PREZİDENT ENERJİ BÖHRANINA GÖRƏ QƏZƏBLƏNDİ -  "Siz utanmalısınız..." + VİDEO /FOTOLAR

Azərbaycan prezidenti İlham Əliyevin yanında ölkənin enerji sistemində yaranmış vəziyyətlə əlaqədar müşavirə keçirilib.

Prezident İlham Əliyev ölkənin enerji sistemindəki vəziyyətlə əlaqədar keçirilən müşavirədə son 15 ildə ölkənin enerji sektoruna böyük investisiyaların qoyulduğunu, yeni elektrik stansiyaların tikildiyini xatırladaraq bir qəza nəticəsində bütün enerji sisteminin sıradan çıxmasının çox ciddi suallar doğurduğunu bildirib.

Prezident İlham Əliyev vurğulayıb ki, qəza nəticəsində ümumi sistemin sıradan çıxması ciddi faktdır: "Bununla bağlı əlavə tədbirlər görülməli, təkliflər verilməlidir".

Prezident İlham Əliyev bu işdə günahı olanların müəyyən edilməsi və cəzalandırılması ilə bağlı ciddi tapşırıqlar verib.

Azərbaycan Respublikasının Prezidenti 

635x100

Şərhlər

Ardı-S.Ənvərqızı 2018-07-04 22:08:46

şəxsi maraqlarına üstünlük verir. Dövlətimizi,xalqımızı və cənab Prezidentimizi qəlbən sevən,öz xidmətləri ilə ictimaətin, Rəhbərliyin etimadını qazanan nümunəvi Rabitəçi uzun müddətdir ki,məmur özbaşnalığı nəticəsində işsizlik həyatı yaşayır.Rabitə Naziri Ramin Quluzadə Qanunun aliliyinə riayət edərək onun iş fəaliyyətini araşdıraraq özünə layiq işə təyin etmək əvəzinə, İcra Başçısının şəxsi maraqlarına üstünlük verir və müraciətimizədə əhəmiyyət verməyir.Xahiş edirik RN-i R.Quluzadəyə göstəriş verərsiniz

S.Ənvər qızı 2018-07-04 22:08:46

Hörmətli cənab Prezident,Sizin təyin etdiyiniz məmurlar öz xidmətləri ilə etimadınızı doğrultmaq əvəzinə,vətəndaşı dövlətdən narazı salma hallarına şərait yaradırlar.Sizi qəlbən sevməyirlər,sevseydilər vətəndaşın şikayətlərinə yerində araşdırıb tədbirlər görərdi,yuxarı instansiyalara şikayət etməyə imkan yaratmazdılar.Mənim ailəm 2012-ci ildən məmur özbaşnalığından əziyyət kəçir,qanunun aliliyinə hörmət edən məmurla üzləşməmişəm. Rabitə Naziri R.Quluzadə şikayətimizə baxmaq istəmir,çünki məmurun şəxsi mara

Mühəndis 2018-07-04 22:08:46

Azərbaycanda kadr siyasəti səriştəsiz rüşvətxor məmurların ixtiyarına buraxıldıqından hələ buna şükr! Allah bundan betərindən saxlasın . Səriştəsiz,ixtisası uyğun gəlməyən,anlamadığı işə girişən anlaqsız insanları qohum-quda ,Eraz,yerliləri başına toplayanda rüşvətə qurşananda düşünə bilmirdilər ki,bu yanlış idarə üsuludur? Belə dövət idarəçiliyi süqutla nəticələnər? Bu hələ biri ! Görmürəlr,bilmirlər ki, Azərbaycanın imkanı olan əsl azərbaycanlı müəxəssisləri artıq başqa ölkələrə köçüb.Bəs necə olmalı idi?

Cəmşid Dərələyəzli 2018-07-04 22:08:46

Bu hallar artıq İri ranqlı məmurlar tərəfindən Dövlətə və Dövlət başçısına qarşı bir təxribatdır Bu illərin məmur cəzasızlığının nəticəsidir. Bu qəza bütün aidiyyatı strukturların- Azərenerjinin iqtisadiyyat Nazirliyinin Büdcə hesablama palatasının Fövqalədə hallar nazirliyinin, Azərsunun Səhiyyə Nazirliyinin iri ev tikmə kombinatlarının metronun və yerli İcra başçılarının nə qədər aciz bir durumda olduğunu tam üzə çıxarmış oldu. Cənab Prezidentdən məsələ ilə bağlı kompleks qərar verməsini xahiş edirik

--- 2018-07-04 22:08:46

Bəli, bəli. Utandılar. Uzun illərdir vəzifədəki məmurlar utana-utana vəzifədə qocalırlar.

Heyder 2018-07-04 22:08:46

He cenab prezdent hirsini soyutmaq ücün birinci elmar veliyevi at zindana bax bu azerbaycan ücün toy bayram senin ücün ad san olar..

Vətəndaş 2018-07-04 22:08:46

Möhtərəm Prezident, ytanmaq üçün ytanmağı bacaran üz lazımdır.Bu məmurlarda o varmı?

Energetik 2018-07-04 22:08:46

Bu sahə özbaşına buraxıldığından , istədiklərini millətin hesabına etdiklərini heç kimin nəzərə almadığını ( enerji qiymətlərini durmadan artırmaqla,əhaliyə cmart sayqaclarla zülm etməklə və bu kimi əməllərlə )gördüklərindən işlər başlı-başına buraxılıb.Enerji satışından topladıqları külli miqarda vəsait və büdcə ayırmalarının necə məsrəf olunmasına nəzarətin yoxluğu onlarda arxayınçılıq və məsuliyyətsizlik yaratdığından belə halların baş verməsi gözləniləndir.

Veteran 2018-07-04 22:08:46

Statistik melumatlara esasen tekce Wemkir SES Mingecevirden bir az awagi gucde enerji verir. Bes bele olan halda goresen Mingecevirdeki qezaya gore butun olke niye iwiqsiz qaldi? Demeli hamisi "qalicka"dir! Haram olsun size budceden taladiginiz milyonlar!

Sedaqet 2018-07-04 22:08:46

Metronun Zauru niye susub, orda oturub? Axi metroya cenab prezident pullar ayirir illerdi ki bu camaat rahat gedib gelsin. ...Zaur indi ayilib ki generator yoxdu? Ne qeder boyukdu ki metro xettimiz? Tagini qinayirsiniz vallah Tafi bundan yaxsiydi. Yesede icsede pullari amma nesede bir ish gorurdu cunki bashi cixirdi. Bu bedbext generatorsuz metro ishledir 21 esrde. Az qala uje insanlarin generatoru var bu helede .....

antiAbu 2018-07-04 22:08:46

Heç kim öz yerində deyil! İxtisası energetika olan şəxslər kənarda qalıb, rüşvətxorlar, alverçilər energetika ilə məşğul olurlar, neçə illərdir Azərbaycanı söküb dağıdırlar..... Milli lider Heydər Əliyevin rəhbərliyi dövründə belə hadisə baş berə bilməzdi! Belə hadisə baş versə idi, bunun vəzifədə oturanlar üçün nə ilə nəticələnəcəyi cəmiyyət və vəzifəli şəxs üçün açıq-aydın idi. ....

R-n 2018-07-04 22:08:46

....Bunu da xeberdarlig kimi gebul edirik,15 ilde oldugu kimi.Hec bir memur cezalanmayacag....1-2 fehle tapib 5-6 il ish verecekler,vessalam.Aparata goshulan xestelerin,korpelerin dunyasini deyishenlerin Allahi,onlarin ganini yerde goymaz.Bax ogurluq,korrupsiya ozunu nece gosterdi?Butn dunya alti tezek,ustu bezek kosmbk inkishafa gulurler,mesgereye goyurlar.....

Yusif 2018-07-04 22:08:46

çox düzdür..real vəziyyət obyektiv olaraq belədir nə yazıqki..çox ciddi və davamlı tədbirlər görülməlidir, yoxsa çox daha ağır fəsadlar ola bilər..

Millet 2018-07-04 22:08:46

Cenab prezdent ve vice-prezdent tek cence yox bütün azerbaycan xalqı sizden elmar veliyev kimi icra başçılarının özbaşnalıgna göre hebsni gözleyir ve xahiş edir

Son yazılar