ELMAR VƏLİYEV İSRAİLƏ APARILDIĞI XƏBƏRİ YAYILDI - Xüsusi həkim nəzarəti altında

Gəncə şəhər İcra Hakimiyyətinin sui-qəsdə məruz qalan başçısı Elmar Vəliyev dünən gecə saatlarında İsrailə aparılıb. Bu barədə Gununsesi.info-ya icra başçısına yaxın mənbələrdən bildirilib. Məlumatda qeyd olunur ki, əməliyyatdan sonrakı prosedurların İsraildə həyata keçrilməsi məsləhət olunub.

Buna görə də xüsusi həkim nəzarəti altında Elmar Vəliyevi bu ölkəyə aparıblar. İcra başçısının səhhətinin sabit olduğu da deyilir.

Qeyd edək ki, Elmar Vəliyev iyulun 3-də güllələndən sonra onun əməliyyatı üçün Türkiyədən məşhur həkim dəvət olunmuşdu. Modern.az-ın məlumatına görə, Türkiyədəki Bahçeşehir Universitetinin tibb fakültəsinin dekanı, beyin cərrahı, professor Türker Kılıç Gəncəyə dəvət edilib.

Türkiyəli cərrah Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsnin sədri Kərəm Həsənov tərəfindən dəvət edilib və xüsusi təyyarə ilə Gəncəyə gətirilib. Professor Türker Kılıç Elmar Vəliyevi əməliyyat edib.

Xatırladaq ki, 3 iyul, saat 20:30 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov İcra Hakimiyyətinin inzibati binasının qarşısında odlu silahdan açılan atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.

Respublika Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatına görə, cinayəti törədən 1983-cü ildə Gəncə şəhərində anadan olmuş Yunis Səfərov tutularaq, tərksilah edilib.

Respublika Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatına görə, fakt üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 29, 120.2.3-cü, 120.2.7-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi başlanıb. Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Faktla bağlı görülən tədbirlər ölkə Prezidentinin şəxsi nəzarətindədir.

635x100

Şərhlər

hərbi pensiyaçı 2018-07-06 12:42:27

İsrailə nə üçün aparırlar. Bəs bizim şanlı səhiyyəmiz harada qaldı. ....

Şahin 2018-07-06 12:42:27

mirşahin deyər...

EWDER 2018-07-06 12:42:27

ANALOQSUZ INKIWAFEDIR..TURKIYEDEN HEKIM GELIR...ISRAILE APARIRLAR... KIM DESE ,NIYE, ONA MOLODES...

BAKILI 2018-07-06 12:42:27

bunu nece bawa duwek Mirwahin deyirki muwavirededir, indie telefonla daniwdim

t.ədalət 2018-07-06 12:42:27

Alətə çevrilmiş adamların informasiyaları xətalı olur.Mir Şahin,artıq özünü bu yöndə tanıtmış birisidir.Odur ki,onun verdiyi xəbərləri tərsinə çevirmək lazımdır..

hərbi pensiyaçı 2018-07-06 12:42:27

Azpolitika! Xahiş edirəm redaksiya etməyin, olduğu kimi yazın.

Təqüdçü 2018-07-06 12:42:27

Mirşahin KİV haqqında Qanunu pozub xalqa doğru olmayan informasiya verib çaşdırıb. Onja görə mətbuat vasitəsilə xalqdan üzr istəməlidir.

Son yazılar