İCRA BAŞÇISINI GÜLLƏLƏYƏN YUNİS SƏFƏROV DANIŞDI - VİDEO

"Gəncə Şəhər İcra Hakimiyyətinin qarşısında baş vermiş hadisəni mən törətmişəm. Hazırda saxlanılmışam və istintaq gedir". Bunu "Xəzər Xəbər"ə açıqlamasında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı polis serjantı Qasım Aşbazova odlu silahdan atəş açaraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirmiş Yunis Səfərov deyib.

Y.Səfərov qeyd edib ki, hüquqları ona izah olunub və vəkillə təmin edilib.

Y.Səfərov, sosial şəbəkələrdə ona qarşı güc tətbiq edildiyi və xəsarət yetirildiyi barədə yayılmış görüntülərə də münasibət bildirib.

Həmin videonu təqdim edirik:

635x100

Şərhlər

Revan 2018-07-06 18:33:16

Allah kömek olsun qardaşmza ....

SUAL 2018-07-06 18:33:16

YAXSİ Kİ DEMƏDİ Kİ MƏNİ GOY-GOL İSTİRAHƏT MƏRKƏZİNDƏ SAXLAYİRLAR. HƏR GUN UC DƏFƏ MASAJ EDİB, VANNADA YATİZDİRİRLAR. ELƏ DƏYİLMİ?

Sedaqet 2018-07-06 18:33:16

Sol gozunun altina baxin orada ortucu kremden istifade edibler duzdu qapadiblar doyulen uzu.

Elcin 2018-07-06 18:33:16

Niye qoymursuz bura sherhleri. Eminem ki coxlu sherhler yaxilib bu yunusun sherefine amma qoymursuz bura. Niye?

kk-ya 2018-07-06 18:33:16

Sürü tefekkürlü sensen ki,üz-gözü qrimlenmiş ve robot kimi danışdırılanı normal adamdan ayırd edə bilmirsen.....

Fuad 2018-07-06 18:33:16

Necə təziq olunmayıb ki. sol qaşının üstündəki xəsarət gendən görünür. Hələ görünən budur. Bir də vəkili kim tutub və niyə vəkilin iştirakı ilə müsahibə verməyib....

G.M 2018-07-06 18:33:16

Deməli ,həqiqətən Bu hadisə və xalqın reaksiyası İqtidarı ``silkəllədi``..kaaş ki,ayıldaydı.Və nəhayət biləydilər ki,iqdidar mənsublarından ,müxalifət adlı siyasətbazlardan təngə gəlmiş əhali ......Bu məmur sürüsünə bunun mesajı verildi.

Kk 2018-07-06 18:33:16

Kim deyirdi ki ishgence olunmayibsa gosterin baxaq di baxin indi. Ona gore cahil olmaq olmaz. Indi utanar o yuyulmamish comceler biri deyir oldurubler biri deyir dovlet olcu gotursun ishgence verilib ne bilim ne olub. Elmar muellim haqqinda bilmediklerini danishanlar da tezlikle utanacaq. Ayib olsun. Suru kimi davranmaq olmaz

Son yazılar