"Azəristiliktəchizat" ötən ili 19 mln. manata yaxın xalis zərərlə başa vurub

"Azəristiliktəchizat" ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 182,288 mln. manat təşkil edib.

"Report" qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 4,7% azdır.

2017-ci ildə səhmdar cəmiyyətinin uzunmüddətli öhdəlikləri 3,9% azalaraq 157,19 mln. manata, qısamüddətli aktivləri isə 9,3% azalaraq 25,097 mln. manata düşüb.

Hesabat dövründə "Azəristiliktəchizat"ın cəmi öhdəlikləri 12,3% artaraq 98,578 mln. manata çatıb. Bunun 10,937 mln. manatı ötən il yaranmış uzunmüddətli öhdəliklər, 87,641 mln. manatı isə qısamüddətli öhdəliklərdir ki, bu da illik müqayisədə 0,2% azdır. İl ərzində səhmdar cəmiyyətinin cəmi kapitalı isə 19% azalaraq 83,709 mln. manat, o cümlədən nizamnamə kapitalı 7,1 dəfə artaraq 136,685 mln. manat olub.

"Azəristiliktəchizat" 2017-ci ili 18,825 mln. manat xalis zərərlə başa vurub. Bununla da, qurumun ödənilməmiş zərəri 136,108 mln. manata çatıb.

635x100

Şərhlər

Vekil 2018-07-06 11:16:22

Yeyintiden basqa buna ayri ad uygun gelmir 1 manat da qoymurlar batsin usdelik texnilki sert adi ile 2 min pul almamis yeni aboneti qosmurlar! Men sahidiyem

məmmədqulu 2018-07-06 11:16:22

Payıza kimi bunu bütün telekanalizasiyalarda (Z.H.) və bütün internet qəzetlərdə tez-tez verin. Millət üçün ürəkdən yanan Tarif Şurası bu məsələni payızda "millətin xeyrinə" istilik mövsümü işə düşməmiş həll edər.

Məmməd 2018-07-06 11:16:22

Dövlətə xəyanətin başqa adı olmur.

Son yazılar