon barel səviyyəsinə endirilməsi barədə razılığa gəlib. Razılaşma 2017-ci ildən qüvvəyə minib və iki dəfə müddəti uzadılıb. Son razılaşma 2018-ci ilin sonuna qədər qüvvədədir.

İyunun 22-də ABŞ prezidenti Donald Tramp neftin qiymətinin stabil saxlanması üçün OPEK ölkələrini istehsalı artırmağa çağırıb. D. Tramp dünən "Twitter" sosial şəbəkəsindəki səhifəsində yazıb ki. Səudiyyə Ərəbistanının kralı ilə telefonla danışıb və Səudiyyə Ərəbistanı neft hasilatını artırmağa razılaşıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar