Sumqayıtda dənizdən naməlum kişi meyiti tapılıb

Sumqayıtda dənizdən kişi meyiti tapılıb. APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində dənizdə (nəzarətsiz ərazidə) naməlum kişi cəsədi aşkar edilib. Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Cəsəd sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.​

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar