Fazil Məmmədov komissiya üzvlüyündən çıxarıldı

“İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında” Nazirlər Kabinetinin 2016-cı il 30 dekabr tarixli qərarında dəyişikliklər edilib. Modern.az-ın məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Dəyişikliklə iri dövlət şirkətlərinin gəlirlər və xərclər smetalarına baxılma və həmin smetaların təsdiq edilməsi üzrə Komissiyanın tərkibindən keçmiş vergilə naziri Fazil Məmmədov çıxarılıb, onun əvəzinə indiki vergilər naziri Mikayıl Cabbarov daxil edilib.

635x100

Şərhlər

Anar 2018-07-07 20:21:31

Fazil Məmmədov ölkədə qanun hamıya şamil edilirsə, dövlət büdcəsinə mənimsədiyi milyardları qaytarmalı,qeyri-qanuni yollarla əldə etdiyi obyekt və mmalikanələrini dövlətə verməli və əməllərinə görə həbs ediməlidir.Bunun kimi bu hal digər talançı YAP-çılara da tətbiq olunmalıdır.Yalnız o zaman ölkədə qanunun aliliyindən danışmaq olar.Əfsus ki, bu görünmür.

Son yazılar