ZİYA MƏMMƏDOVUN VİLLASI YANDI - "Milyonerlər məhəlləsi”ndə

Bakıda "Milyonerlər məhəlləsi” kimi tanınan ərazidə yanğın başlayıb. "AzPolitika" Qafqazinfo-ya istinadla xəbər verir ki, hazırda Teymur Əliyev küçəsində yerləşən villaların biri yanır.

Şahidlərin "Qafqazinfo”ya verdiyi məlumata görə, yanan mülk sabiq nəqliyyat naziri Ziya Məmmədova məxsusdur.

Hazırda hadisə yerinə 4 yanğınsöndürən maşın cəlb olunub.

Məlum olub ki, Ziya Məmmədova məxsus olan mülklərdən birində səhər saatlarından yanğın başlayıb. Belə ki, elektrik şitində qəfil alovlanma baş verib və yanğının böyüməsinin qarşısı alınıb.

Villanın mühafizəçiləri bildirib ki, yanğının böyüməməsi üçün hadisə yerinə dərhal FHN-in Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin əməkdaşları çağırılıb və qarşısı qısa müddətdə alınıb.

635x100

Şərhlər

Sedaqet 2018-07-02 11:11:33

ALLAH komeyiniz olsun Memmedovlar ailesi. Size pis sozler beddua edenleri ALLAH cezalandirsin. Butun kasib kusuba el tutan ailesiniz. ALLAH qorusun !!!

Rəsul 2018-07-02 11:11:33

Talançılar,millətinə zülm edənlər özləri və uşaqları yediklərini qan qusacaqlar.

G.M 2018-07-02 11:11:33

Bəlkə də Bu Villanın yeri Ziya məllimin yadından çıxıb..Ya da ki,C.Qurbanovun bir vaxtlar Ziyanın ad günündə bağışladığı ``hədiyələrdəndir``.Mütləq havadan tüstü yox,karrupsiya qoxusu gələcək.

EWDER 2018-07-02 11:11:33

HE, NE OLSUN.ESAS O DUKI,NESLI INKIWAF EDIR,GOZUVUN USTUNDE BIR WEY VAR DEYENDE YOXDUR,KEYF ELE.AZERBAYCAN NAQILLAR OLKESI.NAZIRLERIMIZDE HAMISI ESGERDI,SOKUB DAQITMAQ UZRE ALIMDILER

MMC 2018-07-02 11:11:33

QURAMA İŞƏ OXŞAYIR. NECƏ OLUR Kİ, BİR NNEÇƏ AY ƏVVƏL ZİYANIN İSMAYILLI RAYONUNDA VİLLASI YANDI. İNDİ DƏ TEYMUR MÜƏLLİMİN KÜÇƏSİNDƏ EYNİ SENARİ İLƏ YANĞIN DAVAM EDİR. YEQİN ÖZLƏRİ EDİR Kİ İNSANLARIN ONLARA YAZIĞI GƏLSİN VƏ ONUN EVİNİ VƏ BAŞQA ƏMLAKLARINI MÜSADİRƏ EDİB ƏLLƏRİNDƏN ALMASINLAR.

adil 2018-07-02 11:11:33

Bu hadisə də qəsdən törədilə bilər.Çünki Ziya, Anar,Elton, Mansur, Yaşar,Nəriman Məmmədovlar neçə evlər yəxıb,neçə tifaqlar dagıdıb sayı hesabı bilinmir.Şəxsən mən Ziya, Anar, Mansurla barışmıram..... Britaniyada da olsa Anarı tapıb söhbət edəcəm. Bunlardan mənim və ailəmin başına gətirdiklərinin hesabını qanuni yollarla mütləq SORACAGAM İNŞALLAH!!!! ......

Son yazılar