ŞOK: GƏNCƏNİN İCRA BAŞÇISI GÜLLƏLƏNİB! - "Elmar Vəliyevə 1 güllə dəyib" (Yeniləndi)

Dünən silahlı hücuma məruz qalan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin vəziyyətilə bağlı suallar açıq qalır.

Başçının sağlıq durumu ilə bağlı bir xeyli ziddiyyətli məlumatlar verilir. Rəsmi şəxslər və qurumlar yaralansa da, onun həyatı üçün təhlükə olmadığını bildirirlər, qeyri-rəsmi mənbələr isə E.Vəliyevin başından və qarın boşluğundan güllə yaraları aldığını, vəziyyətinin ağır olduğunu deyirlər. REAL-TV-nin rəhbəri Mirşahin isə hətta Elmar Vəliyevlə danışdığını, onun narahatçılığa əsas olmadığını dediyini də iddia edib.   

E.Vəliyevin hansı motivlə hücuma məruz qaldığı da naməlumdur. Bildirilir ki, Rusiya vətəndaşı olan Yunis Səfərov başçını güllələyəcəyi haqda onun özünə xəbərdarlıq edibmiş. Lakin onların arasındakı gərginliyin səbəbi bilinmir.

Bu arada Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev də Elmar Vəliyevin bir güllə yarası aldığını və vəziyyətinin ağır olduğunu bildirib. Partiya sədri bununla bağlı Feysbukda yazır: "Məlumat qıtlığı çox pis şeydir. Hökumət susur. Bu qədər hadisələr qarşılığında rəsmi mövqe yoxdur. Aldığım məlumatları bölüşüm: 3 güllədən biri Elmar Vəliyevə, 2-si cangüdənə dəyib. Başçı Gəncə Mərkəzi Klinikasında əməliyyat olunub. Vəziyyəti orta ağırdır. Cangüdənin vəziyyəti daha pisdir".  

***

"AzPolitika.info" xəbər verir ki, bu gün axşam saatlarında silahlı hücuma məruz qalan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin xəstəxanada dünyasını dəyişdiyi xəbəri yayılıb. "Report" əvvəlcə, Mərkəzi Klinik Gəncə Xəstəxanasına yerləşdirilən icra başçısının həyatını xilas etməyin mümkün olmadığını bildirsə də, məlumat rəsmən təsdiqlənməyib.

Sonradan icra başçısının vəziyyəti ağır olduğundan vertolyotla Bakıya göndərildiyi bildirilib.

Elmar Vəliyevin oğlu Elmir Vəliyev  REAL-a açıqlamasında bildirib ki,  atasının ölüm xəbəri ilə bağlı yayılan məlumatlar yalandır.

Bu arada Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev başından və qarın boşluğundan güllə yarası aldığı xəbəri yayılıb. Gununsesi.info-nun xəbərinə görə, icra başçısı Gəncədəki Mərkəzi Klinik Xəstəxanada əməliyyata alınıb. Əməliyyat zamanı icra başçısının güllə toxunduğu baş nahiyyəsində tikiş aparılıb. Bundan başqa qarın boşluğundakı güllə əməliyyat yolu ilə çıxarılıb.

Gəncə şəhər Baş Polis İdarəsinin rəisi Faiq Şabanov Gununsesi.info-nun olayla bağlı sualına cavab verməkdən imtina edib.

Faktla bağlı Daxili İşlər Nazirliyinin məlumat yayacağı gözlənilir.

***

Təxminən 1 saat əvvəl Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev silahlı hücuma məruz qalıb!

"AzPolitika.info"ya Gəncədəki mənbələrdən verilən məlumata görə, Elmar Vəliyev ağır yaralıdır, cangüdəni isə ölüb. 

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, hadisə bu gün axşam saatlarında Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında qeydə alınıb.

"Report"un hüquq–mühafizə orqanlarından əldə etdiyi məlumat da "AzPolitika.info"nun xəbərini təsdiqləyib. Məlumata görə isə, hadisə nəticəsində icra başçısı Elmar Vəliyev ağır yaralanıb, mühafizəçisi Qasım Aşbazov isə hadisə yerində ölüb.

İcra başçısı ağır yaralı vəziyyətdə Mərkəzi Klinik Gəncə Xəstəxanasına yerləşdirilib. Silahlı hücumu törədən Yunis Səfərov tutulub.

Bildirilir ki, bir müddət əvvəl icra başçısı ilə hadisəni törədən şəxs arasında mübahisə olub və Yunis Səfərov Elmar Vəliyevə onu güllələyəcəyi barədə xəbərdarlıq edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və daha artıq şəxsi öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah gəzdirmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

Əlavə məlumat veriləcək!

635x100

Şərhlər

Amile 2018-07-04 14:20:01

Kim ne deyir desin gencenin inkishafi da Veliyevin hemishe sade camaatin yaninda olmagini da gencede bilmeyen yoxdur. 5 nefer sher ata biler esas geride qalanlarin dualaridir. Tez sagalsin inshAllah

Amil 2018-07-04 14:20:01

Ay insan Allahla danishin. Ne vaxt soyub shehid anasini?? Shehid analari bura komment yaza bilmir deye agziniza geleni yazmayin. Elmar deyiller qaz memurun soyub, shehid anasina gore ... Memurlar dagidir sheheri at oynadirlar. Veliyev hemishe xalqi mudafie eleyib kim yazir bura yalandan 30 dene kommenti?? Gencede biz yashayiriq ya sen??? Allah elmari gormeyib bilmeyib tirkaya gedib pisleyenlerin belasin versin. Elmarin balasin saxlasin ozune shefa versin AMIN!!!!!!

Vaqif 2018-07-04 14:20:01

Bu Elmar bu qədər insanlara misli görünməmiş pislik edib. Bəs bu hökumət hara baxırmış. Bu məmura bir dur deyən olmayıbmı? B....

oxucu 2018-07-04 14:20:01

bir adam da olsun ona şəfa diləmir.deməli buna layiqdir.Ən yaxşısı papağı qoysun qabağına fikirləşsin. istehfa versin.onsuzda allahın qəzəbinə gəlib.hər şeyin sonudur.

edalet isteyen 2018-07-04 14:20:01

Elmarin azaciq vicdani olsa ozu istefa verer Belke bu yolla gunahlarinin bir qismini yuyar

NeoSatanist 2018-07-04 14:20:01

Rədd olsun uydurulmuş bürokratiya.. Rədd olsun kapitalizm... Rədd olsun...!!!

Türk 2018-07-04 14:20:01

BU ELMARIN MİLLİYYİYƏTİNİ ÖYRƏNMƏK LAZIMDIR Kİ NİYƏ MİLLƏTİMİZƏ QARŞI BU QƏDƏR ZALIMLIQ EDİBDİR, ZÜLM EDİBDİR. İNSAN ÖZ MİLLƏTİNƏ QARŞI BELƏ ƏZAZİL OLMAZ. ANCAQ YADLAR BELƏ OLA BİLƏR. NƏ MİLLƏTİDİR O HARALIDIR?

Qulu 2018-07-04 14:20:01

BAXIN:Heç bir yerdə Elmarln halına acıyan 1 adam belə görünmədi................ BU XALQ SİNMAYIB VƏ CANA DOYUB.........BU HADİSƏDƏN SƏLAHİYYƏTLİLƏR DÜZGÜN NƏTİCƏ ÇIXARMALI.................

Mirwahine 2018-07-04 14:20:01

Mirwahin eger sen deyen kimi olmasa onda sen bilirsen kimi seveciyik

-- 2018-07-04 14:20:01

Xalq Azərbaycan məmurlarına nifrət edir. Cünki bizim verdiyimiz vergilər hesabına azğınlaşırlar, harınlayırlar. Qəsdən imkan yaradılır ki, talan etsinlər, bircə hakimiyyətimizə dəyməsinlər. Talan et.

hüquqsuz vətəndaş 2018-07-04 14:20:01

Elmar vəliyev cox cəsarətlə xalqa xidmət edib və Gəncə vətəndaşlarını azğın cinayətkar güllərindən qoruyub, ona milli qəhrəman adı verilməlidir və onun qohum-əqrabasınıda daha yüksək vəzifələrə təyin olunmalıdır ki, digər icra başçıları da nümunə götürsünlər.

Ağsaqqal sözü 2018-07-04 14:20:01

Belə hadisə bütün əcgöz talançı vəzifəlilərə dərs olmalıdır. İnsdanlara zülm etmək olmaz. Hamı onun kimi də olmasa adi bir insan kimi yaşamaq istəyir. Bu adam nə olmaq istəyir axı, özü qardaşları, balaları yağ içində böyrək kimi üzürlər. Camahat acdır. Ac qılınca çapar. Bəsdirin.

BAKILI 2018-07-04 14:20:01

Yunis Seferova azdliq

XİDMƏTDƏN 2018-07-04 14:20:01

QUDASI KƏRƏM HƏSƏNOV DA ONUN KİMİ ..... ATALAR YERİNDƏ DEYİF SU SUYU TAPAR SU DA ÇUXURU.

Cəid 2018-07-04 14:20:01

Faşist. Fürer gülələnib.

millət 2018-07-04 14:20:01

.. .... Çünki əhali yalandan, rüşvət,talan,atılmaqdan, aclıqdan, kasıbçılıqdan, işsizlikdən, alçalmaqdan bezib. Harın məmurlar isə karollar kimi yaşayır əhali ilə ... kimi davranırlar. ...torpaqlar ermənidə ancaq biqeyrət harın məmurlar kefdədirlər. ... Əhalinin böyük hissəsi acdır. Ac qılıca çapar.

Yeraz 2018-07-04 14:20:01

.....şehid anasnl döyendi......

Misir 2018-07-04 14:20:01

Gərək hər bir insan vəzəfəsindən, varından asılı olmayaraq az da olsa.....qorumalıdır. Əks halda biri kəllə atacaq, biri güllə atacaq, biri ayrı şey edəcək və s. Allah əvvəlcə müəyyən qism insanın ağlını alır, sonra da canını. Gəncə böyük və əzəmətli İmam şəhəridir. Orada gərək dürüst olasan.

Tahir 2018-07-04 14:20:01

Başından vurublarsa çətin sağ qalar.....

Gəncəli 2018-07-04 14:20:01

Atalar demiş; ZALIM OLMA ASILARSAN,QƏRİB OLMA BASILARSAN .

R-n 2018-07-04 14:20:01

Bunu da atdilar ........

Sedaqet 2018-07-04 14:20:01

Cammati bezdirmesin bu bashcilar. Ozlerini ALLAH kimi aparirlar yerlerde. Prezident bunlarin qulagina sirga asib ve deyib ki sizi bashci teyin edende bu millete qulluq etmek meqsedi ile teyin edirem. Bunu her cixisinda qeyd edir ve emelleri ile tesdiq edir. Buna misal olaraq bir nece memuruda azad edib vezifeden. Amma tessuf ki bu sozler Elmar veliyeve aid olmadi bu iller erzinde. Cammatin qanin icir gencede buda boyuk netice.... siz ALLAH deyilsiz ay bashcilar.. Noqteni ALLAH qoyur bunu bilin.....

Yeraz 2018-07-04 14:20:01

Elmar vəliyev .... şəhid anasnl döyeni .......

hespe 2018-07-04 14:20:01

------------

t.ədalət 2018-07-04 14:20:01

Haqsızlıq vəziyyəti bu həddə gətirib.Gəncədə icra başçısı qanun tanbımırdı.Qanunlar susanda silahlar işə düşür.

G.M 2018-07-04 14:20:01

Adam ağızının danışığını bilməyəndə Başı bəla çəkir..Çünki,Dil də,ağız ,hətta AĞIL da Başın ərazisində yerləşir.Hər hansı səhvin ucbatından atılan daş, başa dəyir.Yəni, Başçı olanda da gərək bunun fərqinə varasan.əks halda Gəncə olayı qaçılmaz olur.

omer 2018-07-04 14:20:01

Icra bawcisinin cangudenide olur?

Vətəndaş 2018-07-04 14:20:01

Harınlamış talançı məmurlar allah tərəfindən onsuz da cəzalanacaqlar. Millətə xalqa etdikləri xəyanətə,millətə zülm etdiklərinə görə allahın qəzəbinə tuş gələcəklər və bu onların axırına çıxacaq. Bu olanlar bhələ başlanğıcdır.

rasim 2018-07-04 14:20:01

Bu insan oz milletine ermenilerden beter qan uddururdu, bunu Gencede saxlamaq Gence xalqina tehqirdi......

Vətəndaş 2018-07-04 14:20:01

Elmar Vəliyevə görə qaynı Azərpoçtun baş direktor müavini Rəsulov Bayram rabitə sistemində at oynadır....O bir il bir müəssisədə işləyə bilməyən bir adam 8-ildir ki, Azərpoçtda Baş direktorun müavini vəzifəsində işləyir,çox acınacaqlı bir vəziyyətdir... Onun qanunsuz əmələrinə rabitə naziiri Ramin Quluzadə isə göz yumur və sabiq Rabitə Naziri Əli müəllimin ölənlərinə rəhmət oxutdurur. Nazir dəyişilsədə, nazirlik dəyişilməyib..............?

Son yazılar