GÖMRÜKDƏN ÇIXARILDI, “FÖVQƏLADƏ”də MÜAVİN OLDU – Təyinat

Dərc olunub: 07/07/2018 - 17:17

nazim-memmedov-gomrukPrezident İlham Əliyevin sərəncamı ilə fövqəladə hallar nazirinə müavin təyin edilib. APA-nın məlumatına görə, Nazim Məmmədov fövqəladə hallar nazirinin müavini təyin edilib.

“AzPolitika.info” qeyd edir ki, Nazim Məmmədov buna qədər Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsində çalışıb. General-leytenant rütbəsi daşıyan 67 yaşlı Nazim Məmmədov ilk ixtisası baytarlıq olub.

O, 1951-ci il oktyabrın 8-də Naxçıvan Muxtar Respublikası Ordubad şəhərində anadan olub. Əmək fəaliyyətinə 1973-cü ildə Ordubad şəhərində baytarlıq stansiyasında başlamışdır. 1976-cı-1995-ci illərdə Ordubad şəhərində müxtəlif təşkilatlarda işləmişdir.

Karyerasındakı yüksəliş isə 1995-ci ildən – Dövlət Gömrük Komitəsində fəaliyyətə başlayandan sonra başlayıb. Maraqlıdır ki, həmin vaxtadək N.Məmmədov ali təhsilli olmayıb. Görünür ali təhsili olmadığından vəzifə pillələrində yüksələ bilməyəcəyini anlayıb və təhsil almaq qərarına gəlib. Beləliklə də N.Məmmmədov 1998-ci ildə – nə az, nə çox, düz 48 yaşında Təfəkkür Universitetinin Hüquq fakültəsindən məzun olub.

1995-ci ildən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində çalışır. 2007-cı ilin dekabrından bu günə qədər  Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsində xidmət edib.

Nazim Məmmədovun Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsindən çıxarılmasından sonra  fövqəladə hallar nazirinə müavin təyin edilməsi təsadüfü deyil. “AzPolitika.info” nun məlumatına görə,  Nazim Məmmədov fövqəladə hallar naziri Kəmaləddin Heydərova yaxın kadrlardan hesab olunur. 

“AzPolitika.info”


loading...




Fikrinizi bildirin