Ali Məhkəmə İlqar Məmmədov haqqındakı qərarları LƏĞV ETDİ

Ali Məhkəmənin Plenumu REAL Hərəkatının sədri İlqar Məmmədovun barəsində kassasiya və apelyasiya instansiyaları məhkəmələrinin qərarlarını ləğv edib.

Bu barədə Modern.az-a vəkil Fuad Ağayev məlumat verib.

Vəkil bildirib ki, iyunun 29-da Ali Məhkəmənin Plenumu İlqar Məmmədovun barəsində Ali Məhkəmənin cinayət kollegiyasının və Şəki Apellyasiya Məhkəməsinin qərarlarını ləğv edib.

Onun sözlərinə görə, iş yenidən Şəki Apellyasiya Məhkəməsinə qaytarılıb, İlqar Məmmədov hələ də həbsdədir.

REAL Hərəkatının sədri İ. Məmmədov 2013-cü il yanvarın 23-24-də baş vermiş İsmayıllı hadisələri ilə əlaqədar həbs olunub. REAL sədri kütləvi iğtişaşların təşkilində, polisə müqavimət göstərməkdə ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.

635x100

Şərhlər

hop-hopnamə 2018-07-02 11:18:43

Sağ olsun hökümətimizin atalıq və analıq qayğısı. İlqar Məmmədov İsmayıllıdan pryamoy erməni dəyirmanına Amazon çayının suyu qədər su tökmüşdür. Bu cinayətə görə İ.Məmmədova ömürlük cəza verilməli idi. Sağ olsun böyük humanistlik göstərərk ona 7 il verdilər. Bu millətə atalıq qayğısının təzahürüdür. Məmmədov hələ sevinsin ki, Myanma müsəlmənlarının qırğının onun belinə yükləməyiblər. Nə olsun ki, o Myanmada olmayıb. Sadəcə olaraq qırğın vaxtı o xəritəyə baxırdı. Bu ömürlük üçün bəs edər.

Son yazılar