YUNİS SƏFƏROVUN XANIMI DANIŞDI - "Yunis Gəncə camaatının hayıfını alıb..."

Yutube kanalında Gəncədə icra başçısına qarşı sui -qəsd törədən Yunis Səfərovun xanımı olduğu iddia edilən bir qadının səs yazısı yayılıb. Musavat.com xəbər verir ki, orada guya Yunisin “xanımı” sui-qəsd əməlinin motivini izah edir.

Xanım iddia edir ki, baş verən hadisə şəxsi qisas zəmnində deyil, Yunisin icra başçısı Elmar Vəliyev tərəfindən guya təhqir edildiyi iddia olunan bacısı 9 ildir Gəncəyə, ümumiyyətlə, Azərbaycana gəlmir. Qadın səsi iddia edir ki, məsələdə dini amil əsasdır: “Yunis İmam Hüseyn əleyhisəlamın qisasını aldı. Çünki o, dəfələrlə müsəlmanları, İmam Hüseyni təhqir edib. Aşura günü şərab festivalı keçirib”, deyə, qadın iddia edib.

O deyib ki, Elmar Vəliyev Gəncə sakinlərini, hər kəsi söyüşlərlə təhqir edirdi: “Yunisin Elmar Vəliyevi vurmaq səbəbi budur. Onun Elmarla heç bir ədavəti yox idi. Allah ona bütün nemətləri vermişdi. Həm evi var idi, maşını var idi, özü “yurist”lik oxumuşdu. Dünya nemətlərindən bir insanın payına düşəcək hər şeyi var idi. Lakin onun içindəki qeyrəti qoymadı evində rahat otursun. Deyirdi, necə mən evimdə rahat oturum ki, Hacı Taleh 3 körpə uşağından ayrıdı, ona uzun həbs veriblər, necə rahat oturum ki, qardaşlar zindandadı... Elmar Vəliyev dəfələrlə İmam Hüseyn yazılan plakatları cırıb... Qoy hamı bilsin ki, Yunis öz şəxsi məqsədlərinə görə bu işi görməyib, İmam Hüseynin qisasını alıb, Gəncə camaatının hayıfını alıb. Çox qürurluyam, Allaha şükürlər olsun...”

Görünən budur ki, kimlərsə bu sui-qəsdə mütləq siyasi və dini rəng verməyə çalışırlar. Bəlkə də bu qadın gerçəkdən onun xanımıdır. Lakin onu kimlərsə məqsədli şəkildfə yönəldir. Nə qədər pis birisi olsa da, bir dövlət məmuruna sui-qəsdi azərbaycanlıların müqəddəs kimi baxdığı, and yeri olan İmam Hüseyn əleyhissalamın adı ilə bağlamaq böyük qəbahət və təxribatdır. Üstəlik, burada hazırda həbsdə olan Hacı Talehin də adı çəkilir və təhrikedici qüvvə kimi ona qarşı şübhələr yaradılır.

Mətndən də görünür ki, kimlərsə bu hadisəni guya Azərbaycandakı şiə icmalarının maraqları ilə uzlaşdırmağa çalışırlar. Bu olduqca təhlükəli tendensiyadır. Hesab edirik ki, Azərbaycandakı şiə icmaları bu təxribata qarşı öz səslərini qaldıracaq, İslam müqəddəslərinin adının bu cür terror hadisələrində çəkilməsinə yol verməyəcəklər.

Gəncənin icra hakimiyyətinin başçısı Elmar Vəliyevlə media qrupumuzun münasibətləri hər zaman gərgin olub. Bu qaba, özünü ən pis keyfiyyətləri ilə göstərən, yerli sakinlərə zülm edən, məmurları və çevrəsindəki hər kəsi təhqir edən məmur dəfələrlə bizə və jurnalistlərimizə də pisliklər edib. Lakin hətta belə birinə qarşı silahlı sui-qəsdi də pisləyir, üstəlik bu sui-qəsdə İslamın, İmam Hüseyn əleyhissalamın adının qarışdırılmasını təxribat hesab edirik. (Musavat.com)

635x100

Şərhlər

-- 2018-07-05 12:52:56

Imam Hüseyn bu terroristlərin atasıdır, babasıdır, ulu-ulu babasıdır, nəyidir, görəsən. Bunların bashında fars fashistləri durur. Köklərini kəsmək lazımdır.

Vusal 2018-07-05 12:52:56

Bu veliyev Cox evler yixib , allah onu eydiklerine gore cezalandirdi

vızz 2018-07-05 12:52:56

Tamamilə düz buyurursunuz hörmətli T.Ədalət. Azərbaycanda hakimiyyətdə olanların bir amalı var......

REDAKTOR 2018-07-05 12:52:56

ƏDALƏT QAXAYA- SİZ EYƏNLƏR DUZDURSƏ BƏS ONDA CALPAPAQ KƏRƏM DAYİMİ NİYƏ OLDURDU? NƏ? ELMAR VƏLİYEV HƏLƏ BİR MUDDƏT ONCƏ MƏMMƏDƏMİNİN HEYKƏLİNİN BASİNA DA TORBA KECİRMİSDİ VƏ O ZAMAN DEPUTAT DAHA AQRESİV DANİSİRDİ. NİYƏ BU MİLLƏT TƏHQİR OLUNMALİDİR AY BASBİLƏNLƏR? NİYƏ? DOVLƏT ETİMAD GOSDƏRİB VƏZİFƏ TUTANİN GOZU AYAXİNİN ALTİNİ GORMUR. YADİNDAN CİXARİR Kİ XALQİN HESABİNA OTURUBLAR VƏZİFƏDƏ AMMA XALQA YUXARİDAN ASAXİ BAXİRLAR, QURURNU SİNDİRİRLAR, SİKAYƏTƏ MURACİƏTƏ BAXMİRLAR, BURDA MƏNƏM BAXDADTA KOR XƏLİFƏ

t.edalete 2018-07-05 12:52:56

ekebala,Yunis ya AXCP-nin uzvudu,yada Beyin silahdawlarindandir.

MILLET 2018-07-05 12:52:56

.............

Yeraz 2018-07-05 12:52:56

Bu qadin dediyiniz,yazida qeyd etdiyiniz hamisi yalandir.Elmar Veliyev Qerbi Azerbaycanlidir.Hem de o adam butun ramazan ayi boyunca oruc tutur.Dini inanclara cox sadiq adamdir.Bu sexsler yalan danişır.Siz de onlari reklam edirsiniz.Bunlarin hamisi xarici olkelerle terorist elaqesi olan sexslerdir.Veliyev onun kimi veten xaini teroristlere qarsi mubarize aparib.

Xalq 2018-07-05 12:52:56

Yusif seferov 9 milyonluq xalqın.......

G.M 2018-07-05 12:52:56

Bu qadının uydurmaları..əsil həqiqəti gizlətməyə yönəlib.Və çox güman ki savadsızcasına planlaşdırılıb.Bunu planlaşdıran anlamır ki,bununla Dövlətin imicunə,Prezidentin və onun komandasının fəailiyətinə kölgə salınır.

t.ədalət 2018-07-05 12:52:56

Bu xanımın izahları yalandır.E.Vəliyev kürddür,həm də şiə təriqətindədir.E.Vəliyev heç vaxt İmam Hüseyn əleyhdarı ola bilməz.E.Vəliyevin camaata zülm etməsi söz konusudur.Bunu dinlə əlaqələndirmək lazım deyil.

Son yazılar