PUL ÇATIŞMADIĞINDAN PUTİN ÇIRPINIR - Pensiya yaşını artırır, vergiləri yüksəldir…

Dərc olunub: 08/07/2018 - 12:08

721984

“Rusiya iqtisadi böyümə faizinin düşməsini etiraf etməyə məcburdur”

“Futbol üzrə dünya çempionatı bir çox məsələlərdə Rusiya hakimiyyəti üçün faydalı ola bilər. Rusiya hökuməti artıq bunu dünya çempionatının əvvəlində praktikadan çıxarıb. Belə ki, bütün diqqətlər futbola yönəldiyindən, pensiya yaşının artırılması ilə bağlı mübahisəli qanun layihəsi parlamentdən keçirilib”. “AzPolitika.info” bildirir ki, bu barədə Almaniyanın “Die Welt” nəşrində dəec olunan məalədə  yazılıb.  Məqalədə daha sonra deyilir:

“İndi hökumət yenidən bu praktikadan istifadə etməyə çalışır. Milyonlarla vətəndaş milli yığmanın gözlənilməz yaxşı oynuna baxdığı bir vaxtda, İqtisadiyyat Nazirliyi keçən həftə yaxın altı il üçün iqtisadi inkişafın daha real mənzərəsini təsvir edib.

İqtisadiyyat Nazirliyinin proqnozuna görə Ümumi Daxili Məhsul bu il üçün gözlənilənin əksinə 2,1 faiz deyil, 1,9 faiz artacaq. Ancaq önümüzdəki illərlə bağlı gözləntilər daha da tutqunur: 2019-cu il üçün böyümə əvvəllər söylənildiyi kimi 2,2 faiz yox, yalnız 1,4 faiz olacaq.

Bu rəqəmlər inkişaf etmiş Qərb ölkələrində tamamilə qəbul ediləndir, amma inkişaf etməkdə olan ölkələr və xüsusən də Rusiya üçün geriləmənin əsl göstəricisidir. Dünyanın, ərazisinə görə ən böyük ölkəsinin iqtisadiyyatı Vladimir Putinin arzuladığı kimi dünya iqtisadiyyatının 3,9 faizlik iqtisadi böyüməsini üstələyib, 4-5% artmalıydı.

Əslində isə tamamilə bunun əksi baş verir. Bunun günahı 2015 və 2016-cı illərdəki iqtisadi tənəzzüldədir. Həmin tənəzzüldən sonra böyümə demək olar ki, çox zəif olub. Son beş ildir ki, Ümumi Daxili Məhsulun illik artımı hətta 0,3 faizə çatmır. Hal-hazırda neftin qiymətinin qalxması faktının heç bir stimul verməməsi göz önündədir.

- Tələb olunan investisiyalar yoxdur

15187724982658649633_1000x669

Tamamilə aydındır ki, neftin qiyməti artıq Rusiyaya kömək etməyəcək. Bu fenomen ilk dəfə 2012 və 2013-ci ildə hələ neftin qiyməti 100 dollar olanda iqtsadi böyümənin əhəmiyyətli dərəcədə ləngiməsi zamanından meydana gəlib. Onda bəlli olub ki, yeni minilliyin ilk on ilində rusların rifah və güzaranını yüksəlməyə imkan verən neftə və istehlaka söykənən iqtisadi model artıq özünü tükəndirib.

Həmin tükənmiş modelin yerinə investisiyaya söykənən yeni model gəlməliydi, lakin cəmiyyətin inkşaf tərəqqisi bunu həyata keçirməyə yetərli olmayıb. 2014-cü ildə Qərblə yaranmış fikir ayrılığı investisiya aktivliyini xeyli azaltdı. Əgər İqtisadiyyat Nazirliyinin proqnozu öz təsdiqini taparsa, onda Rusiya iqtisadiyyatı nəzərdə tutulandan daha az həcmli investisiya ilə kifayətlənməli olacaq. Sadəcə olaraq, əvvəllər analitiklər Amerikan sanksiyalarının təsirini düzgün dəyərləndirə bilmirdilər. Həm də ki, investisiya sahəsindəki dinamika məhz bilavasitə Amerikan sanksiyaları ilə bağlıdır.

Hələ bunun üstünə inkişaf etməkdə olan ölkələrdən Amerikaya pul köçürməyə imkan verən ABŞ-ın əsas faiz dərəcələrinin yüksəldilməsini də gələk. Pulun çatışmaması Rusiya hökumətini qeyri-populyar metodlara qaçmağa məcbur edir. Buraya pensiya yaşının artırılması ilə yanaşı həm də büdcəyə iki trilyon rubl (27 milyard avro) gətirəcək əlavə dəyər vergisinin 18 faizdən 20 faizə yüksəldilməsi də aiddir.

- Rusiya yeni reallığa uyğunlaşır

İqtisadiyyat Nazirliyinin məlumatına görə, məhz belə vəziyyətin yaranması iqtisadiyyatın həm bu il, həm də gələn ilki böyüməsini güclü şəkildə ləngidəcək. Vergi yükünün artırılması iqtisadi fəallığı ləngidir və inflyasiyanın vüsət almasına şərait yaradır.

CBRBütün bunların hamısı iqtisadiyyata təkan vermək üçün əvvələr Mərkəzi Bankı əsas uçot faiz dərəcəsini azaltmağa məcbur edib. Lakin Mərkəzi Bank özünün sonuncu iclasında faiz dərəcəsini əvvəlki kimi yüksək səviyyədə -7,25 faizdə saxlayıb.

Çətin tənəzzül dövründən sonra Rusiya yeni çətin reallığa uyğunlaşmaq yoluna qədəm qoyur. Rusiya KİV-ləri hesab edir ki, bu yol keçiləcəyi təqdirdə inkişaf yenidən yüksələcək. Onların məlumatına görə, 2022-ci ildə Ümumi Daxili Məhsulun təxminən 3 faiz səviyyəsinə qədər böyüməsi arzuolunandır. Lakin bu, o zaman baş verər ki, 2020-ci ildən investisiya 6 faiz qaldırılsın. Bu investisiya pulları qismən büdcədən təmin ediləcək. Rusiya hökumətinin bu cür investisiyalar yatırmağa hazır olub-olmadığı futbol üzrə dünya çempionatından sonra bəlli olacaq”.

Vaqif
AzPolitika.info


loading...




Fikrinizi bildirin