Elmar Vəliyevlə birlikdə güllələnən mühafizəçinin FOTOsu

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsd zamanı güllələnən mühafizəçi Qasım Aşbazovun fotosu yayılıb.Criminal.az xəbər verir ki, Q.Aşbazov polis əməkdaşı olub. Ağır güllə yarası alan E.Vəliyev bu gün vertolyotla Bakıya göndərilib.

Hadisə dünən saat 20:00 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin önündə yerləşən mərkəzi meydanda baş verib. Meydandakı pilləkəndə Yunis Səfərov və hələlik adı məlum olmayan qırmızı köynəkli şəxs icra başçısına hücum edib.

Rusiya vətəndaşı olan Y.Səfərov ötən il Gəncə şəhərində mühafizə polisinin əməkdaşını dəmirlə döyərək xidməti silahını əlindən alıb və hadisə yerindən qaçıb. Həmin vaxtdan axtarışa verilib. Bir müddət əvvəl icra başçısı ilə hadisəni törədən şəxs arasında mübahisə olub və Yunis Səfərov Elmar Vəliyevə onu güllələyəcəyi barədə xəbərdarlıq edib.

Faktla bağlı hüquq-mühafizə orqanları hələlik məlumat yaymayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar