BMT-dən qorxunc hesabat: sayları 2 həftədə  270 minə çatdı

BMT suriyalı qaçqınların sayının son iki həftədə 110 min nəfər artaraq, 270 minə çatdığını açıqlayıb.Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, BMT-nin sözçüsü Məhəmməd Havari qaçqınların sayının Suriya, İsrail və İordaniya arasında yüksələn gərginlik səbəbindən artdığını bildirib.

Reuters-in məlumatına görə, İsrail Suriya ilə sərhəddə tank və zirehli texnikalar yeridib.

İsrail ordusundan verilən açıqlamada isə Suriyanın daxili işlərinə qarışılmadığı, sadəcə ölkənin sərhəd təhlükəsizliyini qorumaq üçün belə bir addımın atıldığı bildirilib. Açıqlamada həmçinin rejim qüvvələri ilə üsyançılar arasında gərginliyin artması səbəbindən sərhəddə qoşun yeridildiyi qeyd olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar