İCRA BAŞÇISINA SUİ-QƏSDİN TƏFƏRRÜATLARI - Hücumu törədən  Rusiya vətəndaşıdır

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı edilən silahlı hücumun təfərrüatları məlum olub. "Report" hüquq-mühafizə orqanlarına istinadən xəbər verir ki, hadisə nəticəsində icra başçısı ağır yaralanıb, polis əməkdaşı olan mühafizəçisi Qasım Aşbazov isə hadisə yerində ölüb.

İcra başçısı yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib. Lakin vəziyyəti ağır olduğundan vertolyotla Bakıya göndərilib.

Hadisə axşam saat 20:00 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin önündə yerləşən mərkəzi meydanda baş verib. Silahlı hücumu törədən Yunis Səfərov tutulub.

İlkin məlumatlara görə, o, Rusiya vətəndaşıdır. Həmin şəxs ötən il Gəncə şəhərində mühafizə polisinin əməkdaşını döyərək xidməti silahını əlindən alıb və hadisə yerindən qaçdığı üçün axtarışa verilib.

Həmçinin bildirilir ki, bir müddət əvvəl icra başçısı ilə hadisəni törədən şəxs arasında mübahisə olub və Yunis Səfərov Elmar Vəliyevə onu güllələyəcəyi barədə xəbərdarlıq edib.

Faktla bağlı Daxili İşlər Nazirliyi məlumat yayacaq.

635x100

Şərhlər

Əsəd 2018-07-03 23:18:46

İşimlə və qohumlarımla əlaqədar hərdən yolum Siyəzən şəhərinə düşür. Sabiq İH-nin başçısı Arif Qasımovun dövründə qaranlıq məqamlar olsada müəyyən abadlıq işləri görülmüşdür.Lakin yeni İH-nin başçısı Asif Hüseynov sabiq başçıdan sonra daşı-daş üstünə qoymur, Siyəzən şəhərinin daxili küçələri payız-qış aylarında keçilməz olur. Mən əminəm ki başçı Siyəzənin daxilindəki bu küçələrin vəziyyətindən xəbərsizdir.Belə başçılar əlbətdəki xalqı hökümətdən narazı salır.

Samira 2018-07-03 23:18:46

Bir Azerbaycanli olaraq deqiq bilirem ki kimise pisleyirlerse demeli cox yaxsi ishler gorub hemin adam dovlet ucun. Gozu goturmeyenler de ele bashqa memurlar yazdirillar onun yerini tutmaqa. kiminse maqazini ya butkasi dagilib deye deyir pis adamdit. Butkaya gore rusvet verib sehv yere qoyanda fikirlesherdin. .. Allah hamiya ureyine gore versin. Biraz ozunuzu yox xalqi da fikirleshin. Kiminse ayagi basdalanmalidi ki duzelsin sheher. Bakini otub kecir gence artiq.

Rafiq 2018-07-03 23:18:46

Elmar kimilər ölkəni dağıdır milləti alçaldır, rüşvətxorluq korrupsiya baş alıb gedir, ölkəni talan-qarət edirlər,milli sərvət oğurlanır itirilir,millətə atılır, yüzlərlə milardlar yox olur... . Bunun axırı hara gedəcək. Belə də dərd olarmı. Ona görə də düşməndən qorxurlar torpağı ala bilmirlər. Allah bizə kömək olsun. Faciələrdən bizi qorusun. Bizi insan yerinə qoymayanlardan, harınlamışlardan canımızı qurtarsın.

Realist 2018-07-03 23:18:46

Nəzarətsiz ölkədə belə halların baş verməsi adi haldır.Nə İcra Başçılarına,nə nazirkərə ,nə də bir az yüksək vəzifə verilən məmurlara nəzarət edilmir.Ona görə səbrli olun.Bir kasıb mağazadan ehtiyacdan bir çörək götürsə həbsxanaya qədər yolu var.Amma bir nazir 2-5 milyard oğurlayıb yesə ona gözün üstə qaşın var deyən tapılmır.Bu Aərbaycan reallığıdır.Sonra da deyirlər Azərbaycan xalqı dözümlü xalqdır.

Veteran 2018-07-03 23:18:46

Vaxt vardi adami ancaq namus ustde gulleleyerdiler...

Lenkeranll 2018-07-03 23:18:46

icra başçıları iş adamlarna zülm edirlər ...

Yeraz 2018-07-03 23:18:46

Cenab prezdent elmar vəliyev o Rusya vetendaşnln haqqını yeyib ele menim bir dostumun obyektini elinden alıb deyib get kime deyirsense de men hec kimi saymıram ...

EWDER 2018-07-03 23:18:46

esas inkiwafdu....keyf eleyin...panikaya duwmeyin...nezaret altindasuz...ewder cani

BAKILI 2018-07-03 23:18:46

Yunis SEFEROVA AZARLIQ

Xalq 2018-07-03 23:18:46

Bəlkə mühafizəçini də vaxtında Bakıya gətirib aparata qoşub tibbi yardım etsəydilər ölməzdi.

SÜBUT 2018-07-03 23:18:46

Həmin şəxs ötən il Gəncə şəhərində mühafizə polisinin əməkdaşını döyərək xidməti silahını əlindən alıb və hadisə yerindən qaçdığı üçün axtarışa verilib. Həmçinin bildirilir ki, bir müddət əvvəl icra başçısı ilə hadisəni törədən şəxs arasında mübahisə olub və Yunis Səfərov Elmar Vəliyevə onu güllələyəcəyi barədə xəbərdarlıq edib. BƏS NİYƏ HƏBS OLUNMAYIB?

Zaur 2018-07-03 23:18:46

rayonlarda icra başçıları quldurluq, soyğunçuluq edir...

Veteran 2018-07-03 23:18:46

Rusiya vətəndaşının Elmar Vəliyevlə nə düşmənçiliyi ola bilərdi ki, onu güllələyib? Yunis Səfərov Elmar Vəliyevə onu güllələyəcəyi barədə xəbərdarlıq edibsə deməli hadisənin baş verməsində ciddi səbəblər var.Daxili İşlər Nazirliyi Bunu araşdırıb hadisənin baş vermə səbəbləri barədə xalqa məlumat verməlidir.

Naxclvanll 2018-07-03 23:18:46

Şehid anasnl döyen elmar vəliyev ölməli idi

Rza 2018-07-03 23:18:46

Məmur özbaşınalığının axırı belə olar. Hamısın milyardı var.Hardandır. Bir gün bu xalq nə yollasa soruşacaq

S.Ənvər qızı 2018-07-03 23:18:46

Vətəndaşın şikayətlərinə baxılmaması,yuxarı instansiyalar tərəfindən nəzarət sisteminin ləğv edilməsi nəticədə sosial vəziyyətin pisləşməsinə gətiib çıxarır. Təyin olunmuş nazirlər, icra başçıları özlərini kiçik padşah və ən ağıllı insan hesab edirlər.2012-ci il tarixdən məmur özbaşnalığından şikayət etməyimə baxmayaraq,şikayətimə baxan məmurla üzləşməmişəm. Rabitə Naziri R.Quluzadə vətəndaşın iş bacarığını araşdırıb tədbir görmək əvəzinə,məmurun şəxsi maraqlarına üstünlük verir.Dözülməz haldı

Son yazılar