ADNSU-ya yeni prorektor təyinatı olub

Adilxan Xəlilov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İnzibati-təsərrüfat işləri üzrə prorektoru təyin olunub.

Ali təhsil müəssisəsindən "Report"a verilən məlumata görə, bununla bağlı təhsil naziri Ceyhun Bayramov müvafiq əmr imzalayıb.

ADNSU-nun rektoru, professor Mustafa Babanlı onu Universitetin əməkdaşlarına təqdim edib.

Qeyd edək ki, A.Xəlilov uzun onilliklər ərzində inzibati-təsərrüfat işləri sahəsində müxtəlif vəzifələrdə, o cümlədən Azərbaycan Müəllimlər İnstitunda on ildən çox müddət ərzində İnzibati-təsərrüfat işləri üzrə prorektor vəzifəsində çalışıb. Azərbaycan Müəllimlər İnstitutunda işlədiyi dövrdə o Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 dekabr 2009-cu il tarixli sərəncamı ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar