“Metropoliten rəisi də həbs edilməlidir” - "Belə olmasa..."

“Mingəçevir İstilik Elektrik Stansiyasında baş verən qəza birbaşa məmur səhlənkarlığının nəticəsidir. Bu məmurların dövləti saymamazlığıdır”.

Son hadisələri Modern.az-a şərh edən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev belə deyib. O, məmurların işə məsuliyyətsiz yanaşmalarını ciddi nöqsan adlandırıb:

“Bunu prezident öz çıxışında da dedi. Həmin məmurlar birbaşa həbs edilməli idi. Azərbaycanda enerji sahəsinə milyardlarla pul qoyulub, amma heç bir nəticəsi yoxdu. Məmurlar başlayırlar yalan danışmağa, ölkə prezidentini, xalqı aldatmağa çalışırlar. Prezident iclasda onlara çox haqlı olaraq iradını bildirdi. Belə məmurlarla Azərbaycan irəli gedə bilməz, ona görə ki, bu insanlar 15-20 ildir vəzifədədirlər, onlara daha söz təsir etmir. Utanmırlar, prezidentin gözünə baxa-baxa yalan danışırlar. Ərəb dövlətlərində temperatur ilin 12 ayı isti olur, amma orada belə hallar olmur. Bu, dövlət başçısına olan xəyənətdir. Mən istərdim ki, onlar həbs edilsin, bütün sahələr yoxlansın. Məsələn, metroda baş verən hadisə ilə bağlı Metropoliten rəisi də cəzalandırılmalıdır, həbs edilməlidir, “Azərenerji”nin sədri tutulmalıdır. Son hadisələr çox ciddi məsələlərdir. Şəxsən mənim əlimdə səlahiyyət olsa, onların biri də vəzifədə qalmazdı, həbs edərdim. Həmin məmurların illərdir xalqdan oğurladıqlarını yenidən xalqa qaytarardım”.

H.Hacıyev deyib ki, hadisə ilə bağlı yaradılan komissiyasının nəyəsə nail olacağına inanmır.

“Düşünürəm ki, baş verən hadisə xalqa qarşı hörmətsizlikdir, dövlətçiyilə böyük zərbə vurdu. Erməni saytlarında Azərbaycan haqqında kifayət qədər yazılar yazıldı. Bu baxımdan mən çox narahatam. Biz dövlətçiliyin qurulması istiqamətində 2003-cü ildə və ondan əvvəlki illərdə çox işlər görmüşük. Bu məmurlar da düzələnləri talan edirlər. Mən düşünürəm ki, məmur təbəqəsində həbslər başlanılmalıdır. Belə olmasa, narazılıq daha da artacaq”.

635x100

Şərhlər

EWDER 2018-07-06 12:48:29

ESAS INKIWAFDU...

keçici qırmızı bayraqlar 2018-07-06 12:48:29

Ə, Sonqulu may-fay Tağını tutudunuz bəyəm?? Altına S-600 mersedes verib YAP-ın Yasamal rayonunun rəisi və Gülçöhrənin universitetində kafedra müdiri qoydunuz. Bir yazı tullayırlaq qabağına ki, bunu danış və gündəmdən düşmə.

Abit 2018-07-06 12:48:29

Çörek kombinatı çörek bişirmeyende çörek satan dükançılarmı günahkar olur?...

Ermeni dusmeni. 2018-07-06 12:48:29

Bu ... yene cixdi ortaliqa?

Göy Canavar 2018-07-06 12:48:29

Elə bir bu çatmırdı

Abit 2018-07-06 12:48:29

Men Hafizi daim izleyirem.Azerbaycanda bir narahatçılıq olan kimi derhal ortaya çıxır,sanki kiminse diqtesi ile, fikir yayındırmaq üçün lazımsız müsahibeler verirler.

Son yazılar