NAXÇIVANDA 3 HƏRBÇİMİZ HƏLAK OLDU  - 11 yaralı var + FOTO

Əlahiddə Ümumqoşun Ordunun həyata keçirdiyi uğurlu "Günnüt əməliyyatı” həm mülki əhalidə, həm də ordumuzun şəxsi heyətində böyük ruh yüksəkliyi yaradıb. Bu uğurlu əməliyyatlarda öz şücaətləri ilə seçilən hərbi qulluqçularımızın bir qrupu iyulun 5-i saat 18:30 radələrində avtomobil qəzasına düşüblər.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətinin məlumatına görə, Günnüt kəndi istiqamətində döyüş növbətçiliyi aparan hərbi qulluqçularımızı daşıyan BMC markalı avtomobilin qəzaya uğraması nəticəsində 3 (üç) nəfər həlak olub, 11 (on bir) nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə hərbi hospitala yerləşdirilib. Döyüş tapşırığını yerinə yetirib qayıdarkən yol-nəqliyyat hadisəsi nəticəsində həlak olan hərbi qulluqçularımız iyulun 6-da yüzlərlə gəncin "Şəhidlər ölməz, Vətən bölünməz” şüarları altında doğulduqları kəndlərində son mənzilə yola salınıblar.

Yol-nəqliyyat hadisəsində həyatını itirən hərbçilərdən 1991-ci il təvəllüdlü baş leytenant Hümmətov Orxan Bayram oğlu Tovuz rayonunun Qaraxanlı kəndində, 1995-ci il təvəllüdlü gizir Həsənli Novruz Nəbi oğlu Şərur rayonunun Maxta kəndində, 1987-ci il təvəllüdlü müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Seyidov Raman Mirsalam oğlu Şərur rayonunun Danyeri kəndində dəfn edilib.

Dəfn mərasimlərində Əlahiddə Ümumqoşun Ordunun zabitləri, hökumət və ictimaiyyət nümayəndələri, həlak olanların hərbçi yoldaşları və sakinlər iştirak ediblər.

Allah rəhmət eləsin!

635x100

Şərhlər

Müfəttiş 2018-07-06 21:24:44

Şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyirəm. Vətən sağ olsun.

Zaur 2018-07-06 21:24:44

Qəhrəmanlıqla həlak olublar...... Yalan yazaraq ruhlarını incitməyin. Ey azpolitika sən ki həqiqət axtarırsan???

G.M 2018-07-06 21:24:44

Ehtiyatsızlıqdan baş vermiş bədbəxt hadisəyə don geyindirmək çox mənasız və məntiqsizdir.3 Gəncimiz faciəli şəkildə vəfat ediblər.....Bu qəzaya səbəb olan hadisə araşdırılmalı,cavabdehlər məhsuliyyət daşımalıdır..

Son yazılar