Günəş atmosferinə çatacaq ilk kosmik gəmi fəzaya göndərilir

Avqustun 4-də ABŞ-ın Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqi Agentliyi (NASA) ilk dəfə Günəş atmosferinə daxil olacaq və tədqiqat aparacaq xüsusi cihazlarla təchiz edilmiş kosmik gəmini fəzaya göndərəcək.

AZƏRTAC “ScienceNews” saytına istinadla xəbər verir ki, Günəşə ən yaxın məsafədə tədqiqat aparacaq “Parker Solar Probe” kosmik gəmisi kainatın ən nəhəng ulduzu ilə bağlı elmi ictimaiyyəti maraqlandıran bir çox sualın cavabını tapmağa kömək edəcək.

Kosmik gəminin fəzaya göndərilməsi ərəfəsində amerikan astronomu Qreyq de Forest mətbuata açıqlamasında bildirib ki, “Parker” gəmisi Günəş tacı və fəzaya axan hissəciklər, onların yaratdığı partlayışların Yer planetinə təsiri, maqnit sahələri və plazmaları daha yaxından öyrənməyə imkan yaradacaq. Bunun üçün o, qarşıdakı yeddi ildə Günəşə 6,4 milyon kilometr məsafəyədək yaxınlaşacaq və onun ətrafında elliptik orbit üzrə 24 dövrə vuracaq. Bu, ötən əsrin 70-ci illərində “Helios 2” kosmik gəmisinin Günəşə yaxınlaşdığı 43,2 milyon kilometr məsafədən qat-qat çoxdur. Beləliklə, “Parker” dünyanın ən nəhəng ulduzuna Günəş sisteminin ən yaxın planeti Merkuridən də yaxın olacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar