“Bavariya” yeni baş məşqçisini təqdim etdi

“Bavariya” yeni baş məşqçisi Niko Kovaçı ictimaiyyətə təqdim edib.

Qol.az-ın Münhen klubunun Tvitter səhifəsinə istinadən yaydığı xəbərə görə, xorvatiyalı mütəxəssisin təqdimat mərasimi bu gün keçirilib.

Tədbirdə Kovaç təəssüratlarını bölüşüb: “Yenidən burdayam. “Bavariya”nın məni seçdiyinə görə xoşbəxtəm. Bütün futbolçuların inkişaf etməsini və klubun məqsədinə çatmasını hədəf seçmişik”.

Kovaç sentyabrın 1-dən yeni işinə başlayacaq.

Qeyd edək ki, 46 yaşlı mütəxəssis son olaraq “Ayntraxt”ı (Frankfurt) çalışıdırıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar