Abutalıbov Şeyxə izahat verir... - Fotolar

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyası rəhbərinin müavini Əli Əsədov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov rayonun ərazisində inşa edilən məscidin tikinti işləri ilə tanış olublar.

Salamnews.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məscid kompleks barədə məlumat verərək bildirib ki, yeni məsciddə dindarların rahat ibadət etməsi üçün hər cür şərait yaradılacaq. Məsciddə 95 metr hündürlükdə minarələr inşa edilir.

Əli Əsədov din xadimləri, inşaat işlərini aparan mütəxəssislərlə məsləhətləşib, işlərin yüksək səviyyədə və vaxtında başa çatdırılması üçün müəyyən göstərişlərini verib.

Allahşükür Paşazadə görülən işləri yüksək qiymətləndirib, təkliflərini verib və bu işdə əməyi olan hər kəsə təşəkkürlərini bildirib.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar