BİR SUTKADA İKİNCİ İŞIQ ŞOKU! - Bakı və rayonlarda elektrik kəsildi, minlərlə adam metroda qaldı! (Yeniləndi) 

Bu gün saat 19:00 radələrində Azərbaycanda yenidən elektrik böhranı yaşanıb. Energetika Nazirliyi və “Azərenerji” elektrik enerjisi verilişində problemlə bağlı birgə operativ məlumatında bildirilir ki, ötən gün ölkənin elektrik enerjisi sistemində baş vermiş qəzanın nəticələri aradan qaldırılsa da, onun fəsadı səbəbindən axşam saatlarında bəzi yerlərdə elektrik enerjisi məhdudiyyətlə verilir.

"Həyati vacib əhəmiyyətli obyektlər elektrik enerjisi ilə artıq təmin edilmişdir. Hazırda vəziyyət nəzarət altındadır və elektrik enerjisinin verilişi bərpa olunur. Problemin tam həlli üçün zəruri tədbirlər davam etdirilir", - deyə məlumatda vurğulanıb.

Bakıda elektrik enerjisinin verilişinin yenidən kəsilməsi "Bakı metropoliteni" QSC-nin işinə mənfi təsir edib. Qatarların hərəkətini dayandırması nəticəsində minlərlə sərnişin tuneldə qalıb. Onların evakuasiya olunmasına başlanılıb.

Bu dəqiqələrdə verilən məlumata görə, Bakı Metropolitenində enerji təchizatında yaranmış problem nəticəsində stansiyalarda və tuneldə qalanların evakuasiya prosesi başa çatdırılıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) APA-ya verilən məlumata görə, evakuasiya prosesini Bakı Metropolitenin, Daxili İşlər Nazirliyinin, həmçinin FHN-nin Xüsusi Riskli Xilasetmə Xidməti, Mülki Müdafiə Qoşunları və Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları həyata keçiblər.

Məlumatda o da qeyd olunub ki, artıq Bakı Metropoliteninin əksər stansiyaları elektrik enerjisi ilə təchiz olunub. Hazırda ərazidə qatarlara və xətlərə yenidən baxış keçirilir.

Qeyd edək ki, hazırda fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Mingəçevir İES-dədir."APA-Economics"in məlumatına görə, bunu "Bakı Metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, metronun bütün stansiyaları girişə bağlanıb: "Hazırda təxliyə ilə bağlı işlərə başlanıb. Təxliyə təlimat üzrə aparılır. Hazırda təmas relslərindən gərginliyin çıxarılması ilə bağlı əmr verilib. Bu addım elektrik enerjisinin yenidən veriləcəyi təqdirdə xoşagəlməz halların qarşısını almaq məqsədi ilə atılıb. Tədbirlər planına uyğun tədbirlər görülür".

***

Mingəçevir şəhərində yerləşən "Azərbaycan" İES-də qəza baş verib. “Report”un Şirvan bürosu xəbər verir ki, ehtimala görə, İES-də enerji bloklarından birinin fəaliyyətini dayandırması nəticəsində Bakı və Sumqayıt şəhərləri də daxil olmaqda, Şirvan, Gəncə, Ağdaş, Bərdə, Qax, Zaqatala və digər əksər rayonlarda işıqlar sönüb.

Hadisə ilə əlaqədar olaraq "Azərişiq" ASC-nin sədri Baba Rzayev başda olmaqla bütün işçilər təcili qaydada işə çağırılıb. Hazırda hadisənin səbəbləri araşdırılır. Bunu "Report"a "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev təsdiq edib.

Tezliklə ətraflı məlumat veriləcək.

Azərbaycan Energetika Nazirliyi və "Azərenerji" ASC ölkə ərazisinin elektrik enerjisində yaranmış fasilə ilə bağlı birgə operativ məlumat yayıb.

Məlumatda qeyd olunur ki, bir neçə gündür havaların normadan artıq isti keçməsi nəticəsində elektrik enerjisinə olan tələbat kəskin şəkildə artıb və elektrik avadanlıqlarının istismarında açılmalar baş verib.

İlkin ehtimala görə, Mingəçevirdə əsas düyün yarımstansiyasında baş vermiş açılma səbəbindən sistemdə qəza açılması qaçılmaz olub.

Bildirilir ki, hazırda vəziyyət tam nəzarət altındadır. Ölkə üzrə mərhələli şəkildə enerjinin təminatı bərpa edilməkdədir. Bir sıra bölgələrdə artıq enerji təminatı həyata keçirilib.

"Qısa müddət ərzində digər bölgələrdə də enerji verilişi yerinə yetiriləcək. Əlaqədar dövlət strukturlarında yaradılmış operativ əməliyyat qrupu və səhmdar cəmiyyətin Mərkəzi Dispetçer Xidməti bütün lazımi tədbirlərin görülməsi üçün zəruri işlər həyata keçirir", - deyə birgə operativ məlumatda qeyd olunub.

635x100

Şərhlər

qocaman energetik 2018-07-03 20:50:03

kafel metlak satan sonradan transformator alverinə girişən etibar pirverdiyev azərenerjiyə rəhbərlik edirsə ondan nə gözləyirsiniz.o azərenerjiyə gələndən sonra köməkçisi məhərrəmin məsləhəti ilə peşəkar energetiklərin hərəsini bir bəhanə ilə uzaqlaşdırdı. indi azərenerjidə peşəkar energetiki çıraqla axtarsan da tapa bilməzsən.

Hörməti oxucu! 2018-07-03 20:50:03

Bismillahir-Rəhmanir-Rəhim Bir baxın,"Azərenerji” özü öyünə-öyünə mətbuatda fərəhlə yazır ki,onun 36 elektrik stansiyası var.Su olunur ,ki 35 elektrik stansiyası avtonom rejimdə niyə işləməyib?Xüsusi ilə Şirvanda da İES,Şüvələndəki, Şəkidəki, Bakidakı və s...+31stansiya. Onlar öz məkanları işıqla niyə təmin etməyiblər? Ölkə prezidentini aldatmaq ki,səbəb isti hava olub düz deyi.Sual olunur Ərəb ölkələrində niyə olmur?

plumbum 2018-07-03 20:50:03

Hetta her şeye inansaq bele, bele çıxir ki, sabah müharibe yaşansa düşmen bir elektrik stansiyasinin bir-iki blokunu vurmaqla butun respublikanin enerji sistemini siradan çixara biler..... Yeqin sistemin layihe muellifi qizilbaşlar sülalesinden qalib

t.ədalət 2018-07-03 20:50:03

Hadisədən sonra Rusiya Yaqub Eyubovun yaxasına ikinci "dostluq" ordenini taxacaq..

Abit 2018-07-03 20:50:03

Deveni eşşeyin quyruğuna bağlayanda bele olur

Səid 2018-07-03 20:50:03

Ay cammat, ANALOQU OLMAYAN ÖLKƏDƏ YAŞAYIRIQ bunu niyə yaddan çıxarırsınız?! Bu cəmiyyətin özünün analoqu yoxdur, yeqin ki, heç olmayacaq da. Bu ölkədə nələr baş verib, nələr yaşanıb və biz elə belə də olmalıdı deyib həyatımızı olduğu kimi davam etdirmişik. Günahı başqa yerdə axdarmayın. Günah özümüzdədir. Ona görə də 21-ci əsrdə 44 dərəcə istidə işıqsız və susuz qalmışıq. Allah rəhmər eləsin M.Ə. Sabirə. Bir əsr qabaq bu cəmiyyəti elə başa düşüb ki, 1000 əsr sonra da dəyişməyəcək. Əcnəbi göydə balonlarla üzür, Biz hələ avtomobil minməyirik.

Energetik 2018-07-03 20:50:03

Respublikamızda energetika strategiyası düzgün qurulmayıb. İstismar və təmir qaydaları mükəmməl deyil.Personallar bacrığına görə seçilmir.Əmək haqqı bilik və bacarığa görə, kateqoriya prinsipinə uyğun ödənilmir.Enerji istehsalı,ötürmə və paylanmadan qat-qat çətin və məsuliyyətlidir.Amma ödəniş əksinədir.Həm də indiki tələbata nəzərən çox azdır Elek stansiyada işləyən mütəxəsisslər 400- 500 man alır.Energetika naziriyində işləyənlər daha çoxdur.Bacarıqlı mütəxəsislər qaçır.40 ildir bunu görürəm.

Energetik 2018-07-03 20:50:03

Əziz həmvətənlər bu enerji fəlakətinin əsas səbəbkarları nazirlər kabinetində və MM-dəkilərdir.Respublikada savadlı mütəxəsisslərin getdikcə azalması,30-40 il işləmiş təcrübəli mütəxəsisslərin ağına-bozuna baxmadan təqaüdə göndərilməsi,əsas enerji sistemində işləyən professional mütəxəsislər 400-500 manat,təcrübəli çilingər,montyorlar,avtomatiklər,izolyasiya və sazlama mütəxəsisləri 300-500 manat əmək haqqı alanda sistemin taleyi belə və betər olacaq.Dövlətin şah damarı energetikadır. Amma bunu qanan yoxdur

R-n 2018-07-03 20:50:03

Hakimiyyet hele de davamli ..... Bash verenleri hamisi hakimiyyete garshidir.. ...

Aydın 2018-07-03 20:50:03

Təsadüfi hadisəyə oxşamır.

keçici qırmızı bayraqlar 2018-07-03 20:50:03

Ataloqsuz inkişaf etmiş şərqin günəşinin iqtisadi artımındakı çatların dərinliyi marianski jelobdan da dərinə düşdü. Bu hallarda analoqsuz-flansız inkişaf edən normal ölkələrdə işinin öhdəsindən gələ bilmədikləri üçün hökümət üzü sulu istefa verir. Bizdə görəsən "mustafa" verən olaq??????????

EWDER 2018-07-03 20:50:03

ESAS INKIWAFDU...EWDWER CANI...KEYF ELEYIN

Vusal 2018-07-03 20:50:03

Baki ve baki etrafli Yox , butun azerbaycan geceni sehere Kimi isiqsuz qaldi, dehsetli odur ki bizim azerbaycanda bir hadise bas verenden sonra gelecek ucun ehtiyyat tedbir gorurler, niye olmazki Bunu evvelceden goresuniz, rusiyadan, Irandan veya gurcustandan isiq alasiniz. Xeste var qoca var usaq var Bunu dusunen yoxdur! Amma FHN naziri deyir ki panikaya gerek yoxdur , olmazsa onun evinde sok model generator var niye panik olsunki!

Son yazılar