Tailandda mağarada qalan məktəblilərin çıxarılmasına başlanıb

Bu gün Tailanda xilasedicilər su basdığı üçün iki həftədən çox Kxao Luanq mağarasında qalmış 12 uşaqdan ikisini çıxarıb.APA-nın məlumatına görə, bu barədə "Khaosod" qəzeti məlumat yayıb.

Bu iki məktəblini mağaradan çıxarmaq üçün 4 km məsafə qət etmək lazım gəlib.

Qeyd edək ki, iyunun 23-də Tailandda Kxao Luanq Milli Parkının əməkdaşları mağaranın girişində yerli futbol klubuna məxsus motosiklet və velosipedlər, o cümlədən idman avadanlıqları aşkar ediblər. Futbol klubu tapılan əşyaların 11-16 yaşlı 12 məktəbliyə və onların 25 yaşlı məşqçisinə məxsus olduğunu təsdiqləyib.

Kxao Luanq mağarası 10 km uzunluqdadır, bir neçə giriş və çıxışı, o cümlədən uşaqların və məşqçinin sığındığı böyük zalı var.

Sosial səhifələrdə paylaş

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar