"İRADLARIN HEÇ BİRİNƏ MƏHƏL QOYULMAYIB" - Heydərov Pirverdiyevi ittiham etdi + VİDEO 

"İlk hadisə zamanı mən özüm də srağagün oraya getdim. Şəxsən müşahidə etdiyim o idi ki, o cərəyan açarı olan hissədə onun içərisindəki yağ dağılıb və qabağında olan kanallarda kabelləri yandırıb. Biz əvvəllər də "Azərenerji”yə göndərdiyimiz məktublarda qeyd etmişdik ki, bu kanalların üstü möhkəm bağlanmalı və açıq olmamalıdır, hər hansı bir qəza baş verərsə, o yağlar oraya tökülməsin. Təəssüf olsun ki, təxminən bütün 63 açarın qabağındakı kanalların hamısının üstü möhkəmləndirilməyib”.

"AzPolitika"nın məlumatına görə, bu barədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov prezident İlham Əliyev yanında ölkənin enerji sistemindəki son vəziyyətlə əlaqədar keçirilən müşavirədə çıxışı zamanı deyib.

"Bizim komissiyanın üzvlərinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin, yerli təhlükəsizlik orqanlarının əməkdaşları ilə birgə apardığımız müşahidəyə əsasən gəldiyimiz qənaət budur ki, doğrudan da bizim əvvəllər göstərdiyimiz iradların heç birinə riayət olunmayıb. Ərazi quru otlardan təmizlənməyib. Soyutma qurğularının heç biri demək olar ki, işləmir. Əgər orada soyutma kanalı ilə, - düzdür indi deyirlər ki, bu çoxdanın problemidir, - Mingəçevir gölünün dibindən alınan suyun temperaturu 12 dərəcə olmalı olduğu halda qəza baş verən gün suyun temperaturu 28 dərəcə olub, dünən isə 26 dərəcə idi. Yəni, bu, soyutma işlərinə maneçilik törədir”, - deyə nazir əlavə edib.

O qeyd edib ki, elektrik xətlərində, digər yerlərdə hər hansı bir qəzanın baş verməsi bununla məşğul olan müvafiq qurumlar arasında rabitənin və operativ əlaqənin olmamasının nəticəsidir:

"Biz orada energetiklərlə söhbət etdik və soruşduq ki, niyə ikinci dəfə blok çökdü. Biz orada müşavirə keçirirdik və birdən-birə enerji kəsildi. Heç kim bizə məlumat verə bilmədi ki, niyə işləyən qurğu birdən-birə yatdı. Yəni, biz digər qurumlarla birgə hərə öz kanalından istifadə etdi ki, qəza hansı tərəfdən olub. Biri dedi ki, Şirvan stansiyasında yükləmə çox olub və ona görə burada açılıb. Biri dedi ki, Bakı-Abşeron xəttində gərginlik çoxaldığına görə olub. Biz illər boyu yazdığımız məsələləri dünən Baş Prokurorluğa, eyni zamanda, Daxil İşlər Nazirliyinə təqdim etdik.

Orada müşahidə etdiyim məsələlərdə ən əsas gördüyüm odur ki, birincisi bu stansiya fiziki və mənəvi cəhətdən köhnədır. Vəsait ayırıb onu təmir etməzdən əvvəl, əgər imkan varsa tapşırığınıza əsasən bu sahədə beynəlxalq təcrübəsi olan qurum onu əvvəlcə audit etməlidir ki, hansı vəziyyətdədir. Ondan sonra digər şirkətlər onun necə qurulmasını və ümumiyyətlə, ölkə üzrə bu sistemin bir-birinə maneçilik törətmədən, əksinə, bir–birinə dəstək verərək işləməsi məsələsini ortaya qoymalıdır ki, nəinki hər hansı bir yarımstansiyada, hər hansı istilik elektrik və digər elektrik stansiyalarında qəza baş verdikdə ölkədə problem yaşanmasın”.

635x100

Şərhlər

Hörmətli oxucu! 2018-07-05 00:21:40

Bismillahir-Rəhmanir-Rəhim Bu məmurlar,baxın,nə deyirlə: -Biz əvvəllər də “Azərenerji”yə göndərdiyimiz məktublarda olan noqsanlar hələdə qalır; -“Bizim komissiyanın üzvlərinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə apardığımız gəldiyimiz qənaət budur ki, doğrudan da bizim əvvəllər göstərdiyimiz iradların heç birinə riayət olunmayıb. SUAL-1-ci NİYƏ GÖSTƏRİŞƏ NƏZƏRƏT OLMAYIB;2-ci Cəzasızlıq və məsuliyyətsizlik mühitü kim yaradıb? Heç bir əndazəyə sığmayan haldı.

Tariyel Əliyev 2018-07-05 00:21:40

Nədən FHN Yanğın nəzarət xidməti bir kiçik dükanı, yaxud sexi akt yazıb bağlaya bilir, strateji obyektə qarşı tədbir görə bilmir? ...

Sedaqet 2018-07-05 00:21:40

Yazili xeberdarliq edibse FHN ve netice olmuyubsa mutleq shekilde cenab kemaleddin bey prezidente bu barede melumat vermeli idiki bu sahede axsaqliq var. oturub gozlememeliydi ki bu cur hallar bash versin ve insanlar dovlete qarshi cixsinlar. Axi heqiqetende cenab prezident elinden geleni edir ve calishir etsin ki bu millet yaxshi yashasin. Sadece etrafi nadurust insanlarla ehate edilib. Durustlef ise kenardan baxir. FHN boyuk gunahi var prezidentin ve dovletin qarshisinda. Nazir guclu fiquradi sozu kecir

EWDER 2018-07-05 00:21:40

HEC BIR IDARE,NAZIRLIK DUZGUN,HALAL IWLEMIR.HAMISI OZELLEWDIRILIB,AILE ,POTYAT USULI ILE IDARE EDILIR.EEWDER OL CANI........

G.M 2018-07-05 00:21:40

Niyə demirsiniz ki,əvvəla bu günə kimi cari təmir adı altında bu İES-ə nə qədər pul ayrılıb və göyə sovurulub.İkincisi də bundan əlavə bir neçə yüksək MQVatlıq İESlər niyə işləməyib.Və bu gün də işlədə bilmirlər.Mingəçevir İES ssri dönəmindən bu günə kimi dayanmadan işləyib.Hansı ki,məhəlli şəkildə bütün ES-ları işlədilsəydi,yüklənməni heç hiss etməzdilər də.Baş nazirin müavini Eyyubov da məhsuliyət daşıyır ki,Etibar kimi kadrlara ``dayılıq`` eliyir.

Veteran 2018-07-05 00:21:40

Bele cixir ki mehel qoyulmurdu siz de susurdunuz?! Sohbet olkenin 1 nomreli strateji obyektinde baw vere bilecek tehlukeden gedirse ve buna ehemiyyet verilmirdise bu barede Cenab prezidente meruze olunmali idi hormetli FHnazirimiz!!!

Sedaqet 2018-07-05 00:21:40

Cenab prezident iclasda temkinle pirverdiyeve siz deye muraciet edir ve utanmalisiz deyir . O pirverdiyev veya orda oturan memurlar oz etdiyi hereketlerden ve cenab prezidente olan xeyanetli munasibetlerinden utansaydilar onda ay cenab prezident bu olke ancaq inkishaf ederdi. Siz kimden utanmagi gozleyirsiniz? Orda oturanlardan? Hec gozlemeyin!!!! Bu nazirlər ay erzinde en azindan 1 defe cenab prezidenti gorursür ve bu iradlari onceden demisizmi cenab prezidente? Yooxxx. Buda boyuk xeyanetdi dovlete

Sedaqet 2018-07-05 00:21:40

Nöqsanlar vaxtinda bildirsəydi cenab prezidente belə olmazdı. Indi haməsı PAMPERS taxib oturub iclasda,amma xalq qalib susuz ve ishiqsiz. Vaxtinda tedbir goreydiz, gore bilmemisizse bu hadiselerin bash vermesinde gunahkardan en boyuyu orada oturan nazirlərdir.... ..... Toydan sonra nagara?

R-n 2018-07-05 00:21:40

Pirverdiyev getdi cemodanlari daliyca.Goresen hansi yazig fehle,uzag bashi muhendis veten xaini cixacag.Hec olmasa Heyderov duzunu dedi,ancag ne xeyri.

Oqtay 2018-07-05 00:21:40

3cü dərəcəli montyor nəinki hər hansı bir yarımstansiyada, hər hansı istilik elektrik və digər elektrik stansiyalarında qəza baş verdikdə ölkədə problem yaşanması deyə cox asan və rahat tədbir görə bilərdi Bu deyilən tədbiri həmin bu işbilməyənlərin evlərində və bağ evlərində adı montyor düzəldib bir yarımstansıyadan işıq kəsilən kimi o biri avtomatik qoşulur.Bunlar heç onu bilmirlər.AKADEMIYA var energetika kafedraları var hanı bunların təklifləri.Yalançı dissertasıyalar var işə gələndə göründü ki heç

antiAbu 2018-07-05 00:21:40

Fövqalədə Hallar Nazirliyinin göstərişləri ona görə qulaq ardına vurulur ki, qanunlar və cərimələr yumşaqdır. Qanunlar sərtləşdirilməli, cərimələr artırılmalı, göstərişdən yayınanların cinayət məsuliyyətinə cəlb edilməsi məsələsi qanunlarda öz əksini kəskin şəkildə tapmalı, qanunların icrasına nəzarət güclənməlidir. FHN-nin göstərişlərini qulaq ardına vurmaq çox yekə bir cinayətdir və nəticəsi də göz qabağındadır.

vəkil 2018-07-05 00:21:40

Heydərova eşq olsun o kişi işini bilir kaş ki obiriləri də onun kimi işini bilərdi o neynəsin gucu xəbərdarliq etməyə çatib onu da illərdir edib sonra neynəsin qarşisindaki çobandirsa neynəsin? sivil ölkələrdə də bu belədir xəbərdarliq əsasinda hami işini qurmalidir!

Son yazılar