ELMAR VƏLİYEVİN HƏKİMİ İNGİLTƏRƏYƏ GEDİB - "Həkim bildirib ki..."

Xəbər verdiyimiz kimi, Türkiyədəki Bahçeşehir Universitetinin tibb fakültəsinin dekanı, məşhur beyin cərrahı, professor Türker Kılıç iyulun 4-də Gəncəyə dəvət edilib.

Türkiyəli cərrah Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsnin sədri Kərəm Həsənov tərəfindən dəvət edilib və xüsusi təyyarə ilə Gəncəyə gətirilib. Türkiyəli həkim elə həmin gün Gəncə şəhər İcra Hakimiyyətinin güllələnmiş başçısı Elmar Vəliyevi əməliyyat edib.

Modern.az saytının əməkdaşı Elmar Vəliyevi əməliyyat edən məşhur beyin cərrahı, professor Türker Kılıçın köməkçisi ilə əlaqə saxlayıb. Türker Kılıçın köməkçisi Gəncənin icra başçısı Elmar Vəliyevin səhətti ilə bağlı məlumat vermək istəmədiyini bildirib.

Köməkçi Türker Kılıçın xəstənin halı tam yaxşı olmayana qədər danışmayacağını vurğulayıb: “Türker Kılıç hazırda İngiltərədədir. Elmar Vəliyevin səhhəti ilə bağlı əlavə məlumatım yoxdur. Sadəcə, həkim bildirib ki, xəstə yaxşı olmadan danışmayacaq”.

635x100

Şərhlər

Faxraddin 2018-07-07 00:07:35

Deməli xəstənin vəziyyəti yaxşı deyil

BAKILI 2018-07-07 00:07:35

Ay millet ne muwavire ne telefon ....

EMİN 2018-07-07 00:07:35

KƏRƏM HƏSƏNOV DA AZ ASİN DUZU DƏYİL. DEYİLƏNLƏR NƏ QƏDƏR DOXRUDUR. SU AXAR CUXURUN TAPAR VALLAH...

.EWDER 2018-07-07 00:07:35

goresen bu hekim neceye gelib,AANOLOQSUZ ...EDEN AZERBAYCANA.PULUNU KIM VERIB...YEQIN HOKUMET.BIZ COX VARLIYIQ

ayzek 2018-07-07 00:07:35

NECƏ OLUR Kİ ƏMƏLİYYATDAN ƏVVƏL KİŞİ MÜŞAVİRƏ KEÇİRİR,ƏMƏLİYYATDAN SONRA İSƏ DANIŞA BİLMİR? BU KƏRƏM HƏSƏNOV BELƏ HƏKİMİ NƏYƏ ÇAĞIRIB GƏTİRMİŞDİ?

Sedaqet 2018-07-07 00:07:35

Azerbaycanin savadli professor ve akademikleri var. onlarin konsiliumu neticesinde bashqa dovletden hekim heyyeti devet ederdiz. Demeli bu boyda olkede hekim olmadi? ....

Son yazılar