Ay molodets, «AZARsu»!

Mirzə AĞ

Ekologiya nazirliyi xəbər verib ki, bu yay son 100-120 ilin ən istisidir. Hədsiz istinin fəsadlarından isə uzun-uzadı söhbət açmağa ehtiyac yoxdur - adam istinin təsirindən əvvəlcə ağzını qurbağa kimi açıb-yumur... sonda açır, amma daha yuma bilmir və dünyaya «ağzıayrıq» gedir...

Belə hədsiz isti günlərdə insan sürətli tərləməyə məruz qalır və bu səbəbdən həm su içmək istəyir, həm «məişət çirkabı»nı axıtmağa çalışır ki, mənzili üfunət saçmasın, üstəlik də güclü tərləmənin təsirindən sidik qoxusu verməsin və s.

İndi görünən odur ki, bütün bunları hamıdan yaxşı bilən «AZARsu» (və ya «Azərsu(suzluq)») Səhmdar Cəmiyyəti ələ düşmüş belə «fürsət»dən maksimum bəhrələnməyi qarşıya məqsəd olaraq qoyub və Azərbaycan insanı üzərində məqsədli «eksperiment» aparır, sanki insanlarımızın «dözümü»nün yuxarı həddini müəyyən etmək «tapşırığı alıb». Belə ki, 100 ilin ən isti yayında Azərbaycanın paytaxtı Bakı şəhəri 10-15 gün olar, «içməli su»ya («içməli su» adı altında isə Kürün «kimyəvi kokteyli» nəzərdə tutulur) həsrət qalıb!

Müşahidələr göstərir ki, «AZARsu» cəmiyyəti öz rəsmi missiyasını bir halda yerinə yetirmək istəmir, digər halda isə yerinə yetirə bilmir! İl ərzində topladığı pulları (istehlakçılardan topladığı və dövlətin verdiyi vəsaitləri) isə fərqli məqsədlər üçün «xərcləyir»...

Ölkədə hökm sürən total cəzasızlıq fonunda «AZARsu» rəhbərliyi heç nədən çəkinmədən tühaf eksperimentlərini davam etdirir və bu zaman iki istqaməti prioritet elan edir: Bir tərəfdən, əhaliyə Kür «suyu» içirtməklə, insanları tədrici zəhərlənməyə məruz qoyur, digər tərəfdən isə dövrü olaraq, insanları «su ilə imtahana çəkir» - bu da ki, tarixdən məlum olan «Yezid təcrübəsi»dir...

Bu fonda, hər «ayın başı» idarənin nümayəndələri Sultan Səncərin fərraşı kimi, kəsdirir qapını - pul tələb edir, «suyunu kəsəcəm» deyə, istehlakçını hədələyir və... suyu kəsir də! «AZARsu» cəmiyyətinin nə sivil xidməti var, nə də «sivil insanlığı» - insanları susuluğa məruz qoyduğu kimi, «su ilə terrora» da məruz qoyur! YAP hökuməti (ad şərtidir) isə gedib uzaq Əfqanıstanda terrorçu axtarır...

«AZARsu» xeyli unikal stukturdur - bir yandan leqal idarədir, o biri tərəfdən isə gizli «koska»dır. Bu səbəbdən dolayı, onun naqis fəaliyyəti ilə mübarizə aparmaq da xeyli çətinləşir - bir çox hallarda heç hökumət də bu «koska»nın öhdəsindən gələ bilmir. o da «Ağa Nəzərəm, vurub əzərəm» deyir...

Ağa Nəzərin naqis təcrübəsi ilə mübarizə aparmağın mümkün yollarını arayarkən, sivil mübarizənin heç bir nəticə verməyəcəyini anlayaraq, qərara gəldim ki, bu gözəl «koska»nı sadəcə, reklam edim. Məsələn, belə: Ay molodets, «AZARsu»!

 

635x100

Şərhlər

Mayis Kazımov 2018-07-06 00:21:47

Azərsu ASC-nin Xətai sukanal idarəsinin isçisi Ərəstun bu il yanvarın 26-dan fevralın 20-dək,yəni 25-günə mənə 80 kub--40 AZN pul yazıb.Dəfələrlə elektron poçtla mesaj vermişəm ki,mən zavod,fabrik işlətmirəm,gəlin mənə sübut edin ki,120- AZN borcu hardan yazmışsınız.Əsaları yoxdur deyə mənim mesajlarımı cavabsız qoyurlar.

veten dashi 2018-07-06 00:21:47

Heresi bir YEKE-nin becesidi bunlarin.Azersu rehberi qapisinin agzinda polis saxlayir ki onu xalqdan qorusun.Bu memleketde Sovet dovrunden qalan burokratik dushunce hakimdi .Mence bu gwn Azerbaycan dovleti dwzgwn movqededi ,genc, mefkuresi daha temiz,yeni dwshunce sahibleri getirilmelidir bele vacib sahelere. Bwrokratiya qoxusu veren kadrlardan qurtulmaq lazim.

t.ədalət 2018-07-06 00:21:47

Büdcə pullarını rahat nəğdləşdirmək üçün,hətta qardaşının adına yaratdığı firmaya maşın və texnikadan istifadə adı ilə küllü miqdarda vəsait ötürür.Ceyranbatan gölündə vətəgəsi var.Tibbi xidmətdə daxil müxtəlif biznes sahələri ilə məşğuldur.

G.M 2018-07-06 00:21:47

Azərsu,Azərenerji....Metropoliten kimi strateji sahələrin keyfiyətini yüksəltmək üçün ya həqiqi işi bilən mütəxəsislər təyin olunmalıdır,ya da,ö z ə ll ə ş d i r i l m ə l i d ir. hələ ki,birinci bənd təəcili həll olunmalıdır ki,özəlləşməyə qədər bu sahələr xaraba qalmasın.

EWDER 2018-07-06 00:21:47

bura azerbaycandi,neyimiz duzdur. hami yalan daniwir....weref,wohret ordenli memurlarimizda analoqsuz inkiwaf edir...onlarada molodes...xolodes.

miri 2018-07-06 00:21:47

Mirzə müəllim, bu hakim komandanın getdiyi yolda (adını hamı bilən) inanın ki heç bir struktur günahkar deyil. Qarşıya qoyulmuş hədəfə catmaqda Azərsu(suzluq) un YAPa biləcəyi bir şey yox. Lap elə Siz özünüz belə bura rəhbər gəlsəniz bir şey dəyişməz. Çünki "cəhənnəmə gedən yol"da kimin qabaqda, kimin dalda,kimin nə sürətlə, kimin yavaş yavaş getməsi, kimin güllə gülə, kimin ağlaya ağlaya getməsi əhəmiyyətsizdir.Gəlin özümüzü aldatmayaq əsl baxışları rədd edək,xilas olaq!

Son yazılar