“ELMARI VURAN RUSİYA XÜSUSİ XİDMƏTİNİN ƏMƏKDAŞIDIR” - Hərbi prokurordan ŞOK açıqlama

Xəbər verdiyimiz kimi, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin dünən gecə saatlarında İsrailə aparılması ilə bağlı məlumat yayılıb. Yayılan xəbərdə onun müalicə reabilitasiya məqsədi ilə İsrailə aparıldığı qeyd edilib.

İcra başçısının qardaşı, Azərbaycan Respublikası Baş Prokrorunun müavini, Azərbaycan Respublikasının Hərbi prokroru Xanlar Vəliyevlə məsələ ilə bağlı Bizim Yol-a açıqlamasında yayılan məlumatın yalan olduğunu bildirib.

O eyni zamanda qardaşına edilən sui-qəsdlə bağlı da danışıb:  "Hazırda vəziyyəti yaxşıdır. İsrailə aparılması ilə bağlı məlumat birmənalı yalandır. Harada olmasının fərqi yoxdur, əsas odur ki, yaxşıdır. Daha da yaxşı olacaq. Mənim qardaşım bir dövlər məmuru kimi çalışıb və dövlətinə sədaqətlə xidmət edib. Onun bütün xidmətləri göz qabağındadır. Gəncə bu gün dünyanın inkişaf etmiş şəhərləri içərisindədir. Sösüz ki, bu, ölkə Prezidentinin də diqqəti, qayğısıdır. Hər kəs Allahı ilə işini görsün. Elmar Vəliyevə heç kim şəxsi məsələlərə görə qəsd eləməyib. Gəncəlilər hər zaman onu sevib, bu gün də sevir.”

Qaldı ki, Elmar Vəliyevə sui-qəsd məsələsinə, bu, radikal dinçilərin işidir: "O adamın özü və anası ermənidir və Rusiyanın xüsusi xidmət orqanlarında çalışır. İndi bundan nəticə çıxarın. Gülmək, ağlamaq, hirslənmək, xoş söz demək və s. insani emosiyalardır, bu mümkün olan şeydi. Bizim ailəmizdə aldığımız tərbiyə heç vaxt imkan vermir ki, kimisə söyəsən və ya vurasan, döyəsən… Biz qanunlara hörmətlə yanaşan adamlarıq. Bizim babamız Quranı başdan ayağa oxuyub tərcümə edirdi, amma biz heç vaxt mövhümatçı olmamışıq. Həmişə də bizə deyib ki, Allaha inanın, dinə inanın.

Bir daha deyirəm, Elmar Vəliyevin vəziyyəti yaxşıdır. Onun haqda yayılan xəbərlər həqiqəti əks etdirmir. Sadəcə müəyyən müalicə prosesləri, reabilitasiyalar keçməlidir. O da yavaş-yavaş aparılır. Daha da yaxşı olacaq”.

635x100

Şərhlər

naile 2018-07-06 17:44:52

söhbət Elmar məllimin vurulmağından getmir.bir insan hamı üçün yaxşı ola bilməz birinin obyektini sökübsə 10na ev torpaq verib.kim onun qəbulunda olub hamının məsələsi həll olunub ikincisi gəncədə görülən işlər elə onun tələbkarlığı nəticəsində əldə edilib bütün günü küçələrdə idi ....

ARIF 2018-07-06 17:44:52

........

general 2018-07-06 17:44:52

......

ARIF 2018-07-06 17:44:52

.....YAZIQLAR

Ferhad 2018-07-06 17:44:52

Gence kimi yerde az cox naraziliq olmalidir bashcidan. Guya harda yoxdur ki? ..Elmar muellim ishleyir hamisindan da yaxsi sade camaat hamisi razidir ancaq obyekti olan ya da biznesmenler naraziliq eleye biler. ....Bunlar da deyir qeddardi cunki ishlerini pulla hell ede bilmirler neticede de naraziliq eleyirler. Esas sade camaat razidir vessalam

Vedili senena yazana 2018-07-06 17:44:52

Duz deyirsen senin aileni tanimir hec kes. Sen de elmari tanimaya bilersen. Men de tanimiram onu. Tabimaq da lazim deyil. Lakin genceye ilde bir defe getsen goreceksen elmar nece adamdir nece ozunu gulle qabagina qoydu genceye gore. Elmari tanimaq lazim deyil ishine qiymet vermek lazimdir. Bunu gorub eksini danishana ar olsun. Allah bashciya shefa versin

Kamal 2018-07-06 17:44:52

General kimsiniz haralısınız bilmirəm. Anaq Qrdaşın millətimizə çox pisliklər edib. Neçə qardaş qohum əqraba yüksək vəzifələrdəsiz. Milyardlarınız var. Elmar 30000 minlik kostyum geyinir. Ali təhsilli Azərilər çörək tapmır siz ərəb şeyxləri kimi yaşayırsız. Bundan danış ey. O yetimə şər atma. Prokurora yaraşmaz

mamed 2018-07-06 17:44:52

Rusiya xüsusi xidmət orqanlarının əməkdaşı olması, yəqin onun alnına yazılıb, ya da yadından çıxıb vəsiqə cibində qalıb.Bir variyantda var ola bilsin Putinin özü zəng vurub idarə olunmaz agentin fəaliyyətinə görə üzür istəyib. ... Bilmək olmaz ya MOSSAD da,ya da Mİ-6 da o qədər çiy süd əmmişlər var.

Kk 2018-07-06 17:44:52

Dogurdan da bunun qardashi olduguna gore demirem amma elmarin gorduyu ishleri danmaq olmaz. Gence cox gozelleshib hem de hormete minib adam uste Allah var. Pis gundeydi 5-6 il bundan evvele qeder

Hörmətli oxucu! 2018-07-06 17:44:52

Bismillahir-Rəhmanir-Rəhim.Allah Elmar müəllimə tezliklə şəfa versin. Baş Prokrorunun müavini, Azərbaycan Respublikasının Hərbi prokroru Hörmətli Xanlar Vəliyevlə görün nə yazır: 1-ci “O adamın özü və anası ermənidir və Rusiyanın xüsusi xidmət orqanlarında çalışır. İndi bundan nəticə çıxarın?Soruşmaq gərəkdir o Baş Prokrorunun müavini kimi,bunun düzdiyinə əmindirmi?... 2-ci “Bizim ailəmizdə aldığımız tərbiyə heç vaxt imkan vermir ki, kimisə söyəsən və ya vurasan, döyəsən”görəsən bu fikirlər Elmar bəyədə nə qədər ayiddir?

Vedili senana 2018-07-06 17:44:52

Salam. Men Elmari tanimiram ya da sevmirem. Menim kimi milyonlarla azerbaycanli. Niye Allah sene lenet elemir ki bow yere bize lenet oxuyursan. Agilli ol sevirsen lap yaxwi mende atami anami sevirem indi deyimki kim meni sevmirse Allah ona lenet elesin?

Natiq 2018-07-06 17:44:52

Siz özünüz də bilirsiniz bütün xalq da ....

Oxucu 2018-07-06 17:44:52

Hami her sheyi anlayir! r...........

Sedaqet 2018-07-06 17:44:52

Her halda Veliyev də ozumuzunkidi, ermeni deyil ki Azerbaycan xalqi ona pis nese arzulasin. Amma bu insan haqqinda 100 sherhden 2 nefer nese yaxsi yazir. ... Axi bu cur adam nece Gence kimi nahaq soz goturmeyen insanlara bashci ola biler? O.....Qurbanlar kessin ve paylasin gunahlarini yusun .....

Aqil 2018-07-06 17:44:52

Həddindən artıq abartıyor.

Abbasov Eli 2018-07-06 17:44:52

bu sözlər kime lazimdir?..... ............

Vusal 2018-07-06 17:44:52

İcra başçıları nece illedir insanlarin canini bogazina yigib evlerini ucurdurlar....

Vusal 2018-07-06 17:44:52

Prokuror adamsan, hər şeyi dəqiq bilirsən

oxucu 2018-07-06 17:44:52

....Azerbaycanda " hetta bir milchek uchanda" , DERHAL, bu barede BILIRLER - ...........

Sənan Ələsgərov Vedili 2018-07-06 17:44:52

Allah Elmar müəllimə tezliklə şəfa versin. Allah Elmar müəllimi özünü dost kimi göstərən düşmənlərdən qorusun .

Genceli 2018-07-06 17:44:52

Eger eledirse onda Russiyaya bir nota verin

Tehmiraz 212 Tehmiraz 212 2018-07-06 17:44:52

Allah Elmar müəllimin köməyi olsun! Tanrıdan özünə şəfa, yaxınlarına xoş xəbərlər arzulayıram.

VƏTƏNDAŞ 2018-07-06 17:44:52

bəzi icra başçılarının əsas işi əyri yollarla özlərinə sərvət toplamaqdan ibarətdir. Nə deyirik kimki ALLAHI başənın üstündə görməyib xalqı saymayıb haram yeyir qoy haram xoşu olsun xeyrini görməsin.

R-n 2018-07-06 17:44:52

Beli goz gabagindadir,1000 m. maashla bu geder servet haradandir?Gencede bir dene de tarixi abide galmayıb..........

Amon 2018-07-06 17:44:52

Allah sefa versin

Sənan Ələsgərov Vedili 2018-07-06 17:44:52

Allah tezliklə şəfa versin Elmar müəllimə. Onu istəməyənlərə Allah lənət eləsin.

G.M 2018-07-06 17:44:52

Heç bir versiya özünü doğrultmur.Çünki ortada ədalətsiz idarəçilik,xalqa hörmətsizlik dayanır.Elmar kimdir ki,Rusiya xidmət orqanları onu aradan götürmək fikirinə düşsünlər.Yaxud da gəncəlilərin Elmar sevgisi..bunlar boş ,uydurmalardır.Yunis qanunlarla mühakimə olunsa hər şey aydın olacaq.

Son yazılar