“20 Yanvar” keçidindəki obyektlərin sökülməsinə start verilir

Bakı Metropolitetinin “20 Yanvar” stansiyasının keçidindəki ticarət obyektləri yığışdırılacaq. AzNews.az-ın məlumatına görə, obyektlərin sökülməsi prosesinə avqustun 1-dən start veriləcək. Hələlik orda çalışanların aqibətinin necə olacağı məlum deyil.

Qeyd edək ki, Zaur Hüseynovun Bakı Metropoliteninə rəis təyin olunmasından sonra “20 Yanvar”dan başqa bütün stansiyaların keçidlərindəki ticarət obyektləri yığışdırılmışdı. Həmin obyektlərdə çalışanların keçirdiyi etiraz aksiyalarından sonra onların bir qismi ayrı-ayrı ticarət mərkəzlərində yerlə təmin olunmuşdular.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar