Tanınmış vəkil iki nəfərin ölümündə təqsirləndirilən şəxslərə bəraət aldı - Açıqlama

Tanınmış vəkil Adəm Məmmədov növbəti bəraətini qazanıb. Bu dəfə o, iki nəfərin ölümündə ittiham olunan şəxs barəsində bəraət hokmünün çıxarılmasına nail olub.

Vəkil Adəm Məmmədov "AzPolitiuka.info"ya açıqlamasında bu barədə ətraflı məlumat verib.

Vəkil bildirib ki, dövlət ittihamçısı hüquqlarını müdafiə etdiyi şəxsə ömürlük azadlıqdan mərhum etmə cəzası, digər təqsirləndirilən şəxs Həsənov Şaiq Tahir oğluna isə 20 il müddətinə azadlıqdan mərhum cəzası istəyib: “Buna baxmayaraq, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsinin ədalətli hakimi Elmin Rüstəmovun hökmü ilə təqsirləri sübuta yetirilmədiyindən hər iki şəxsə bəraət verilib. Bununla da ağır gunaha batmış və hazırda Şəmkir rayon prokuroru olan Azər Hətəmovun qondarma ittihamı darmadağın olunub”.

Vəkilin sözlərinə görə, hüquqlarını müdafiə etdiyi Orucov Səxavət Oruc oğlu AR CM-nin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.9, 120.2.10, 120.2.11, 127.2.3, 181.3.2, 181.3.3, 221.3-cü maddələri ilə ittiham elan olunub: "Orucov Səxavət Oruc oğluna elan olunmuş ittihamda qeyd olunub ki, o, Həsənov Şaiq Tahir oğlu və Aslanov Aqil İsrəfil oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 26 sentyabr 2016-cı il tarixdə aşkar surətdə köməksiz vəziyyətdə olan Musayev Səxavət İrayət oğlunu tamah məqsədilə, quldurluqla əlaqədar, xüsusi amansızlıqla qəsdən öldürüb. Külli miqdarda əmlakı ələ keçirib öz aralarında bölüşməklə, qabaqcadan əlbir olan bir qrup şəxs halında , silah qismində istifadə olunan əşyalar tətbiq etməklə və zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq edib.

Bundan başqa, Orucov Səxavət Oruc oğluna elan olunmuş ittihamda qeyd olunub ki, o, 19 fearal 2014-cü il tarixdə gecə saat 03:30 radələrində Mirzəyev Sənan Ərşad oğlunun yaşadığı Tərtər şəhəri, Vasif Hüseynov küçəsi 2 nömrəli evin içərisinə daxil olaraq qisas niyyəti ilə sonuncunun ürək nahiyəsinə təxminən 1 metr məsafədən atəş açmaqla Mirzəyev Sənan Ərşad oğlunun sağlamlığına qəsdən ağır zərər vuraraq qəsdən öldürüb.

Digər təqsirləndirilən şəxs Həsənov Şaiq Tahir oğluna Musayev Səxavət İrayət oğlunun qəsdən öldürmələrinə görə eyni ittihamlar verilmişdi".

Ancaq vəkil Adəm Məmmədov məhkəmədə ittihamın doğru olmadığını sübut edib: "Məhkəmə istintaqı zamanı sübuta yetirildi ki, qeyd olunan cinayət hadisələri törədilərkən Orucov Səxavət Oruc oğlu və Həsənov Şaiq Tahir oğlu cinayətin törədilmə yerində olmayıb. Bu, şahid ifadələri və telefon-danışıq anten dairəsi ilə, eyni zamanda digər mötəbər sübutlarla tam təsdiq edilib. Buna görə də hakim bəraət hökmü çıxardı.

Bu bəraət hökmünin qəbul olunmasında mənimlə birlikdə böyük əməkləri olan vəkil Zabil Qəhrəmanov və vəkil Səadət Seyidliyə, eyni zamanda ədalətli qərara görə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmova təşəkkürlərimi bildirirəm!"

AzPolitika.info

635x100

Şərhlər

Pirzadə 2018-07-04 20:24:00

Kaş bütün Vəkillər və Hakimlər sizin kimi olaydı

Son yazılar