"PANİKAYA ƏSAS YOXDUR..." - Kəmaləddin Heydərov

"Bu gün Mingəçevir İES-in altıncı blokunda qəza baş verib. Ərazidə baş vermiş qəza yanğınla nəticələnib. Dərhal hadisə yerinə yanğınsöndürmə texnikası və canlı qüvvə cəlb edilib, yanğın 20 dəqiqə ərzində söndürülüb".

Bunu APA-ya açıqlamasında fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov deyib.

K. Heydərov bildirib ki, artıq qəza baş vermiş blokda bərpa işləri aparılır.

"Artıq ölkənin şimal və bəzi qərb rayonlarına elektrik enerjisinin verilməsi bərpa olunub. Digər ərazilərə də elektrik enerjisinin verilməsi üçün iş aparılır"-deyə, nazir qeyd edib.

K. Heydərov bildirib ki, ölkə ərazisində elektrik enerjisinin verilişi mərhələli şəkildə bərpa ediləcək: "Heç bir panikaya, narahatlığa əsas yoxdur".

635x100

Şərhlər

Abit 2018-07-03 09:25:53

Her şey yolundadı!?!? Nedi yolunda olan millet batır susuz.Gel Tovuza gör millet seni nece qarşılayacaq.İcmeli suyu ekin sahelerine satırlar,millet batır bu qeder olmaz.Gelin 3 gün bu rayonda yaşayın göreceksiniz nece olduğunu

VƏTƏNDAŞ 2018-07-03 09:25:53

Azərenrjinin ləğvi vaxtı çoxdan çatıbdır.Azərsuda, Azəriqazda istehsal və satış bir təşkilatda birləşdiyi halda bir ölkədə istehsalın Azərenerjidə, satışın Azərişıqda həyata keçirilməsi nə dərəcədə düzgündür?Fərhad Əliyevin Bakıelektrikşəbəkəyə, sonra Azərenerjiyə soxuşdurduğu meqavatla kilovatın fərqini bilməyən Etibar Pirverdiyev bilmir ki, Azərenerjiyə, Ekspres banka, Azenkoya rəhbərlik etsin, Quba-Qusar rayonlarında bizneslə məşğul olsun, yoxsa enerji təchizatına nəzarət etsin.

MAKSİMUS 2018-07-03 09:25:53

cənab Kəmalədiin bəy,sizin rəhbərlik etdiyinin nazirliyin aktivliyi azərsuda da olsaydı pis olmazdı.Əhalinin suyu gəlmir .Hesab edirəm ki,bu hal fövqəladə hadisədir.Ona görə də,bu işə sizin nazirlik əl qoysa daha effektiv nəticə əldə olunar.Millət zülüm içindədir.Həyət evlərində yaşayanlar üçün pis olmaz,ancaq bina evlərinin vəziyyətini başa düşmək çətin deyil.SUSSUZ NƏ EDƏK.SU TƏK İÇMƏK ÜÇÜN LAZIM DEYİL.ARXASINI MƏLUM OLDUĞU ÜÇÜN YAZMAĞA EHTİYAC YOXDUR.

Kamal 2018-07-03 09:25:53

Bir az yavaslamaq lazimdi.

Cavabdehler 2018-07-03 09:25:53

Azerbaycan 38 derece istiye qeder nezere alinib 40 dereceden o yana bizlik deyil

Sara 2018-07-03 09:25:53

Bakiya enerjinin verilmesi berpa olunub lakin azersu bu anomal istilerde ehaliye suyu verilmesini tam kesib.Demek SUSUZLUQ panikasi qalir.

Mahmud Əliyev 2018-07-03 09:25:53

Biri bu "general-polkovnik"i başa salsın ki, Mingəçevir İES adlı enerji obyekti yoxdur. Mingəçevir şəhərində Su Elektrik Stansiyası (SES) və Azərbaycan İstilik Elektrik Stansiyası (İES) yaxud keçmiş adıyla Azərbaycan DRES (Dövlət Rayon Elektrik Stansiyası)

aysberq 2018-07-03 09:25:53

Cənab nazirin, komitə sədrlərinin, deputatların, bir sözlə elit YAPİStlərin hamısının generatorları var, işıq sönən kimi 1-2 saniyəyə generatorları işə düşüb. Ona görə də cənab nazir deyir ki, hər şey yolundadır. Onun və digərlərinin çox vecinədir ki, millətin suyu gəlmir. Onlar allaha yalvarırlar ki, Azərbaycanda 60-70 dərəcə isti olsun və bütün Azərbaycanlılar qırılsın. Vaxtilə "Millət üçün sino gedən bir cənab demişdi: Hamınız gedin, mənə 1 milyon qaldı bəsdir, yəni mənim kürdlərim". Həqiqət budur.

Alı 2018-07-03 09:25:53

Bu nəyə bənzəyir? Bir adamı(böyük anlamda iqtidarı) uçurumun kənarına gətirir sonra uçuruma itələyib və anidən xilas edir, son anlamda canidən XİLASKARA çevrilirsən.Mən Prezident seçkiləri ərəfəsi bütün nazir(oliqarxların davranışını izlədim.Mən (BU hakimiyyətı iqtidara gətirmək üçün həbsdə yatmış,özünün və ailəsinin həyatını dəfələrlə ölüm təhlükəsinə atmış ancaq OGLU İLƏ BİRLİKDƏ PREZİDENTİNƏ XƏYANƏT ETMİŞ BİR OLİQARXIN ailəlikcə qurbanına çevrilmiş)ƏMİNƏM ki bu SABOTAJDIR.Sabah başqa sektorda olacaq

Vusal 2018-07-03 09:25:53

Gomruk komitesinede krisalik edirdiz ne oldu Sefer Mehdiyev razi olmadi ?

G.M 2018-07-03 09:25:53

Boyuna quzu kəsim..de da bə..az qala parnikə düşmüşdük.Təzə tikilən ``Yekə`` Parniklərimizdə Generator varsa bu bizə bəsdir.Guya işıq yayın günündə kasıbın nəyinə lazımdır ki,..Xaladelnikdə əti,balığı,yağı yoxdur ki,xarab olsun...Yağlı da yemir ki,gecə istiləsin.Əsas enerji nazirliklərə və Villalara lazımdır ki...onların da hamısında ehtiyat Generatorlar var..Parnikdəkilərdən.

antiAbu 2018-07-03 09:25:53

Panika üçün ciddi əsaslar var. Müharibə şəraitində yaşayan ölkədə bu cür hadisə baş verməməlidir. Fövqəladə Hallar nazirliyinin təqdimatı əsasında energetika sahəsində güclü kadr dəyişiklikləri aparmaq lazımdır! Fövqəladə Hallar nazirliyi təkcə yangını söndürməklə işini bitmiş hesab etməməlidir. Bu nazirliyin təqdimatları əsasında həmişə çox ciddi tədbirlər görülməlidir!

Yapdimali 2018-07-03 09:25:53

Azerbaycanin toy generallari

t.ədalət 2018-07-03 09:25:53

Azərbaycanın enerji istehlakı belə bir qəzaya səbəb ola bilməz.Güman ki,ola bilsin qonşu ölkələrin xəttinə qoşulma nəticəsində,yaxud qonşu ölkənin istehlakı gözlənilmədən artırması nəticəsində turbin "zorranıb" sıradan çıxıb..

omer 2018-07-03 09:25:53

Yoldaw nazir nece her wey yolundadiki ,bu istide evlere su gelmir?belke azersuyu da siz nezarete goturesiniz,gomek edesinizki su tez gelsin

EWDER 2018-07-03 09:25:53

YAYIN BU ISTISINDE SU YOX,QAZ YOX,IWIQ YOX...... PANIKA YOX. KEYF ELEYIN

Vusal 2018-07-03 09:25:53

Tebbi ki panikaya esas yoxdur , ne oldu Bu kasiba oldu , kimisiinin eti xarab oldu , kimisinin dondurmasi,sudu,qatigi, tez xarab olan mehsullari! Amma deyen sizin evde generator var cox rahatliqla deyirsiz ki panikaya esas yoxdur !

Son yazılar