ADİ KOMMUNAL PROBLEM? – “Malalayan” deputatdan qıcıq yaradan açıqlama

Azərbaycanda deputatların bəzən reallıq hissini itirərək, heç bir məntiqə sığmayan açıqlamalar verməsinə artıq adət etmişik. Çox vaxt bu tip açıqlamalarla öz aləmlərində hakimiyyətin mövqe və maraqlarına xidmət etdiklərini düşünən belə deputatların, əksinə "ayı xidməti" göstərdiklərinin necə fərqinə varmadıqları təəccüb doğurur. Özü də bu cür açıqlamalar nisbətən savadlı və hazırlıqlı millət vəkillərindən gələndə bu təəccüb birə beş artır...

Bu günlərdə ölkədə az qala həyatı iflic edən enerji böhranı ilə bağlı mətbuata açıqlama verən deputat Elman Nəsirov baş verənləri "kommunal problem" adlandırıb və bildirib ki, kimlərsə buna siyasi don geyindirmək istəyir. Ardınca da, necə deyərlər, yenə həmin "stil", həmin köhnəlmiş arqumentlər, təriflər və s.

Onu da qeyd edək ki, E.Nəsirov bu açıqlamanı prezidentin keçirdiyi son müşavirədən əvvəl verib. Yəni bir növ "arientirovkanı" hələ tam tutuzdura bilmədiyi vaxtda. Sözsüz ki, ölkə başçısının məsələyə münasibəti bilinəndən sonra E.Nəsirov və onun kimilər "topun lüləsini" tam başqa istiqamətə çevirəcəklər və bu məsələnin olduqca böyük strateji əhəmiyyət kəsb etdiyini deyəcəklər...

Deputatın sözügedən açıqlamasından isə belə çıxdı ki, demək olar bütün ölkənin bir anda elektrik enerjisindən məhrum olması sadəcə, adi bir kommunal problemdir! Deməli milyonlarla insanın, bununla yanaşı bir çox dövlət qurumlarının, bir sıra xəstəxanaların, metropolitenin, nəqliyyat infrastrukturunun elektriksiz qalması, paytaxtda və regionlarda əhalinin ciddi narahatlıq və təşviş keçirməsi, bu istidə təkcə metro tunellərində 30 min insanın zülm çəkməsi, dövlətə və çoxlu sayda sahibkara külli miqdarda maddi ziyan vurulması və s. adi "kommunal problem" imiş...

Görəsən, ölkənin enerji təhlükəsizliyini ciddi şübhə altına alan, Azərbaycanı Rusiya və Gürcüstandan yardım istəməyə vadar edən bir hadisəyə "kommunal problem" demək üçün hansı "istedada" malik olmaq lazımdır?

Deputatın məntiqilə həmin adi "kommunal problemlə" bağlı ölkə başçısı tərəfindən xüsusi komissiya yaradılır, Prezident Administrasiyası rəsmi açıqlama yayır, vəziyyətin şəxsən prezidentin nəzarətində olduğunu bildirir? Bu nə məntiqdir, nə yanaşmadır? Kimlərinsə xoşuna gəlmək üçün bu qədər də əndazəni aşmağa nə ehtiyac var axı? Yəni bu tip açıqlamaların təkcə deputat statusunu deyil, ali icra orqanını da qeyri-ciddi, xoşagəlməz durumda qoyduğunu anlamaq bu qədərmi çətindir?

Axı ölkənin strateji maraqlarına təhlükə yaradan korrupsiyanın, məmur səhlənkarlığı və məsuliyyətsizliyinın hansı böyük fəsadlara və fəlakətlərə səbəb olacağının siqnalını verən bu hadisəni belə primitiv şəkildə "malalamağın" nə mənası var?

Əlbəttə ki, heç bir həmvətənimiz ölkəmizin güclü və sarsılmaz görünməsini sözügedən deputatdan az istəmir. Xüsusilə düşmən qarşısında bütöv, hər fövqəladə hadisəyə görə sarsılmayan, sınmayan cəmiyyət və dövlət kimi görünmək hər birimizin istəyidir. Amma strateji əhəmiyyətli sahələrimizin saat mexanizmi kimi işləməsinə cavabdeh olanlar da bizi düşmən qarşısına bir şəhərdəki (!) bir elektrik stansiyasının (!) bir blokunun (!) sıradan çıxması ilə az qala iflic vəziyyətə düşən ölkə kimi çıxarmamalıdır axı...

Yəqin ki, dünyada belə ciddi məsələlərə məişət səviyyəsində münasibət göstərmək "istedadı" yalnız bizim kommunal başlı məmur və deputatlarımızda ola bilər. Və nəhayət, bu deputatlar anlamalıdırlar ki, xüsusilə belə durumlarda kimlərisə bu cür savunmaq əhalidə daha artıq qıcıq yaratmaqdan başqa heç nəyə xidmət etmir və prezidentin "utanmalısınız" ifadəsi təkcə Etibar Piriverdiyevə aid deyil...

Cəlal MƏMMƏDOV

AzPolitika.info

635x100

Şərhlər

Yaşar 2018-07-05 15:16:26

Deyim vardəliye yer ver,əlinə bel ver.Gör nə oyunlar çıxaır.İndi bu da az qalır televizoru udsun.ZAlım balası elə qızıçır ki, elə bil bir günün içində 28 il həll etməti bacarmadıqları problemləri həll edəcək.Amma çi fayda!Boş danıçmaqq yarışı olsa,bəlkə E.Nəsirov bir işə yaradı.Yoxsa ulduza danışır.Yazıq...

İ.Mustafaoğlu 2018-07-05 15:16:26

Dövlətini,xalqını qəlbən sevən deputat öz seçicilərinin vaxtaşırı arasında olmalıdır,onların dərd-səri ilə maraqlanmalı, onların dərdlərinə şərik çıxaraq qanuni qaydada öz kömək əlini uzatmalıdır.Əfsuslar olsun ki, hansı deputat öz seçicilərinə kömək əlini uzadıb ?Yoxsa boğazdan yuxarı danışaraq dövlətini və xalqını sevən kimi özlərini göstərmək istəyirlər....Əsl deputat seçicisini incidən məmurlar haqqında tədbirlər görülməsi üçün ölkə başçısına məlumat verməlidir ki,vətəndaşın dövlətə olan inamı yüksək olsun

psixoloq 2018-07-05 15:16:26

Bu deputatın sifəti çox mətləblərdən xəbər verir... Yaltaqlıq, yalan, ............və digər mənfi xarakterlər.

BAKILI 2018-07-05 15:16:26

Arvad televizoru aparib ez otagina deyirki ki bu televizor axyrda xarab olacaq ne qeder tupurmek olar

Anar 2018-07-05 15:16:26

YER YOXDU OĞUL ORDA HARAAAAAAA

Абдулла 2018-07-05 15:16:26

Bütün problemlərin əsası belə düşüncə tərzinə malik insanlardır.

Moderatora 2018-07-05 15:16:26

GM-in Kommentinə əlavə: Belə kommentləri oxuyan və düşünüb bir qərar çıxaran olsa çox yerində və zamanında edilib.əslində,normal ölkələrdə belə çeylərə diqqət edən və nəticə çıxaran hallar olur.Ancaq bizdə,bu gün kommet eranda oxuna bilir.sabahı gün itir.Bu doğru deyil.Saytlar bunu başa formada avam etdirməliirlər.Məsələn,doğru,yerində ,düşündürücü kommentlər ünvanlarına çatdırılmalı və nəticə saytda dərc olunmalıdır ki,komment yazan şəxs nəticəsi ilə tanış olsun.Demokratiyanın KİV-ə aid bir hissəsi budur.

Reshadet 2018-07-05 15:16:26

Bu kimdi? Elman Nesiriv adinda deputat var idi ki? Hec sesinide cixishinida gormemishdim. Ne yaxshi ki “ kommunal problem” oldu buda uze cixdi. 3 mehmunu oynuyanlar kar kor lal destesi. Indi ise qiciq verir dogurdanda

Vətəndaş 2018-07-05 15:16:26

ANTİ MİLLƏT VƏKİLİ! SABUNÇU.

yusif-1313 2018-07-05 15:16:26

Bilmək istərdim ki bu tip şəxsləri deputat təyin edənlərin məqsədləri nədir?Onlarin hər bir fikirləri insanlarda ancaq ikrar hissi yaradir.

Veteran 2018-07-05 15:16:26

Deyesen deputat vaxtile "optom" sabun alib...

Ossssmannn 2018-07-05 15:16:26

Haraaaa haraaaa yer yoxdu oğulllll....papağın boşş qalsinnn

Nazir Bruтens 2018-07-05 15:16:26

E.Nəsirov тək deуil. SSRİdə maaşa, indi milуonlarla xalqa qalib kimi haуqıran mulтikulтural, тoleranт məmurlarımız az dəуil. Siуasəт dünуa şohrəтinə çalışır, xalqın qaуgıları heç işgalçı daşnaqlarınki qədər iqтidarın və məтbuaтın gündəmində səslənmir!? Üç omür-resurs işləmiş Nefт-emalı, Enerji blokları, nefт 4-5 dəfə bahalaşanda уenilənməуib? Тurisтdən oncə əhalinin ozünə şəraiт-imkan gərəkdir. Qarabaglıуa da inkişaf üçün geniş aтa-baba mülkü gərəkdi, dünуanı basmış Armani malları deуil.

Das 2018-07-05 15:16:26

Onun başı yalnız kommunal problemlər səviyyəsində işləyir. Bir dəfə də qatiqladigina görə xəbərdarlıq edilmişdi. İndi isə lap ayranliyir. Prezidentin dediyinin əksinə çıxıb gic gic danışır. Heç olmasa TV-yə baxardı....

Davud 2018-07-05 15:16:26

Bunun deputat olması üçün kim səs verib ki? Sadəcə Siyavuş onu siyahiyə yazıb soxuşdurub.Bunu kim bilmir ki, deputatlar necə toparlanır.Adını rayonların birinə yazırlar.heç kim onu tanımadığı halda Milli Məclisdə oturdurlar.Bu da olur seçildi. Qaldı ikinci tərəfi,onun çıxışları düşündüyünü ( halbuki doğrusunu düşünmək qabiliyyəti şübhəlidir ) olmuş kimi qələmə veməklə milləti aldatmaqdır.BUnu onun televiziyalardakı çıxışlarını təsadüfən izləyən təsdiqləyər.Gözünü yumur.ağzını açırElə bilir ki,onu dinləyən

Dr.AGAOGLU 2018-07-05 15:16:26

BUNLAR DEPUTAT TEYIN OLUNMAMIŞDAN QABAQ DANISIQLARI,SEXSIYYETLERI XÜSUSİ FERQLİ QABILIYYETLERI OYRENILIR VE PARLAMENTDE XUSUSI "BATKEŞ EDENLƏR" KOMANDASINA DAXIL EDILECEKLERI RƏYİ ƏSASINDA PARLAMENT TEYINATI ALIRLAR.

məmmədqulu 2018-07-05 15:16:26

Hörmətli Cəlal müəllim. Deputatları, nazirləri, komitə sədrlərinə savada görə təyin etmirlər. Onlar onlara verilən şparqalkanı yaxşı, bəlağətli səslə oxuyub, ya da ki imitasiya edərək cildə girib "fas" komandasına tam hazır olmalıdırlar. Ona görə də bütün hakimiyyət adamları quş buraxmaqdan qorxduqları üçün mətbuatdan qaçırlr. Qaçmayan bir May-fay Tağı idi, ona da bu ayama ölənə kimi bəsidir.

oxucu 2018-07-05 15:16:26

Bu Elman Nəsirovdur?? Hər şey aydındır, necə deyərlər "NOKOMMENT"!

G.M 2018-07-05 15:16:26

E.nəsirovu Deputat eləmək kimin ağılına gəlib görəsən..Hardan tapıblarsa bilmirəm..Ancaq zalım balası o qədər incə əl-qol-dil hərəkətləri edir ki,Televizorun pultunu necə qolazdayırsansa,sonrakı ``xərc`` gözünə görsənmir.Hətta adam tanıyıram ki,elman mallımın çıxışlarını eşitməmək üçün cibində xüsusi qulaqcıq gəzdirir.Və beləliklə Milləti manıslar toylardan,ərəblər Tarqovudan,..xoşqədəm,zaurlar,mikayıl və elman efilərdən iyrəndirirlər.

REDAKTOR 2018-07-05 15:16:26

BU DEPUTAT QAYRİLAN KƏS UMUMİYYƏTLƏ DNİSİXİNDA PROBLEM VAR. BİZİM KƏNDDƏ BELƏLƏRİNƏ PƏLTƏK DEYİRLƏR. İNCİMƏSİN HƏYATİN İSİDİR ONA RİSXƏNT ETMİRİK. AMMA DEPUTATİN HƏR SEYİ GƏRƏK NORMALARA CAVAB VERSİN. MƏSƏLƏN 150 SM BOYU OLAN DEPUTAT VƏ YA İKİ CUMLƏSİNDƏN BİRİNİ DUZ TƏLƏFUZ EƏ BİLMƏYƏN NATİQ OLA BİLƏRMİ\?

- 2018-07-05 15:16:26

Elman Nəsirov xalqı anlamaq istəmirsə, məmurların esitmək istədiklərini deyirsə ona yüksək vəzifə verəcəklər. Vəzifəyə yüksəlmək istəyənlər artıq bunu hiss ediblər və belə də mövqe tuturlar. ...

Akif 2018-07-05 15:16:26

Hörmətli redaksiya!Artıq hamıya bəllidir ki,Milli Məclis prezident administrasiyası tərəfindən təyn olunmuş robota bənzərlərdən ibarətdir. Ona görə istər Elman Nəsirov və ya MM əyləşərək yalnız şəxsi maraqları naminə prezidentinə tərif deyən digər savadsız məmurların fikirlərinə ictimaiyyətdə heç kim əhəmiyyət vermir.Faktiki MM kukla teartı olduğu üçün orada kimlərin artist olmasının xalqa heç bir əhəmiyyəti yoxdur.

Əli 2018-07-05 15:16:26

Bunu elə bil pambıq kolundan indi ayirib gətiriblər buda bizim doktor

adiд 2018-07-05 15:16:26

Elman Nəsirov yaltaqlıgın, ən son azərbaycan nümünəsidir.Onun bundan əvvəlki çıxışları,bir cox zamanda işlətdiyi ifadələr savadsızlıqdan və effekt yaratmaq üçün yaltaqlıq dozasını aşması səbəbindən məhz iqtidarın əleyhinə işləyir.Sadəcə olaraq ... bu yenə davam edir.Mən 25 ildir YAP üzvüyəm.Görün biz YAP-ı nə günə gətirdik ki, bizi belə bambılılar təmsil edir.Az qala 800000 Yap üzvümüzün içində bir agzının sözün bilən tapılmadımı ki, YAP Elmana möhtac qaldı.Ayıb olsun ayıb.

Sedaqet 2018-07-05 15:16:26

Biyyy bu kimdi? Milli meclisde bele deputatda var imish? Aaaa hec gormemishdim. Yegin 3 meymunu oynuyanlardandi (kak, kor,lal). Ne yaxshi dediyi kimi “kommubal problem” oldu buda ayildi uzd cixib ozunu gosterdi))) teze gelin kimi))) sen danidhmasan yaxshi olar nesir elmanov yada elman nesirov fergi yoxdu ))) prezident dunen oz sozunu deyib senin artiq danishmagina ehtiyac yoxdu. Prezidentin sozu sherh edilmir ay deputat. UTANIN!!!! Prezidentin sozu ve iradi sizkeredi. Onu aldadan ve ona sadiq olmayan memurl

Son yazılar