"Türkiyə, İran və Rusiya dünyanın gələcəyini müəyyən edəcək" - Duqin

Türkiyə, İran və Rusiya ittifaqı dünyanın gələcəyini müəyyən edəcək.Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu sözləri rusiyalı filosof Aleksandr Duqin İranın dövlət televiziyasında yayımlanan “Sərhədsiz” proqramında çıxışı zamanı deyib.

Türkiyə, İran və Rusiyanın əməkdaşlığının başda Suriya məsələsi olmaqla bölgədəki sülhün təminatçısı olduğunu bildirən Duqin, bu əməkdaşlıq sayəsində ABŞ-ın bölgədəki strategiyalarının da uğursuzluğa düçar edildiyini qeyd edib. Duqin həmçinin 3 ölkənin əməkdaşlığı sayəsində ABŞ-ın bölgədə nüfuz itirdiyini vurğulayıb: “Bu ittifaq dünyanın gələcəyini müəyyən edəcək. Avrasiya layihəsinin uğurla tətbiq edilməsi nəticəsində beynəlxalq ictimaiyyət tək qütblü nizamdan çoxqütblü nizama keçid edəcək və ABŞ-ın bölgədəki nüfuzu azalacaq”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar