Qarsda erməni bayrağı - Foto

Türkiyəyə gedən erməni turistlər türklərə şok yaşatdı

Azərbaycanın tarixi şəhərləri olan Qars və İqdırda Ermənistanla sərhədlərin açılmasına istəyənlər artsa da, ermənilər Türkiyəyə torpaq iddiasından əl çəkmirlər.

ANS-in məlumatına görə şəhərin bəzi dairələrinin Ermənistanla turizm əlaqələrini gücləndirərək münasibətləri yumşaltmaq istəyi də əks effekt verir.

Bunun nəticəsidir ki, bu günlərdə Qarsa səfər etmiş bir dəstə erməni turist şəhərin tarixi qalasında erməni bayrağını açaraq şəkil çəkdiriblər. Erməni turistlər daha sonra Ermənistanın himnini oxuyublar.

Adını “qar” və “su” türk sözlərindən götürüb, 3 min ildir ki türklərin yaşadığı Qars şəhəri tarixən Azərbaycan və Türkiyə arasında bufer zonası rolunu oynayıb. Gah Osmanlı, gah da Azərbaycana məxsus Səfəvi, Afşar və Qacar türk sülalələrinin əlinə keçmiş Qarsı 1877-ci ildə Rusiya imperiyası işğal edib. Həmin andan şəhərə Osmanlı imperiyasının cənublarından ermənilər köçürülməyə başlayıb. Amma bununla belə, 1900-cü ildə Qarsda ermənilərin payı 30 faizdən yüksək olmayıb. Buna görə də 1918-20-ci illərdə Araz Türk Respublikası qurulmuş Qars vilayəti 1921-ci ildə Türkiyəyə birləşdirildi.

Ermənilər isə həmişə Türkiyənin Qars və Ərdəhan vilayətlərinə qarşı ərazi iddiaları ilə çıxış edirlər. Qarsın bundan əvvəlki bələdiyyə başçısı Əli Naifoğlu isə Ermənistanla sərhədlərin açılmasını istəyirdi və Qars qalasının yanında eybəcər erməni-türk dostluğu abidəsi inşa etdirmişdi. Abidə Türkiyə baş naziri Ərdoğanın şəhərə səfərindən sonra söküldü.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar