DEPUTAT GÜLLƏLƏNƏN İCRA BAŞÇISINI İTTİHAM ETDİ - "Onun yanında mühafizəçinin nə işi var?"

Fəzail Ağamalı: “İcra başçısı mühafizəçi ilə gəzirsə, işdən evə xüsusi polis maşınları ilə müşayiət olunursa,..”

Xəbər verdiyimiz kimi, iyulun 3-ü, axşam saatlarında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov İcra Hakimiyyətinin inzibati binasının qarşısında odlu silahdan açılan atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Fəzail AğamalıModern.az-a açıqlamasında Gəncənin icra başçısının və mühafizəçisi Qasım Aşbazovun silahlı hücuma məruz qalmasına münasibət bildirib:  "Gəncədə baş vermiş hadisəyə təəssüf edirəm. Baş vermiş hadisə hüquq-mühafizə orqanları tərəfindən mütləq araşdırılacaq və məsələnin mahiyyəti ortaya qoyulacaq. Ancaq bura qədər keçilən yol var. Bu yol olmamalı idi. Məmur vətəndaş münasibətləri bu həddə çatdırılmamalı idi”.

Fəzail Ağamalı baş vermiş olayın fonunda icra başçılarının cangüdənlə gəzməsinə etiraz edib: "Hətta cinayətkarın özü ilə də elə davranmaq lazımdır ki, cinayətkar belə bu addımı atmasın. Dövlət məmurunun da bacarığı, qabiliyyəti ondadır ki, bu cür hallara yol verməsin. Düzü, buna xüsusi şərh vermək istəməzdim. Hər halda, məsələnin nəticələri mənim üçün də maraqlıdır ki, nə üçün belə hal baş verib. İcra başçısı xalqın yanında olmalıdır. Onun yanında mühafizəçinin nə işi var? İcra başçısı xalqın içində olmalıdır. Əgər icra başçısı mühafizəçi ilə gəzirsə, işdən evə xüsusi polis maşınları ilə müşayiət olunursa, bu, başadüşülən deyil. Düşünürəm ki, burada incə məsələlər var. Hadisənin üzərində xüsusi dayanmaq istəməzdim. Hər halda, hadisənin nəticələrini gözləyək”.

Respublika Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatına görə, fakt üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 29, 120.2.3-cü, 120.2.7-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi başlanıb. Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Faktla bağlı görülən tədbirlər ölkə Prezidentinin şəxsi nəzarətindədir

635x100

Şərhlər

Zamiq 2018-07-05 18:19:26

Fezail seni butun Azerbaycan taniyir... Besdi deee...... O vaxtki yumrugun tesiri gedib deyesen.. ... Elmar hemishe sozun deyib hec vaxt da qabagindan yemeyib canini qoyub gence ucun. Olumle hedelenib yene de ishleyib. Bashci bele olar e. Yoxsa bosh bosh danish ki muhafizeci neye lazimdir. Bax ele bu gune lazimdir terror olanda qorusunlar. Gordun indi niye lazimdir?? ,....Allah bashciya shefa versin. Amin!!!

Cəmşid Dərələyəzli 2018-07-05 18:19:26

Fəzail bəy insan nə qədər Vicdanını əldə etdiklərinə qurban verməy çalışsa da, sonda o vicdan (əgər varsa) içəridən hayqırıb çıxır. Hal -hazırda gec də olsa siz də bu proses başlayıb. Qaldı icra başçıları ilə bağlı məsələlərə, sanıram artıq onları ləğv etməyin vaxtı və zamanı yetişib. Artıq onların səlahiyyətləri mövcud bələdiyyələrə verilməlidir. Bu gün hansı başçını qaldırsan, hamısında eyni problem, vətəndaşa qarşı eyni sayqısızlıq, mənaviyyatsızlıq. Pirallahının başçısı kimi.

Mütəxəssisə Mütəxəssisdən 2018-07-05 18:19:26

Şəmsəddin m-m barədə dediklərin həqiqətdir. E.Vəliyev təkcə qardaşına güvənməyib. Onların super güclü klanı var. Başındakı general çox güclüdür... H.Əliyev mərkəzinin yanındakı ekiz villaları... E.Vəliyev xisləti elə təmsil olunduğu klanın xislətidir.... Qaradağın boksyor başçısı kimi bəzi başçıların xisləti də elədir. Hesab edirəm RİH ləğv edilib yalnız ictimai asayişin koordinatoru statusunda Valiliklər yaradılmalıdır. Ədalətlə seçilib xalqa hesabat verən işgüzar bələdiyyəçilik yaradılmalıdır. Mədəni ölkələrdə belədir.

Dr.AGAOGLU 2018-07-05 18:19:26

AXIR KI,FƏZAİL KİŞİDƏ ƏDALƏT NÜMUNƏSİ GÖSTƏRMƏYƏ CƏHD ETDİ.HADİSƏNİ YARADAN SƏBƏBƏ ƏDALƏTLİ HÜQUQİ QİYMƏT VERİLMƏLİDİR Kİ,HƏM DAXİLDƏ HƏM DƏ XARİCDƏ GƏRGİNLİK OLMASİN.BÜTÜN SAHƏLƏR ÜZRƏ ÖZÜNÜ QANUNDAN KƏNAR HİSS EDƏN MƏMURLAR DA PAPAQLARINI QABAQLARINA QOYUB FİKİRLƏŞSİNLƏR.

EWDER 2018-07-05 18:19:26

EWWI BU ELMARA BELE QARDAWI XANLARADA WEREF ORDENI DUWUR,YAXWI INKIWAE ETDIKLERINE VE ESABELERINI IRELI APARDIQLARINA GORE...MOLODES....XOLODES ESAS INKIWAFDU,YAVAWDAMAQ OLMAZ

S.Ənvər qızı 2018-07-05 18:19:26

Fəzail müəllim çox düzgün və öz məntiqli fikrini bildirib.İcra Başçıları həqiqətən yerlərdə özlərini kiçik padşah hesab edirlər E.Vəliyevin qohumu,ildə bir müəssisədə işləməyi bacarmayan, MTN çetesində adı hallanan Rəsulov Bayram 8-ildir ki, Azərpoçtun Baş direktor müavini vəzifəsində işləyir və rabitəçilərə qan uddurur və onun özbaşnalıqlarına göz yumulur.Gəncədən təyin olunmuş deputat Musa Quluyev,E.Vəliyev tərəfindən əhaliyə kobud davranışlarını cənab Prezidentimizə vaxtında məlumat ver.cina.h. b.vermə

Yaquv-a 2018-07-05 18:19:26

Allah evini tiksin! Oralar demokratik ölkələrdir. Görmürsən, bizdə Röya,Aygün,Faiq də cangüdənlə gəzir.Bunu dəb salana de. Rəhmətlik İmamMustafayev,Vəli Axundovun can güdəni olmayıb. Onlar şəhərdə,rayonlarda sərbəst,cangüdənsiz gəziblər.

Qulu 2018-07-05 18:19:26

t.ədalət "Bu hadisədən sonra E.Vəliyevin vəzifəsində qalması düzgün deyil". Bəli, bu hadisədən sonra onu BAKIYA mer gətirəcəklər. Hazırlıq çoxdan gedir. Düzdür, əks düşərgənin buna etirazı var. Bir də, əhaliyə qarşı kobudluq, saymamazlıq, nümayişkanə hörmətsizlik, MÜLKİYYƏT HÜQUQLARININ TAPTANMASI bütün icra başçılarına xasdır. Təəccüb doğuran, bu hadisənin olması deyil.....

Internetden informasiyalar... 2018-07-05 18:19:26

Cenab Fəzail Ağamalı, siz, SADELOVH fikirleshirsiniz ki, Gəncə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, guya DOVLET memurudur, LAKIN, bu adam, Gencede əhaliyə qarshi KOBUD, DEHSHETLI TEHQIR, SOYUSHLERLE, ZULM EDIB. Meger, bilmirdi ki, bu memur, oz HEDDINI ASHIB Gencede ? Bu memurun qardashi Xanlar Veliyev, Azerbaycanin herbi prokurorudur. Beli, BURA AZERBAYCANDIR.......

t.ədalət 2018-07-05 18:19:26

Bu hadisədən sonra E.Vəliyevin vəzifəsində qalması düzgün deyil.Heydər Əliyev buna bənzər hadisə baş verdiyinə görə,vaxtı ilə Əli Ömərovu vəzifəsindən azad etdi.E.Vəliyev general Rasim Musayevi də incitmişdi ....

Sedaqet 2018-07-05 18:19:26

Aaaa bir misal vareeee deliden dogru xeber)))goren bu misal fazail m dediyi sozlere aiddir? Sagoleee ay fezail m. Sende uje deyesen yolunu azib duzgun yola qayidirsan? Amin inshALLAH darisi bashqa memurciklerin bashina

omer 2018-07-05 18:19:26

Hacibala muellim gelib mehellelerde oturub agsaqqal insanlarla sohbet edib cay icerdi.men ozum wahidi olmuwam.ozude tek olardi.cangudensiz

Yaqub 2018-07-05 18:19:26

Xaricdə məmurlar işə velosipedlə gedib gelirlər

Müfəttiş 2018-07-05 18:19:26

Eimarin hansı klanın adamı olduğunu bilməyən yoxdur.Amma çətin ki Dövlət başçısı onu bundan sonra da vəzifədə saxlasın....

Mütəxəssis 2018-07-05 18:19:26

Xaçmaz RİH başçısı Şəmsəddin müəllimdən hər bir icra başçısı ibrət dərsi götürməlidir.Mən 10 il Xaçmazda işləyən vaxt onu həmişə şəhərin icində tək,bəzən özü yaşda 1-2 kişi ilə gəzən görürdüm.2 ildi ordan cıxmışam.Hamı ilə da salamlaşırdı.Şəhərdə tikinti gedən yerləri daim özü gəzirdi.Əsil insan, başcı belə olmalıdır.Yox bir,polis işçisi ilə mühafizə olunması.E.Vəliyevin elə bu hərəkəti nəyə qadir olmasından xəbər verir.Arxasında qardaşı Xanlar Vəliyev vardır deyə istədiyini etməyi özünə hünər hesab edir.

X 2018-07-05 18:19:26

CENAB DEPUTAT AZERBAYCANA YENI GELMISIZ ICRA BASCILARI FIRONLARIDI 21 ESRIN

Gəncəbasarlı 2018-07-05 18:19:26

Paytaxtı Gəncə olan Şəddadilər dövlətinin sələfi kimi özünü aparıb ....simpatiziyanı kimi davranan emoya allah özü bildiyi kimi kömək olsun. Amin

G.M 2018-07-05 18:19:26

Bəli Fəzail məllim,Qanunla nəzərdə tutulmayıbsa cangüdənlə gəzən məmur özünün cinayətkar,riyakar olduğunu təsdiq etmiş olur.Məmura qarşı silah işlətmək məcburiyətində qalan vətəndaşa qarşı məhkəməsiz edilən təyziq və işgəncə faktları isə daha ciddi qanun pozuntusundan,əxlaqsızlıqdan xəbər verir.Təcili məsələ qaldırıb,cinayətkarı qanunlar çərçivəsində mühakimə etmək lazımdır..əks halda daha qatı cinayətlərə yol açılacaq.Qanunun pozulması göz ünündədir..səbəbi isə məlum deyil

Vətəndaş 2018-07-05 18:19:26

ELMARIN KİM OLDUĞUNU BÜTÜN ƏHALİ BİLİR. ONUN KİMLİYİNİ DEPUTATLAR DA HÖKUMƏT DƏ BİLİR. .... QANUN QAYDA ANCAQ KASIBLARA İKİQAT TƏTBİQ OLUNUR. .....BU ÖLKƏNİ HARINLAMIŞ TALASNÇI MƏMURLAR, DEPUTATLAR PİS GÜNƏ SALIR... MƏN SİYASƏTÇİ DEYİLƏM, ANCAQ YAŞLI ADAMAM BİR SÖZDÜR DEYİRƏM. HƏR HALDA DEMƏYƏ DƏ HAQQIM VAR......

vəli 2018-07-05 18:19:26

Görün iş nə yerdədir ki, F.Agamalı da artıq bu vəziyyətə dözmək, susmaq istəmir, həttda özünəməxsus şəkildə ETİRAZ DA edir.TƏQDİRƏLAYİQDİR.HƏM DƏ BUNUNLA F,AGAMALI Zahid Orucdan TAM FƏRQLİ OLARAQ ƏSLİNDƏ İQTİDARI DOLAYISI İLƏ ARTIQ AÇIQ HİSS OLUNAN GƏLƏCƏK BƏLADAN QORUMAGA ÇALIŞIR.Zahid Orucsa Bərdədən deputat təyin olunub və Bərdənin başçısına haqq qazandırır.....Yəni heç olmasa 1 nəfər "Elmara qəhmər duran var" deyilsin.

Vətəndaş 2018-07-05 18:19:26

DEPUTAT SƏN DOĞRUDAN DA KİŞİ ASDAMSAN. SIN O HARINLAMIŞ, QULDURLAŞMIŞ MİLYARDER MƏMURU MÜDAFİƏ ETMİRSƏNSƏ QARAYA AĞ DEMİRSƏNSƏ DEMƏLİ SƏN ƏSL AZƏRBAYCANLISAN.

Mustafa 2018-07-05 18:19:26

Genceli ha ,genceli, bashinda papaq ,belinde xenceri !

Son yazılar