Rusiyanın "İnter RAO" şirkətindən açıqlama: "Azərbaycana 200 MVt elektrik enerjisi tədarük edirik"

Rusiyanın enerji şirkəti "İnter RAO" ASC bazar ertəsi axşamdan qəza qarşılıqlı yardım müqaviləsi çərçivəsində Azərbaycana elektrik enerjisi tədarükünə başlayıb.“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə "İnter RAO" ASC-dən məlumat verilib.

"Biz dünən 23:45-dən (Bakı vaxtı ilə çərşənbə axşamı 00:45-dən – red.) qəza qarşılıqlı yardım müqaviləsi çərçivəsində Azərbaycana elektrik tədarük edirik. 200 MVt-ın tədarükü gedir", - deyə şirkətdən bildirilib.

Çərşənbə axşamına keçən gecə Azərbaycanın əksər ərazilərində elektrik enerjisi verilişi dayanıb. "Azərenerji"nin məlumatına görə, bir neçə gündür havaların normadan artıq isti keçməsi nəticəsində elektrik enerjisinə olan tələbat kəskin şəkildə artıb və elektrik avadanlıqlarının istismarında açılmalar baş verib.

İlkin ehtimala görə, Mingəçevirdə əsas düyün yarımstansiyasında baş vermiş açılma səbəbindən sistemdə qəza açılması qaçılmaz olub.

635x100

Şərhlər

Mehdi 2018-07-03 22:25:27

Be hani 200 meqavat deyirsiniz ne zibil deyirsiniz. rayonlar batib qirilir.Su yox isiq yox corek yox hec ne yox.Allah sizlere qenim olsun ay bu milleti bu gune salanlar.

Son yazılar