ADMİNİSTRASİYA ELMAR VƏLİYEV və MİNGƏÇEVİR HADİSƏLƏRİ İLƏ BAĞLI MƏLUMAT YAYDI – "Ölkənin və əhalinin təhlükəsizliyi..."

Azərbaycan Respublikası Prezident Administrasiyası ölkədə yaranmış vəziyyətlə bağlı məlumat yayıb.

Məlumatda deyilir:

“2018-ci il iyulun 3-də Mingəçevir şəhərində yerləşən “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza nəticəsində respublika ərazisinin böyük hissəsi, o cümlədən Abşeron yarımadası və Bakı şəhərinin elektrik enerjisi ilə təchizatında problem yaranıb. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev dərhal məsələni nəzarətə götürüb, qəzanın nəticələrinin qısa zamanda aradan qaldırılması ilə bağlı aidiyyəti dövlət strukturlarına müvafiq tapşırıqlar verib, məsələ ilə əlaqədar Xüsusi Dövlət Komissiyası yaradıb.

Mövcud şəraitə uyğun olaraq, qısa müddətdə elektrik enerjisi təchizatının kəsilməsinin neqativ təsir göstərə biləcəyi strateji əhəmiyyətli müəssisələr - təhlükəsizlik, yanacaq-energetika, nəqliyyat-kommunikasiya, hərbi, əhalinin təminatı və s. ciddi nəzarətə götürülüb və onların idarə olunması işi təşkil edilib. Həyata keçirilmiş ciddi tədbirlər nəticəsində proqnozlaşdırıla biləcək bütün mənfi halların qarşısı alınıb, ən əsası, insan tələfatına yol verilməyib. Hal-hazırda dövlət qurumları qəzanın nəticələrinin aradan qaldırılması və gələcəkdə belə hallara yol verilməməsi istiqamətində zəruri tədbirlər görür, işlərin gedişi barədə əhaliyə müntəzəm məlumat verilir".

Açıqlamada təəssüflə bildirilir ki, əhali Mingəçevir İES-də qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı qayğıları yaşadığı bir zamanda Gəncə şəhərində cinayət hadisəsi baş verib:

"Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov naməlum şəxsin odlu silahdan açdığı atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Məsələ barədə dərhal Azərbaycan prezidentinə məlumat verilib və müvafiq tapşırıqlar alınıb, cinayəti törədən şəxs saxlanılaraq məsuliyyətə cəlb edilib. Göründüyü kimi, Azərbaycan hökuməti bütün vəziyyətlərdə, o cümlədən fövqəladə hallar zamanı ölkənin və əhalinin təhlükəsizliyini, habelə cəmiyyətin normal həyat ritmini təmin etmək iqtidarındadır. Baş vermiş hadisə zamanı görülən işlər bunu əminliklə deməyə tam əsas verir.

Qeyd edilməlidir ki, kütləvi informasiya vasitələri Mingəçevir İES-də qəzanın baş vermə səbəbləri, onun aradan qaldırılması ilə bağlı dövlət orqanlarının gördüyü işlər barədə cəmiyyəti operativ və obyektiv şəkildə məlumatlandırıb, olduqca təmkinli və məsuliyyətli davranaraq, əhali arasında ajiotaj yaranmaması üçün üzərlərinə düşən vəzifələri icra ediblər. Əfsuslar olsun ki, bəzi müxalif dairələr nəzarətlərində olan xəbər saytları və sosial şəbəkələr vasitəsilə Mingəçevir İES-də baş vermiş qəzadan və Gəncə şəhərində vəzifəli şəxsə qarşı həyata keçirilmiş silahlı basqından məqsədyönlü şəkildə yararlanmağa çalışıb, dövlət və xalq mənafelərinə zidd mövqe tutaraq cəmiyyətdə ajiotaj yaratmaq, kütləvi narazılıq formalaşdırmaq və respublikada sabitliyi pozmaq əhval-ruhiyyəsi nümayiş etdirmişlər. Həmçinin, özlərini müstəqil sayan bir sıra xəbər saytları da bu eyforik əhval-ruhiyyəyə qoşularaq, dəqiqləşdirilməmiş şayiələri baş vermiş hadisə kimi təqdim etmiş və vətəndaşları yalan informasiyalarla çaşdırmağa cəhd göstərmişlər. Mingəçevir İES-də baş vermiş qəzanın, o cümlədən bu hadisənin müxtəlif sahələrdə yaratdığı problemlərin aradan qaldırılması üçün dövlət orqanları tərəfindən zəruri tədbirlər həyata keçirilib və qısa müddətdə respublika həyatının bütün sahələrində normal iş fəaliyyəti bərpa olunub. Görülən işlər barədə müntəzəm qaydada əhaliyə məlumat verilib və qarşıdan gələn dövrdə bu fəaliyyət davam etdiriləcək”.

635x100

Şərhlər

hespe 2018-07-04 12:07:33

...Mesul vezifelere kimlerinse ogullari,gohumlari teyin olunur.Kohne ogrularin yerini daha artig ishtahla toremeleri tutur.......Normal olkelerde korrupsiyaya yol verilmesin deye butun guc strukturlari 2-3 ilden bir deyishdirilir..................

omer 2018-07-04 12:07:33

Son 20 ilde olkeye qoyulan pullari nezere alsaq deye bilerikki butun azerbaycan iwigin sonmeyin bilmeli deyildi.nece wadliq evlerinde avtomotik deyiwir ,respublikadada ele olmalidir..amma helede hovsanda,ehmedlide su yoxdur..nsrgilede svetavor iwlemir

t.ədalət 2018-07-04 12:07:33

İşığın olmaması ölkədə vəziyyəti çox gərginləşdirdi.Xüsusilə su məsələsi günün faciəsinə çevrildi.Azərsuya rəhbərlik edən şəxs hadisəni düzgün nəzərə almadı.Vaxtında görülməyən tədbirlər əhalini dövlətdən narazı salmağa yönəldi.Sahələrdə hökm sürən özbaşınalıq,pul hərisliyi əhalinin qəzəblənməsinə gətirib çıxardı.Hadisə göstərdi ki,idarənin pullarını qohum-əqrəbanın adına yaradılmış firmalar arasında bölüşdürmək və mənimsəməklə iş getmir..

hüquqsuz vətəndaş 2018-07-04 12:07:33

Bərəkallah,çox operativ işləyirsiniz və korrupsiyanı da tam nəzarətdə saxlayırsınız,hər şey əladır... Təxribatçılara ar olsun.

R-n 2018-07-04 12:07:33

Cox ecaib sheraitdir.....Gundelik en azindan 2-3 yangin bash verir.....Digalar olkelerinde rushvetxor,ogru,xain galmadi tutdu.....Biz ise,kiminle onlarin gabagina cixacagig,ogru,xain memurla?....Hansi memura el uzatsan ya ogru,ya da xain cixır.ALLAH axirimizi xeyirli etsin...

hellas 2018-07-04 12:07:33

Bağışlayın ey. Elmar Vəliyev ilə milləti müqayisə etməyiniz çox gülüncdür. E.Vəliyev törətdiyi əmələ görə bu hadisəyə tuş gəlib. Millətin təhlükəsizliyi deyəndə siz, millətin işığının kəsilməsi, suyun verilməsinin tamamilə dayandırılması məntiqcə təhlükəsizlikmi sayırsınız. Milyardları xərcləyib Oğuz-Q-Bakı su kəməri çəkildi. Suyun verilməsi daha bərbad günə düşdü. Mərəzədə, Sitalçayda külək dəyirmanları, Nasosnıda günəş batareyaları quraşdırıldı. lakin hələ onlardan bir iliç lampası üçün enerji alınmayıb.

Şəkili 2018-07-04 12:07:33

Azərsuyun fəaliyyəti Şəki Su İdarəsinin müdiri Bayram Məmmədovun iş fəaliyyəti kimidir... Bayram Məmmədov özünü kimi hər posta öz savadsız qohum-qardaşlarını təyin etməklə dövlət əmlakını mənimsəmək yolu ilə milyonları əldə edib,ədasından durmaq olmur Onlarla ticarət obyektlərini əldə edib,nəyin hesabına,qanunsuz qazandığı pullar hesabına. Bu savadsız 5- qardaşın 5-də dövlət əmlakını talan edirlər,gözün üstə-qaşın var deyən yoxdur onlara.. onların qanunsuz hərəkətləri,vətəndaşları dövlətdən narası salır

Son yazılar