Kanadada anomal istilər azı 16 nəfərin həyatına son qoyub

Kanadanın Kvebek vilayətində ötən bazar qeydə alınmış anomal istilər 16 nəfərin həyatına son qoyub.

"Report" xəbər verir ki, bu barədə TASS agentliyi xəbər verib.

Bildirilir ki, onlardan 11-i vilayətin ən iri şəhərində Monrealda ölüb. Meqapolisdə isti hava şəraiti ilə əlaqədar təcili yardıma zənglər 30 faiz artıb.

Monrealda sonuncu dəfə normadan yüksək hava 2010-cu ilin yayında qeydə alınıb. Həmin vaxt anomal istilər 106 nəfərin həyatına son qoyub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar