Türk jandarması Azərbaycandan qaçaq dizel daşıyanları saxladı

Bakı-Tiflis-Qars dəmiryol xəttinin tikintisində işləyən sementdaşıyan maşınlar Azərbaycandan Türkiyənin Qars vilayətinə qaçaq dizel yanacağı daşıyırmış.

Virtualaz.org saytı Türkiyə mənbələrinə istinadən xəbər verir ki, jandarma qaçaqmalçılığın qarşısını almaq üçün əməliyyat keçirib və bir neçə sürücü saxlanılıb.

Məlumata görə, Qarsın Arpaçay qəsəbəsində Bakı-Tiflis-Qars dəmiryolunun tikintisində işləyən sementdaşıyan maşınlarda gizli çənlər quraşdırmaqla dizel yanacağı daşındığı məlum olub.

Həmin maşınlar tikintidə podratçı kimi işləyən BAYCEL adlı şirkətə məxsus olub. Onların sürücüləri Bakı-Tiflis-Qars dəmiryolunun Gürcüstan və Azərbaycan bölməsinə sərbəst keçmək icazəsi olduqları üçün dizel qaçaqmalçılığı ilə məşğul olublar.

Qaçaq yolla Qarsa keçirilən yanacaq orada onlarla firma maşınlarına, həmçinin digər alıcılara satılıb. Yerli sakinlərin bu barədə prokurorluğa məlumat verməsindən sonra iyulun 24-də jandarma Arpaçay qəsəbəsində əməliyyat keçirib və qaçaqmalçılardan bir qrupu saxlanılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar