İlisuda taxıl sahələri külə döndü

Dünən axşam saat 18 radələrində İlisu Dövlət Təbiət Qoruğu ilə sərhəddə yerləşən qış otlaq sahələrində naməlum səbəblərdən yanğın hadisəsi baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən AzNews.az-a daxil olan məlumata görə, dərhal əraziyə cəlb olunmuş İlisu Dövlət Təbiət Qoruğunun və Fövqəladə Hallar Nazirliyinin Qax, Zaqatala və Balakən Rayon Yanğından Mühafizə Hissələrinin əməkdaşlarının birgə səyləri nəticəsində gecə saat 03:30 radələrində yanğının qarşısı tam alınaraq Qoruq ərazisinə keçməsinə imkan verilməyib.

Hadisə nəticəsində qış otlaq sahələrindəki biçilmiş taxıl sahələri və kol bitkilərinə ziyan dəyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar