10 dəqiqəlik aksiyada 40 nəfər saxlanıldı

Səfirliyin qarşısndakı aksiyada 40 nəfər saxlanılıb

Bu gün İsrail səfirliyi qarşısında Qüds Günü ilə əlaqədar keçirilən aksiyada tutulanlar Yasamal rayon 27 saylı polis bölməsinə aparılıblar.

faktxeber.com-un məlumatına görə, saxlanılan aksiya iştirakçısının bildirdiyinə görə, həmin şöbədə 8 qadın olmaqla 40-a yaxın kişi saxlanılır. Hazırda onlardan izahat alınır. Bundan sonra aksiyaçıların işi məhkəməyə göndəriləcək.

Xatırladaq ki, Beynəlxalq Qüds günü ilə əlaqədar bu gün Bakıda İsrail səfirliyi qarşısında aksiya keçirilib. Aksiyanı Azərbaycan İslam Partiyası keçirib. Aksiya təxminən 10-15 dəqiqə çəkib. Səfirliyin qarşısında şüarlar səsləndirildikdən sonra polis müdaxilə edərək, aksiyanı dağıdıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar