Səxavət Əlisoydan maraqlı başqan açıqlaması - "Namizəd türk oğlu olmalıdır"

Müsavat Partiyası başqanlığına namizəd Səxavət Əlisoy partiyanın qurultayı haqda növbəti dəfə fikir bildirib.

Hafta.az-ın verdiyi xəbərə görə, S.Əlisoy qeyd edib ki, biriləri özünü artıq başqan hesab edir və vəzifə bölgüsü aparır: “Bəzilərini dostları başqan görür. Elələri də var ki, 5-6 min km-dən ismarış-ultimatum yollayır ki, filankəsdən savayı kimsə başqan postunda otura bilməz. Siyasi səriştəni və təcrübəni kriteriya kimi vurğulayanlar var, "filankəs"in bu posta daha çox yaraşdığını iddia edənlər var, "behmənkəs"in başqan olduğu təqdirdə partiyanın ağ günə çıxacağını deyənlər var, siyasi koridorlarda çox şeylər danışanlar var”.

Xatırladaq ki, bir neçə gün öncə partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı başqan olacaq şəxsin kriteriyalarını açıqlamışdı: “Müsavat" başqanı bəlli kriteriyalara cavab verən şəxs olmalıdır. Ən əsası Rəsulzadə-Elçibəy yoluna, siyasi-ideoloji xəttinə sadiq, siyasi qabiliyyəti olan, təcrübəli, fiziki və mənəvi cəhətdən güclü şəxs başqan ola bilər. Mən elə bilirəm ki, "Müsavat"da belə adamlar var”.

S.Əlisoy kimin namizəd ola biləcəyi haqda öz fikrini də açıqlayıb: “Bütün bunların hamısı normaldır. Hər kəsin danışmaq, düşündüklərini izhar etmək haqqı var. Deyilənlərə birini də mən əlavə etmək istəyirəm. Müsavat Partiyası tarixi bir partiyadır və milli dəyərlərimizdən biridir. Bu partiyada çox sayda ziyalı başqan postuna layiqdir. Sadəcə, bu iddiaya düşən unutmamalıdır ki, əhalinin 90 faizindən çoxu, o cümlədən müsavatçıların da 90 faizindən çoxu Azərbaycan türkləridir. Odur ki, Müsavat Partiyasının başqanı türk oğlu türk olmalıdır və əminəm ki, belə də olacaq”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar