Azərbaycanda yaranacaq yeni mobil operatorun adı məlum oldu

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 4-cü yeni mobil operatora lisenziya verməyi planlaşdırır.

“Marja”nın əldə etdiyi məlumata görə, bunu iyulun 24-də Rabitə və Yüksək Texnologiyalar Nazirliyində 2014-cü ilin 6 ayının yekunları ilə bağlı keçirilən kollegiya iclasında nazir Əli Abbasov bildirib.

“Çox şadıq ki, bu gün Naxçıvanda mobil sektor inkişaf edir, onlar özləri bunu həyata keçirirlər. Naxçıvan Muxtar Respublikasının rabitə və informasiya texnologiyalar naziri Rövşən Məmmədov ilə müzakirə etmişik, həmçinin bu gün də görüşüb müzakirə edəcəyik. Çox yaxşıdır, əgər perspektiv varsa, ona bütün Azərbaycan üzrə şəbəkəsini genişləndirməsi üçün lisenziya verəcəyik. Bu, bütün Azərbaycan üzrə xidmət göstərən ilk regional operator olacaqdır. Həm də, indi fəaliyyət göstərən mövcud olan operatorlara da rəqabət göstərilə bilsin. Biz Naxçıvanı dəstəkləyirik, uğurlarına da sevinirik”,- nazir deyib.

Qeyd edək ki, lisenziyanın veriləcəyi şirkətin “Naxtel” olacağı gözlənilir. Artıq “Naxtel” simsiz telefon şəbəkəsinin əhatəsinin genişləndirilməsi məqsədilə Naxçıvanda 5 yeni baza stansiyası istifadəyə vermişdir. Muxtar respublika ərazisini əhatə edən “Naxtel” simsiz rabitə sistemi bu ilin Mart ayının 2-dən istifadəyə verilir.

Hazırda Azərbaycanda 3 mobil operator - Azercell, Azerfon və Bakcell fəaliyyət göstərir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar