Naxçıvan məmurlarına bahalı maşın qadağası qoyuldu

Böyük Vətən Müharibəsi əlili və onlara bərabər tutulan şəxslərdən daha 100 nəfəri “Naz-Lifan” markalı minik avtomobili ilə təmin edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatında deyilir (“Turan”).

Həmin şəxslərdən 38 nəfəri Böyük Vətən Müharibəsi əlili, 42 nəfəri hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olan, 20 nəfəri isə Çernobıl əlilidir. Aprel-mayda 2014-cü ilədək növbəyə dayanmış 677 Qarabağ müharibəsi və 20 Yanvar əlilli avtomobillə təmin edilib.

Digər xəbərə görə, Naxçıvanda başqa markadan avtomobillərin sürülməsinə qadağa qoyulub. Əhali yerli maşınlarla təmin edilir.

Həmçinin məmurlara da yerli maşınlardan istifadə etmək göstərişi verilib. Belə güman etmək olar ki, bahalı xarici avtomobillərdən istifadə qadağası yaxın gələcəkdə Azərbaycanın digər yerlərində də tətbiq olunacaq və Bakıda və digər şəhərlərdəki məmurlar da yerli avtomobillərdən istifadə etməyə məcbur olacaq. Hazırda ölkədə “Naz-Lifan” markasından 1500 avtomobil var.

Qeyd edək ki, Naxçıvan Avtomobil Zavodunun (NAZ) tikintisi 2008-ci ildə başlayıb. Zavod 2010-cu ilin yanvarında işə başlayıb. 2009-cu ildə Pekində keçirilən Çin-Azərbaycan biznes forumu çərçivəsində isə NAZ-la “Chongqing Lifan Industry (Group) Imp.& Exp. Co. Ltd.” Şirkəti arasında əməkdaşlıq sazişi imzalanıb. Saziş “Lifan” markalı maşınların naxçıvanda yığılmasını nəzərdə tutur. Zavodda Almaniya, Belçika və İtaliya avadanlıqlarından istifadə olunur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar