Metrodakı yanğınsöndürmə balonlarına etibar etmək olarmı? - Foto

Yanğın təhlükəsizliyi baxımından vaqonlar Bakı Metropoliteninin zəif bəndləridir.

Onları yanğından qorumaq üçün müəyyən tədbirlər görülməlidir. Bu gün Bakı metrosunun bütün vaqonları yanğınsöndürmə balonları ilə təchiz edilib. Ancaq indi onların əksəriyyəti köhnədir. Onların yanğın anında nəyə kömək ola biləcəyi şübhə doğurur.

Bu barədə day.az-a sərnişinlər şikayət ediblər. Onlar yanğınsöndürmə balonlarının istifadəyə yararsız olmasından narahatdırlar.

“Yanğın anında bunlara etibar etmək olarmı? Onlar istifadəyə yararlıdırlarmı?", - deyə çoxsaylı şikayətlərdə bildirilib.

Məsələ ilə bağlı Bakı Metropoliteninin mətbuat katibi Nəsimi Paşayev iddia edir ki, bütün avadanlıqlar saz vəziyyətdədir və istifadəyə yararlıdır.

“Onların istifadəyə yararlılığı hər il yoxlanılır. Bəzi yanğınsöndürmə balonlarının yararsız olduğu barədə iddialar həqiqətə uyğun deyil. Metropoliten rəhbərliyi bu məsələlərə böyük diqqət və məsuliyyətlə yanaşır”, - o vurğulayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar