«ELMARA GÜLLƏ ATIBLAR, İNSANLAR SEVİNİR...» - Elmar Vəliyevin qardaşı danışdı

“Söz tapmıram danışmağa, Elmara güllə atanı Milli Qəhrəman elədilər. Bunu edənlər ermənidir, Elmara güllə atan da ermənidir. Bunun başqa adı yoxdur. Elmara atılan güllə dövlətə atılıb. İnsanlar isə buna sevinir. Bəzi jurnalistlərin yazdıqlarını oxuyanda adam dəhşətə gəlir”.

"AzPolitika" xəbər verir ki, bu sözləri Gununsesi.info-ya açıqlamasında sui-qəsdə məruz qalan Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin qardaşı Şahmar Vəliyev deyib.

Şahmar Vəliyev baş verən bu cinayətlə bağlı medianın yanaşmasından narazılığını ifadə edib: “Bu insanları düşündürməli olan bir hadisədir. Çünki dövlətin məmuruna güllə atılıb. Amma bəzi “ermənilər” bunu başqa cür qiymətləndirib, cinayətkarı qəhrəman elədilər”.

Qardaşının durumu ilə bağlı danışan Şahmar Vəliyev onun səhhətinin düzəldiyini deyir: “Yaxşıdır, düzəlir. Hər hansı bir təhlükə yoxdur”.

“Elmar Vəliyevin qardaşı kimi olayın hansı səbəbdən baş verdiyini bilirsinizmi” sualına Şahmar Vəliyev “heç nə bilmirəm” deyə cavab verib.

635x100

Şərhlər

borboros_2 2018-07-06 00:43:59

KAZIM SENE ....

borboros_2 2018-07-06 00:43:59

INDI DE ELMARI MILLI QEHREMAN EDECEKLER ..................

men 2018-07-06 00:43:59

Qoşuluram xalqın səsinə

Kazıma 2018-07-06 00:43:59

Ay Kazım,Kazım! Sənin fikrincə hər il Gəncəyə ayrılan milyonlrla büdcədən 10-20 faizini də işə qoymasınlar? Bu neçə ildə Gəncənin abadlığına ayrılan pyulları insan kimə işə xərcləsə idilər.tretuarları qşzıldan olardı.Bunu anlaya bilirsən? Yeyintilərin,rüşvətin miqdarından xəbərin var? hələ onun əzazıllığı,söyüşkənliyi,kobudluğu,insanlara yuxarıdan aşağı baxması bir tərəfə.Adam sadəlövh olmaz.Bir az diqqətli ol! Yaltaqlıq insana şərəf gətirən şey deyil.

ARIF 2018-07-06 00:43:59

...YOLU ILA MILYONLAR QAZANIB GANCADA SATMADIGI TORPAQ QALMAYIB.KOMISIYA YARADIB ONUN FALIYATININ PREZIDENT YOXLADIRMALIDIR.ONDA HAR SEY AYDIN OLACAQ DEYIRDI KI CANCA BIZIMDIR.VALIYEVLARIN ATASI KASIB ZIL SOFERI OLUBDUR. OZU DA RAHMATLIK YAXSI KISI OLUB.GORUNUR KASIBCILIQLA BOYUDUKLARINA GORA BUNLARDA PUL MEYLI YARANIB

Ayten 2018-07-06 00:43:59

Kazim duz deyir. Adam ozunu gulle qabagina qoyub. Allah shefasini vesin. Elmar muellim ishleyen adam olub hemishe. Bunu hami bilir. Sher atmaq olmaz onsuzda ag lekeni goturmur. Gence bulvarda gezende ele bilirsen xaricdesen. Gence kende oxshayirdi gelib sheher olub indi. Love Ganja.

Kazim 2018-07-06 00:43:59

Elmar ki bu qeder gence ucun canini qoydu genceliler qedir bilendir kim bura ne yazir yazsin. Gencede on neferden 1 i elmardan xoshu gelmez o da ona gire ki elmar shehere camaata gore onun butkasin terpedib ya sokub. Bele eceb eleyib. Genceliler bashcidan razidir. Yalandan bir nefer 50 komment yazmasin bura. Yollar duzelib sheher seviyye olub gence axrinci defe atabeyleri vaxtinda bele parlayirdi yeqin. Bakidaki oturub bizim adimizdan yazmasin aglina geleni. Genceli lazim olsa ozu hell eder problemini

Cavanşir 2018-07-06 00:43:59

Bir hadisəyə,Şahmarın düşünülməmiş yazısına bu qdər neqativ şərhlər verilirsə,görün hələ nə qədər ortaya çıxmayan yaramazlıqlar mövcuddur.Deməli ölkədə ciddi,təcili dəyişikliyə ehtiyac var.Hara baxsan rüşvət,dələduzluq,monopoliya,büdcə dağıdılması.Bunlara qarşı mübarizə edəcək qurumlar özlərində nələr aşkarlanır ...

Sübhan 2018-07-06 00:43:59

Elmarı layiq olmadığı vəzifədə olub. Onun az-çox etdiklərini başqaları da edir və kimi ora qoysalar heç olmasa onun etdiklərini edəcək. Cünkidövlət bunları etməyə milyardlar ayrılır. Ancaq heç kim də milləti belə misli görünməmiş şəkildə incitməyib. Millətə qarşı nifrət onda nədən yaranıb bax bunu ondan soruşmaq lazımdır. Özü də, nəsli də milyarderdirlər. Hardandır o var-dövlət....

Ramin Eliyev 2018-07-06 00:43:59

Insanlar sevinir ve duzgun de edirler. Elmarin Gence camaatina elediyi zulmu, hec yezidde elemeyib ..... Allahin qezebi cox dehsetlidir.....

Ramin Eliyev 2018-07-06 00:43:59

Baxin bəzi nazirler olende hami lenet deyir, amma Natiq Eliyev de rehmete gedende hec kim ona rəhmət oxudu. demeli yaxsi insan olub. Xalqin gozu terezidir ....

selim 2018-07-06 00:43:59

Elmara güllə atıblar,İnsanlar sevinir-bu sözləri Elmarın qardaşı Şahmar deyir.Son vaxtlar bəstəkar Tahir Əkbər,xalq artisti Fuad Poladov,nazir Yavər Camalov,deputat Astan Şahverdiyev dünyalarını dəyişdilər.Tahir Əkbərə,Fuad Poladova feyzbukda və internetdə hamı rəhmət diləyirdi.Astan Şahverdiyevə ə rəhmət deyən olmadı.Nə üçün?Çünki rəhməti insan sağlığında özü qazənır.Bizim məmurlarımızın əksəriyyəti sağliklarında nifrət qazanırlar Şahmar bəy. ...

mehemmed 2018-07-06 00:43:59

demek vezifeliler hamisi AZERBAYCANLI oldu sade vetendawlar ise ermeni .. bu ne hokumetdi a kiwi bu ne idare edicilikdi bu ne yanawmadi. .........bir her zaman olkesinde qalan torpagini her zaman qoruyan vetendawlari torpaq yielerini ermeni adlandirdiz ?

mehemmed 2018-07-06 00:43:59

xalqin,dovletin pulunu,servetini yeyən məmurlara ermeni demiller......iw yerlerinde ,dovlet tikintilerinde iwci bawina (fehle sayina) ayrilan pulun yarisindan coxunu menimseyillerə ermeni demiller. muharibe zamani sade vetendaw kasib ve orta tebeqeli insanlar muharibeye hazirlawarken vezifeli qehremanlar bilet axtariwinda olarken bawqa olkeye qacmaqcun....

GENERAL 2018-07-06 00:43:59

......Nazirlerin oturdugu restoranda atew acmiwdilar......Dovlete ve prezidende sadiqlik budurmu.......

Qardaşa 2018-07-06 00:43:59

Qardaş düşünə bilirmi ki,insanlar niyə sevinir? Allah köməy olsun.

patriota 2018-07-06 00:43:59

.....Məsələnin kökünü gizlədib yalan məlumat verməyin.İnsanlar Sizin düşündüyünüz qədər küt deyil.Sadəcə abırlarını qoruyurlar. Hər bir şeyin bir çərçivəsi var......Oğurluq,büdcə yeyintisi, rüşvət, monopoliya .....r..............

Tahir 2018-07-06 00:43:59

Elmarin və Alishanovun sifet çizgilerine diqqetle baxin, eyni cizgiler ...

Aydın 2018-07-06 00:43:59

Millətə xalqa əhaliyə açıq-aydın bildirmək lazımdır ki, bu Elmar kimdir. Bununla hər şey aydın olacaq. Və kimlərə o güvənib bu qədər insanlara zülm edib, evini dağıdıb,məhv edib. Əsl tədqiqat olunası məsələ budur. Yunis cinayətkar da olsa, yazıq adamdır. ... hökumət klanların qarşısını almalı və yox etməlidir. Yoxsa gələcəyimiz üçün çox pis fəsadlar ortaya çıxacaq. Ölkəni fəlakətə sürükləyir belə hallar. Belə olmaz axı.

patriota 2018-07-06 00:43:59

Artıq neçə ildir Gəncədə nələr baş verdiyi,İcra Hakimiyyəti başçısının insanlarla rəftarı,orada baş verənlər az-az mətbuatda çıxırdı.Bəs niyə bu siqnallara yuxarılarda reaksiya olmadı?....Bütün belə səhlənkarlıqların nəticəsi milyarlarla yeyinti və bu kimi yolverilməz hadisələrə gətirir. .......

patriot 2018-07-06 00:43:59

Ümimiyyetle bele bir şey var eger bir insanin ünvanina bir söz söyleyirsen eger deyilenler tesdiqini tapmırsa o sözü söyleyen insan güzgüde özünü görmüş olur ....

Azer 2018-07-06 00:43:59

Salam. Yetim Eyvazin ( Allah rehmet elesin) bir seri var ... men-men eleyeni meledir dünya, atir eleyine eleyir dünya... Bir seri de var ... yetimi döyene kisi demirler... her söyüs söyene kisi demirler...

Gəncəli 2018-07-06 00:43:59

Amma düşünürmü ki, millət Elmara qarşı niyə belə narazı danşır? Axı bnu bir adam yox,bütün Gəncə deyir.DEməli,bunun böyük bir əmması var.Əgər o Gəncə və Gəncəlilərə qarşı qanunla,mədəniyyətlə əftar etsə idi heç kim belə narazı olmazdıi.Bax,möhtərəm qardaş,səbəbi burada axtar................

GIZLI ADAM 2018-07-06 00:43:59

.....PRZIDENTA SADIQLIYINIZ BUDURMU............

Bashirov Qarib 2018-07-06 00:43:59

Əlbəttə xoşagəlməz hadisədir və hamı da bu olaya qarşıdır, Amma, görun vəziyyət necədir ki, insanlar sevinir....Siz də saf millətimizə erməni deyirsiniz. Bu sözun bitdiyi məqamdır....

Sedaqet 2018-07-06 00:43:59

Oxudum butun sherhleri. Heqiqetende oxuduqca menim elmar veliyeve yazigim geldi. Cunki bu qeder sherhlerin icinde onun xeyrinə bir söz deyilmir....niye beledi? Bu suala ozu shefa tapanda cavab verer...amma heqiqetendd bu cür məmurları hec kes sevmir. ...Insanlari yaziq veziyyetine qoyan məmurlar da bilsin ki bir gun özləri çətin veziyyetine dusə bilər... ...

Nukayıl 2018-07-06 00:43:59

Gəncə hadisəsi təsadüf deyil,qanunauyğunluqdur.İnsan haqszlığa, qanunsuzluöğa, təhqirə,qudurğanlığa nə qədər dözər? Bu da nəticəsi! Baxın,dərs alın..... Çünki,İH-ləri bir mərjəzdən-YAP-dan təlimat alıblar.Baxın indi neçə YAP-lı nazir işdən çıxarılıb və nə qədər yeyinti akarlanıb. Ən mraqlısı isə odur ki, bu neçə illər bu ölkədə nızarət edici dövlət qurumları niyə səhlənkarlıq ediblər.Axı 25 milyard oğurlamaq bir ilin işi deyil!Amma hamısı susur.

asil cancaliyama 2018-07-06 00:43:59

Qarqış etmə ay adam. .....

asil cancaliyam 2018-07-06 00:43:59

elmarin dasi basiniza dussun yunis kimi sarafsizlara haqq qazandirmain yaqin sizinda suriya casusu olan yunisla kirvasiz

[email protected] 2018-07-06 00:43:59

Mene də ele gelirki rusvet alan sexs ermenidir ....

Veteran 2018-07-06 00:43:59

Hələ bilmək olmaz kim hansı millətdəndi. Tarixən bir seyi bilirəm. Bu hadisə xoşagəlməzdi. Ancaq nəzərə alaq ki, Gəncə heç vaxt ədalətsizliyə dözməyib,atabəylərdən tutmuş bu günə qədər,Cumhuriyyətdə Gəncədə qurulub.Kimisə günahlandırmaq yox nəticə çıxarmaq lazımdır, qanunun aliliyinə hörmət etmək lazımdır.Bızdə qanundan çox gücə, pula hörməf edirlər.Bu isə pis nəticələrə aparır.Qanunsuzluğa son qoymaq lazımdır.

R-n 2018-07-06 00:43:59

Bes xalgi talayan,ogruların adi nedir?....

İRADƏ 2018-07-06 00:43:59

Kiməsə güllə atmaq yolverilməzdir. Bu haqsızlığın genişlənməsinə qarşı xəbərdarlıq olmalıdır.Yəni ki,məmurlar iqtidarı,Dövlətin qanunlarını saya salmadıqca, onlara qarşı ``qara caamat`` tərəfindən bu cür yolverilməz hallar tətbiq oluna bilər. Fikir vermisinizsə İH Başçısına açılan atəş yerlərdə qınanmır, hətta müdafiə olunur.Bunun nə demək olduğunu hər kəs anlamalıdır.

Adam 2018-07-06 00:43:59

.............

Tariyel 2018-07-06 00:43:59

...Məncə sərxoş halda insanların, ailə üzvlərinin heysiyyəti ilə oynayan, onlara şər-böhtan atan, hədələyən, cənab Prezidentin sözlərini saymayan qudurğan məmurlar da ermənidirdur!

Azəri 2018-07-06 00:43:59

.... bir az məntiqli ol

adil 2018-07-06 00:43:59

Hələ bu biabırçılıgı heç kim etməmişdi.....Amma millətə meydan oxuyursunuz.Elmar camaata zülm edirdi, siz qardaşların da nüfuzuna zərbə vururdu. Niyə ölçü götürmədiniz? Çünki heç sizi də eşitmirdi...Bu da hamının və o cümlədən siz qardaşların istəmədiyi nəticə.Heç olmasa ölkə rəhbərliyini, Prezidenti çətin duruma saldıgı üçün utanmaq lazımdır....Ayıb olsun ...

TQ 2018-07-06 00:43:59

Sedaqet x., əllərinizə sağlıq!!!!!!

Cistilshik 2018-07-06 00:43:59

Azer bey beyem elmar oz cibinden xalga nese edib?ayrilan pullardi edib borcudu,bildiz!!?edin ne edib,gedin sorushun cammat danishsin neler edib,oturmusan burda indide deirsen edib,etdiyide ,lazim edilenlerin 0.0000025%.o buz adam olsaydi axran polis mushidesiyle gezmezdi!!Allah Rasim beye rehmet etsin,bilenler bilir,niye!

Cistilshik 2018-07-06 00:43:59

Elmarin gardashi xalgi ermeni adlandirir? Bes ruhu shad olsun Mubariz gardashimizi vaxtile xalg dusmeni etmek isteyen kim idi?....Sag olsun prezidentə ayan oldu ki yalandi,indide bele ......hansi ishlerne gore bunlar bele at oynadir?....Biz Azeri turkelriyik! Bura bizim veten torpag,narahat olmain ermenilernen de son nogte goyacix,teki emr gelsin prezidendetmizden......

Məmməd 2018-07-06 00:43:59

Şahmar müəllim, Hacı Məmmədov da Dövlət idimi, yoxsa Eldar Mahmudov, bəlkə Cahangır Hacıyev, bəlkə Ziya Məmmədov idi Dövlət, ya da Heydər Əsədov? Bu günkü Pirverdiyev, Azərsu nun Qorxmazı, Sumqayıtın Zakiri, Neftçalanın Ismayılı, Qaradağın Süleymanı, Dövlət dediyin bunlardırmı? Dövləti bu qədər ucuz tutmayın. Dövlət adından var-yox söyülməz.Dövlət müqəddəsdir.O xəyanəti bağışlamaz.Min illər tarixi olan Dövləti kimsənin şıltaqlığına, iştahasına qurban vermək olmaz. Allah Elmara şəfa versin!

Əli 2018-07-06 00:43:59

Xalqın niyə belə münasıbət bəsləməsini bilmək istəyirsən sə özünü 5 dəqiqə xalqın yerinə qoy.Birdə ki xalqa belə münasibət erməni demək düz deyil calış xalqla ol onu başa düş onda münasıbət dəyişəcək

Əli 2018-07-06 00:43:59

Xalqın niyə belə münasıbət bəsləməsini bilmək istəyirsən sə özünü 5 dəqiqə xalqın yerinə qoy.Birdə ki xalqa belə münasibət erməni demək düz deyil calış xalqla ol onu başa düş onda münasıbət dəyişəcək

elçin 2018-07-06 00:43:59

bu dövlətə qarşı olan bir hadise deyil. .... onu vuran ermeni deyil, sevinenler de ermeni deyi. .....Əgər insanlar sevinirsə onda problemi ozunuzdə axtarın. ... Siz sadece UTANMALISIZ hem xalq qarshisinda hem de dovlet qarshisinda . Prezidsent bu sozleri bütün işini doğru qurmayan məmurlar üçün deyib.

el sözü 2018-07-06 00:43:59

sadece ayıbdir ki, bu meseleni guya ki, nə qardaşı, nə də ki özü bilmir, amma bütün ölkə bilir....esl erməni ise, milli mənsubiyyetlə müəyyən edilmir, millətə çekdirdiyi rəzalətlə müəyyən edilir,

t.ədalət 2018-07-06 00:43:59

Elmara atılan güllə ..... Əsil erməni xalqa qarşı nifrin olanlardır.Bütün hadisələrin kökündə Elmarın Gəncədə yaratdığı milli ayrı-seçkilik dayanırdı.Baş verən hadisəni dövlətçiliyə sui-qəsd kimi qələmə vermək hakimiyyəti şərləməkdir.Güllə Gəncənin icra hak.başçısına atılıb.Ünvanı səhv salmayın.

rasim 2018-07-06 00:43:59

ne yetimin haqqini tanidiz,ne muellimin haqqini,ne hekimin ,ne ziyalinin,Siz oz milletinize qenim kesildiniz,hec olmasa ictimai reyden utanin ....

Səməd 2018-07-06 00:43:59

Şahmar Vəliyev axı siz özünüz hansı millətin nümayəndəsisiniz?! Bu ölkə qarşısında hansı xidmətlərinizə görə nəsillikcə yüksək vəzifələr tutursunuz? Axı sizin Gəncə və gəncəlilərlə heç bir bağlılığınız yoxdur. Siz və övladlarınız layiq olmadığınız vəzifə və rütbələr daşıyırsınız.Bəndə bunu görüb əlac edə bilmirsə qurban olduğum Allah (T.t) görür. .....

BAKILI 2018-07-06 00:43:59

Sen ezun hansi milletdensen

Adil 2018-07-06 00:43:59

Hadisənin səbəbini bilmir, amma milləti erməni adlandırır. Belə də abırsızlıq oıar? İctimaiyyətin fikri cərəyan edən proseslərin barometridir. Millətini sevən insan ictimaiyyətin fikri ilə acı da olsa razılaşmalıdır.

AAgahuseyn 2018-07-06 00:43:59

CƏN.Prezdent məmurları bir necə dəfə xəbərdar etdi onların coxu nəticə cıxarmadı. Bu da nəticəsi.Xeyir Ona atılan güllə məmur ozbasnaligina, ədalətsizliyə,harinlamaya və CƏN. Prezidentin tapşırıq və tələbini yerinə yetirməyənə atılan xəbərdarlıq iydi.

G.M 2018-07-06 00:43:59

Mən bir suala cavab istərdim. Bir Regiona qarşı olmazın işgəncəsini verən şəxs qatı cinayətkardı,yoxsa bir şəxsə qarşı cinayət işlədən başqa birisi.Ancaq hər ikisinə qarşı Qanunla nəzərdə tutulmuş qaydada cəza tətbiq eləmək daha doğru olardı....... Bunun baş verməsinin,``Elmar-Yunis`` hekayəsinin təkrarlanmasının qarşısını almaq üçün Kanstitutsiyaya hörmət eləmək vacibdir,CƏNABLAR.

EWDER 2018-07-06 00:43:59

........ GULLE ATAN NIYE ERMENI OLUR....

Xəlil 2018-07-06 00:43:59

Erməni kimdir bilinəcək. Millətə qənim kəsilən də bilinəcək əgər hökumət malalamasa. Onsuz da xalqımız bilir o millətimizə qeyri insani necə pisliklər edibdir.

Azer 2018-07-06 00:43:59

Siz demokratik qezet deyilsiniz.kim E.Veliyevin eleyhine danisir o serhleri verziniz.E.Veliyevin xalqa gosterdiyi komeyi siz ve teref durdurduqunuz o sexsler ve serhlerini verdiyiniz insanlar omur boyu calisa 0,001-i ede bilmezdiniz.

AZƏRBAYCANLI 2018-07-06 00:43:59

İndiki vaxtda əsil AZƏRBAYCANlıya erməni demək hər hansı insan üçün ən böyük təhqirdir. Erməniyə erməni deyəndə acığı gəlir. Niyə bu insan millətimizin təmiz üzvünə erməni deyir. Odur ki, bu Şahmar AZƏRBAYCANLIYA erməni dediyinə görə UCA MİLLƏTİMİZDƏN üzr istəməlidir. ......!!!

Sedaqet 2018-07-06 00:43:59

Siz sadece UTANMALISIZ hem xalq qarshisinda hemde dovlet qarshisinda.Bu sozler cenab prezidentimizin sozleridi qizil herflerle yazilan sozler..... Ele bu sozler sizlere deyilen sozlerdi. Uje prezidentde bezib sizin elinizden....neinki cammat

miri 2018-07-06 00:43:59

Xeyir! Ona atılan güllə məmur ozbasnaligina, ədalətsizliyə,harinlamaya... ..Sözsüz ədalətin şəxsi qərarla bərpası yaxşı hall deyil. Amma bu "analoqsuz Lazım yolu" yaxşıya nə vaxtsa dönməsi gözlənilmir. Allah axırımızi xeyir etsin. İnşəallah.

Famil 2018-07-06 00:43:59

Elin gozu terezidir!Bu qeder insanin nifretini,qezzebini qazanmaq her adama muesser olmur. Bu hadise coxlarina ders olmali, coxlarini duwundurmelidir.Nece deyerler buynuzlunun buynuzu, buynuzsuzun ise Allahi var!

analitik 2018-07-06 00:43:59

Bunlar hələ danışır da..... Hörmətli oxucular, hörmətli "Azpolitika.info", tam səmimi deyirəm ki, təqribən 10-12 il bundan əvvəl işlədiyim dövlət qurumundakı məmur özbaşınalığından bezmişdim ..... Çox şükürlər olsun ki, tanrı özü həmin adamların bəlasını verdi. .......

Son yazılar