"2030-cu ildə daha sosial yönümlü..." - Əli Əhmədov

"Azərbaycan Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı Proqramla üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirməyə çalışır".

APA-nın məlumatına görə, bu sözləri Dayanıqlı İnkişaf Məqsədlərinin milliləşdirilməsi və prioritetləşdirilməsi üzrə seminarda baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov bildirib.

Ə. Əhmədov deyib ki, Azərbaycanda Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb və bu, müvafiq hökumət qurumlarının səylərini əlaqələndirir: "Bu Şura işlək bir formatdır. Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı maarifləndirmə işləri aparılıb və Azərbaycan cəmiyyəti artıq Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı hədəflər barədə məlumatlıdır. Qısa bir müddət ərzində ölkəmizdə bu istiqamətdə 8 dövlət proqramı, 31 strategiya, 25-dən artıq normativ hüquqi aktlar araşdırılıb və prioritetlərin müəyyənləşdirilməsi ilə bağlı işlər görülüb. Azərbaycan prioritet olaraq 17 məqsədi, 107 hədəfi və 150 göstəricini özü üçün seçib. Hökumətimizin apardığı fəaliyyət nəticəsində qarşıya qoyulan məqsədlərə nail olacaq və Azərbaycan BMT-nin bu qlobal layihəsinin həyata keçirilməsinə öz töhfəsini verəcək. İnanıram ki. 2030-cu ildə dünya daha ədalətli, insanların hazırda qarşılaşdıqları problemlərin həllini tapacağı bir dünya olacaq".

Baş nazirin müavini qeyd edib ki, 2030-cu ildə Azərbaycanda daha sosial yönümlü bir cəmiyyətin yaradılması məqsədi qarşıya qoyulub: "Dəyişən dünyanın bir parçası olaraq Azərbaycanın da bu yöndə dəyişəcəyinə inanırıq".

635x100

Şərhlər

amil 2018-07-02 14:39:33

Yəni-- "ÖLMƏ EŞŞƏYİM ÖLMƏ, YAZ GƏLƏR YONCA BİTƏR".Yəni--Ə.Əhmədov mədəni şəkildə bizə deyir ki, ay millət 30-cu ilə kimi gözünüzü hər seydən yıgışdırıb bolluca xiyar yeyin.Yəninin yənisi ki, kim deyə bilər ki, Ə.Əhmədovun bu sözlərini eşidənlər yaxud elə Ə.Əhmədovun özü 30-cu ilədək bu həyatda yaşayacaqlar ki, ondan soruşalar ki, bəs dediyin nooldu? Molodets Əli müəllim.Başqa ölkələr xalqa uzagı bir ildən sonra görəcəyi işdən qorxa qorxa danıçır. Bu 12 il sonranı.Yəni Ə.Əhmədov deyir 2030 qədər .....

Əli 2018-07-02 14:39:33

Bu adam təzə təyin olanda birinci sözü TİBBİ SIĞORTA barədə idi dedi və yaddan çıxarı sığorta söhbətini indi də 30cu ildən deyir ona da kim ölə kim qala

t.ədalət 2018-07-02 14:39:33

20 ildən artıqdır ki,sosial yönümlü heç nə yoxdur.Ona görə də 12 ildən sonra nə olacağınə Allah bilir. 2014-cü ilə qədər mənzil növbəsinə duran müh.əlilləri və şəhid ailələrinin az müddətdə mənzillə təmin olunacağını deyilmişdi.Həmin vaxtan dörd il keçib,amma mənzil-filan verilməyib və heç ümid də yoxdur.

Son yazılar