Altı rayon qazsız qalacaq

Fasilələrin yaranmasına səbəb şəbəkədə təmir işləridir

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu gün saat 11:00-dan 15:00-dək Nərimanov, saat 12:00-dan 16:00-dək Yasamal, saat 16:00-dək Hacıqabul, saat 18:00-dək Göygöl və Sabunçu, işlər başa çatanadək isə Xəzər rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Fasilələrin yaranmasına səbəb qaz nəqli sistemində və qaz şəbəkəsində təmir işlərinin aparılması, qaz xəttinin mənbəyə birləşdirilməsi və ölçü qovşağının quraşdırılması ilə əlaqədardır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar