“Qurultayı hakimiyyət nə vaxt istəsə, onda keçirəcəyik” - MÜSAVAT

“Hökumət istəsə qurultayı 2015-dən sonra, istəsə 2014-də keçirəcəyik”

Müsavat Partiyası Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin və Divan üzvü Tural Abbaslı Hafta.az-a açıqlamasında qurultayın keçirilməsi haqda danışıb.

T.Abbaslı bildirib ki, qurultay haqda sentyabrın 27-də keçirilməsi üçün məclis qərar verib: “Digər məsələlər barədə qərar verməyi isə məclis divana həvalə edib. Divan yer və digər texniki işlər barədə qərar verəcək. Bu şərtlərdən hansısa alınmasa, qurultayı keçirə bilməyəcəyik. Diskussiyalar daha çox yerlə bağlıdır. Partiya daxilində müzakirə olunur - qurultayı Əmircanda keçirək, ya yox? Hazırda şadlıq saraylarına da müraciət edilir, rəhbərlərlə danışıqlar aparılır. Qurultayın sentyabrın 27-dən irəli çəkilməsi isə müzakirə olunmayıb”.

"Müsavat" funksioneri bildirib ki, qurultayı hakimiyyət nə vaxt istəsə, onda keçirəcəklər: “Bakı Şəhər İcra Hakimiyyəti sonuncu cavabda Əmircandan başqa yer ayıra bilməyəcəklərini dedi. Bundan başqa, bildirirdilər ki, şadlıq sarayları ilə anlaşıb onlara da xəbər verməklə tədbiri keçirə bilərik. Biz indi 800-1000 nəfər tutumu olan şadlıq saraylarını araşdırırıq. Qurultayı keçirmək istəyirik. Hakimiyyət bizə nə vaxt istədiyimiz yeri versə, onda qurultayı keçirəcəyik. Qurultayımızın nə vaxt keçiriləcəyini hakimiyyətin seçiminə buraxacağıq. Hökumət istəsə qurultayı 2015-dən sonra, istəsə 2014-də keçirəcəyik. Partiyanın əsas işi seçkilərə hazırlıqdır, illərlə qurultayla məşğul olmaq deyil”.

T.Abbaslı sonuncu qərarla bağlı meriyaya müraciət etmədiklərini dedi: “Sentyabrın 27-də qurultay keçirməklə bağlı rəsmən Bakı meriyasına müraciət etməmişik. Bu barədə qərar var, müraciət olunmalıdır, yəqin ki, olunacaq”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar