ELMAR VƏLİYEVƏ HÜCUM TERROR AKTI ELAN EDİLDİ! - Daha 3 nəfər həbs olunub! (Rəsmi açıqlama)

Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin güllələnməsi faktı ilə bağlı növbəti açıqlama yayıb.

Açıqlamada bildirilir:

"Xəbər verildiyi kimi, 2018-ci il iyul ayının 3-də, Gəncə şəhərində anadan olmuş Yunis Səfərov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı polis serjantı Qasım Aşbazova odlu silahdan atəş açaraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirmşdir. Fakt üzrə başlanılmış cinayət işi üzrə həyata keçirilən istinaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilmişdir ki, Rusiya Federasiyasının vətəndaşı olan Yunis Səfərovun törətdiyi bu cinayət məqsədyönlü şəkildə həyata keçirilən, əvvəlcədən planlaşdırılmış terror aktıdır. O, 2016-cı ildə İran İslam Respublikasına gedərək 8 ay Qum şəhərində yaşamış və bu müddət ərzində Azərbaycan vətəndaşı olan Rasim Əsədovla birgə Suriya Ərəb Respublikasının ərazisində olan silahlı birləşmələrin tərkibində döyüş təlimi keçmişdir.

2017-ci ildə isə Azərbaycana qayıdaraq Gəncə şəhərinə gəlmiş, həmin ilin iyun ayında odlu silah əldə etmək üçün "Kapitalbank"ın Gəncə filialında postda duran polis əməkdaşına hücum edib, başına küt alətlə xəsarət yetirərək "Makarov" markalı xidməti tapançasını ələ keçirmişdir. Bundan sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevi öldürmək məqsədilə 2018-ci ilin yanvar ayında Elmar Vəliyevi izləmiş, şübhəli davranışı polis əməkdaşının diqqətini cəlb etdiyindən həmin tapançadan atəş açaraq onu yaralyıb hadisə yerindən qaçmışdır.

Cari il iyul ayının 3-də isə Gəncə şəhər İcra Hakimiyyətinin qarşısına gələrək, qeyd olunduğu kimi, Elmar Vəliyevi və onun yanında olan polis əməkdaşını qətlə yetirməyə cəhd etmişdir.

Araşdırmalar göstərmişdir ki, Yunis Səfərovun terror aktını törətməkdə əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq, bunun üçün bir neçə tanınmış dövlət məmurunu öldürməklə respublikada ajiotaj, xaos, vahimə yaratmaq, nəticə etibarilə hakimiyyətin zorla ələ keçirilməsini təşkil etmək olmuşdur. O, bu məqsədini həyata keçirmək üçün "Müsəlman birliyi hərəkatı" adından Azərbaycan vətəndaşlarına videomüraciət də hazırlayıb, onu xarici ölkədə yaşayan məsləkdaşlarına göndərmiş və iyul ayının 3-də Gəncə şəhərində törətdiyi terror aktı baş tuacağı halda həmin müraciətin respublikada yayılmasını nəzərdə tutmuşdur. Videomüraciətdə Yunis Səfərov "Müsəlman birliyi hərəkatı"nın sədri Taleh Bağırzadənin üç körpəsini başsız qoyan şəxsi öldürmüşəm, bundan nümunə götürün. İslamın düşmənlərini öldürün, Azərbaycanda hakimiyyəti islam birliyi ələ almalıdır" deyərək, ölkə əhalisini respublikanın vəzifəli şəxlərinə qarşı silahlı mübarizəyə qalxmağa çağırış etmişdir.

Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Yunis Səfərovla birgə cinayətin hazırlanmasında iştirak edən mütəşəkkil cinayətkar dəstənin üzvlərindən daha 3 nəfər tutulmuşdur. Bu cinayətkar dəstənin digər üzvlərinin müəyyən edilib məsuliyyətə cəlb olunması üçün tədbirlər davam etdirilir. Eyni zamanda bildiririk ki, terror aktlarına, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə çağırış edənlərə qarşı qanunla müəyyən edilmiş ən ciddi tədbirlər görüləcək. Müvafiq cinayət işi üzrə istinaqın gedişi haqqında əlavə məlumat veriləcək".

635x100

Şərhlər

Mirsahib e 2018-07-06 15:36:20

Basha dushmek ucun dunyaya etrafa baxmaq lazimdir. Bizim mehlede bur qiz muselman idi getdi qoshuldu xristian sektasina. O qeder alman isvecli var ki terror agentliklerinin icinde. Sen de deyirsen ki ermani nece oldu. Alman azdan coxdan dunya gormush adam bu terrora qoshulursa bu ermeni cahilin de qoshulmagi realdir. Hem de bu ermeni deyil e anasi ermenidir yeqin atasi azerbaycanlidir. Ele sen deyen kimi onu arashdirmaq lazimdir ki bunu indiye qeder niye tutmurdular. Cox suallar var.....

Genceli 2018-07-06 15:36:20

Bir sheyi basha dushmurem neye gore hec kes demir ki elmar burda gencede bizi soydu doydu. Hami deyir ki orda gencede bele beledir. Bu nese ayri sohbetdir. Gencedeki ehaliden cox qiraqdaki kimlerse yazir menfi komentleri. Men Gencemle fexr edirem. Elmar da indi hamida menfi nese ola biler amma memur kimi genceni vide mindirib. Bulvar ele neye desen deyer. Qonaqlar agzi aciq gedir. Ne olmalidi ki bundan artiq. Biz raziyiq elmardan ayaga qalxsin. Gelsin qalan ishleri de gorsun tezlikle

Mirsahib 2018-07-06 15:36:20

Mən hec başa düşə bilmirəm Müsalman birliyi hara erməni hara.Biz bilirik ki məmurların əksərəti savadsızdır.Rüşvət verib özlərinə yüksək vəzifə alıblar.Ali dərəcələri də rüşvətlə alıblar.Bəziləri də özləri yüksək vəzifədə olduqlaı halda savadsız quhumlarını da vəzifəyə gətiriblər.Bu necə olur.Yunus 2017 polisi döüyr silahı aparır.2018 yanvardan başcını təqib edir.Amma hec bir kameraya düşmür.Əgər kameraya düşübsə bəs Yunusu şübhəli kimi niyyə həbs etmiblər...

AYZEK 2018-07-06 15:36:20

TUTULAN 3 NƏFƏR DƏ YƏQİN Kİ CƏBHƏÇİLƏRDİR.

çina 2018-07-06 15:36:20

necə olur ki müsəlman qardaşlar birliyinin də üzvüdürvə suriyada da vuruşub??? Axı eşitdiyimə görə, Suriyada sünnilər vuruşur,o isə şiədir.....

Sedaqet 2018-07-06 15:36:20

Prezident bunlara tapshirdiqca ki vetendasha xidmet et bəzi məmurlar eksini edir. Ambiciyalari ustun gelir ... ALLAH bunlara her shey verib vezife pul var-dovlet, bes niye insanlara qarshi beledirlər? Demek ki bu bir imtahandi netice cixarmaq lazimdi. .... Indi min don geyindifmeye ehtiyac yoxdu. Vezifede olan məmurlar ozunu prezidentəlayiq aparmalıdır..

hmmm 2018-07-06 15:36:20

Bə Xanlar Veliyev deyir bu da,anası da ermenidir ve Rusiya xüsusi xidmetinə işləyirlər,indi islamçı radikal oldu? Ağalar melumatı yayanda bir-birinize xeber edin ki,sözləriniz uyğunlaşsın.Her halda xeberleri qoyunlar oxumur.))))

Azeri 2018-07-06 15:36:20

Yəqin "İŞİD"də maliyyələşdirən elə Yunis olub.Üstündən də heroin götürülüb. Azərbaycan sayağı şərləmə.

vətəndaş 2018-07-06 15:36:20

Elmarın şəklinin Yunisin qana boyanmış şəkli ilə bir verdə görsədilməsiylə nə demək istəyirlər? Yox cənablar, necə deyərlər "no pasaran" (keçməz)! ... Həyatda heçnə daimi və əbədi olmadığı kimi, bu məmur özbaşınalığı da daimi və əbədi deyil.

t.ədalət 2018-07-06 15:36:20

Qəribədir,dövlət qurumları özlərini E.Vəliyevin Gəncədəki fəaliyyətindən xəbərsiz kimi aparırlar.Orada nə qədər adamın haqqı tapdanıb. Haqsızlıqlara dözməyən mərhum polis generalı Rasim Musayevlə "toqquşması"nı DİN yaxşı bilir.Elmargil YAP-dan əvvəl N.Pənahlının Milli dövlətçilik partiyasının Yevlaxda yaradılan özəyinin ilk üzvləri idilər.Nə isə.Yaralıya şəfa arzusu ilə.

Tahir 2018-07-06 15:36:20

Nedense Bu hadiselerde hami bir fikir deyir...

Azeri 2018-07-06 15:36:20

.....Allah boyukdur. ...

Azeri 2018-07-06 15:36:20

Allah Elmar Veliyeve komek olsun. ...Elmari hecde Gence camahati xowlamir .... ....

aysberq 2018-07-06 15:36:20

Bağışlayın ey, Hörmətli Cənablar. Bəs bəzi məmurların milləti söyüb təhqir edən hallarını nə cür adlandırmaq olar?? Verəcəyiniz açıqlama üçün Sizlərə əvvəlcədən təşəkküt edirik, əgər Azpolitika bunu Sizlərin nəzərinə çatdırsa.

Son yazılar